Koksartroz dayaq-hərəkət aparatı xəstlikləri arasında ən çox yayılmış xəstəlikdir. Bu xəstəliyi bud-çanaq oynağının osteoartrozu da adlandırırlar. Koksartroz daha çox yaşlı insanlarda müşahidə olunsa da, son vaxtlar bu xəstəliyə cavanlarda da təsadüf edilir.
e-tibb.az xəbər verir ki, www.NiNa.Az e-tibb.az-a istinadən bildirir ki, Onun sözlərinə görə, koksartrozun əsas əlamətləri bud-çanaq oynağında, budda, qasıq nahiyəsində ağrıların olması və oynağın hərəkətliliyinin pozulmasıdır: "Vaxt keçdikcə ağrıyan ayaq qısalır, xəstə ayağın bud, baldır və sağrı əzələləri quruyur və həyat qabiliyyətini itirir. Qeyd edim ki, koksartroz xəstəliyi təzə başlayarkən ağrılar zəif olur. Adətən bu halda xəstələr həkimə müraciət etmirlər, gözləyirlər ki, ağrı öz-özünə keçəcək. Amma bu, belə deyil. Ağrılar get-gedə güclənməyə başlayır. Müalicə olunmadıqda isə xəstəlik inkişaf edir və daha ağır pozulmalar baş verir".
"Koksartroz xəstəliyinin vaxtında müayinəsi nə üçün vacibdir" sualına cavab olaraq ortoped-travmatoloq deyib ki, əgər xəstə ağrılar zəif olarkən həkimə müraciət edərsə, koksartroz xəstəliyi cərrahiyyə əməliyyatı olmadan da müalicə oluna bilər. Çox təəssüf ki, xəstələr bu zaman ağrılara fikir vermirlər və daha ağır pozuntularla həkimə müraciət edirlər. Daha gecikmiş mərhələlərdə bu xəstəlik yalnız cərrahi üsul olan endoprotez əməliyyatı ilə müalicə olunur. Koksartrozun yaranma səbəbləri qan dövranının pozulması, oynağın həddən artıq yüklənməsi ola bilər.
Mütəxəssis bildirib ki, bu xəstəlik artıq çəkisi olan insanlarda baş verə bilər. Digər səbəblər kimi mübadilə və hormonal pozulmaları, travmalar, oynaqların iltihabını, skolioz, kifoz və yastıpəncəlik patologiyalarını, anadangəlmə bud-çanaq çıxığı və anadangəlmə displaziyaları-oynağın inkişafının pozulmaları, oturaq həyat tərzini göstərmək olar. Xəstəliyin əsas müayinə üsulu Rentgen müayinəsisidir.
Koksartrozun müalicəsi haqda danışan M. Əhmədov qeyd edib ki, bu, xəstəliyin ağırlıq dərəcəsinə görə mərhələsindən asılıdır. Bu xəstəlik birinci və ikinci mərhələlərdə dərmanların köməyi ilə müalicə olunur: "Xəstəliyin ən ağır dərəcəsi olan üçüncü və dördüncü mərhələlərdə isə cərrahi müalicə tətbiq edilir. Əməliyyat zamanı xəstə oynaq süni oynaqla əvəz olunur. Konservativ müalicə zamanı ağrısızlaşdıran və iltihab əleyhinə preparatlar, qığırdağı bərpa edən preparatlar və fizoterapiyadan istifadə olunur".
Mütəxəssis koksartrozdan əziyyət çəkən insanlara üzgüçülüüyün çox yaxşı kömək etdiyini bildirib: "Tövsiyəm budur ki, oynaqlarınızda, sümüklərinizdə ağrı hiss edən kimi həkimə müraciət edin ki, müalicəni gecikdirmədən sağlamlığınıza qovuşasınız".
Kateqoriya: Sağlamlıq | Baxışlar: 1115
Sep 21, 2020 1:38 AM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Bud canaq oynaginda budda qasiq nahiyesinde agrilar varsa Koksartroz dayaq hereket aparati xestlikleri arasinda en cox yayilmis xestelikdir Bu xesteliyi bud canaq oynaginin osteoartrozu da adlandirirlar Koksartroz daha cox yasli insanlarda musahide olunsa da son vaxtlar bu xesteliye cavanlarda da tesaduf edilir e tibb az xeber verir ki b s b e tibb az a istinaden bildirir ki Onun sozlerine gore koksartrozun esas elametleri bud canaq oynaginda budda qasiq nahiyesinde agrilarin olmasi ve oynagin hereketliliyinin pozulmasidir Vaxt kecdikce agriyan ayaq qisalir xeste ayagin bud baldir ve sagri ezeleleri quruyur ve heyat qabiliyyetini itirir Qeyd edim ki koksartroz xesteliyi teze baslayarken agrilar zeif olur Adeten bu halda xesteler hekime muraciet etmirler gozleyirler ki agri oz ozune kececek Amma bu bele deyil Agrilar get gede guclenmeye baslayir Mualice olunmadiqda ise xestelik inkisaf edir ve daha agir pozulmalar bas verir Koksartroz xesteliyinin vaxtinda muayinesi ne ucun vacibdir sualina cavab olaraq ortoped travmatoloq deyib ki eger xeste agrilar zeif olarken hekime muraciet ederse koksartroz xesteliyi cerrahiyye emeliyyati olmadan da mualice oluna biler Cox teessuf ki xesteler bu zaman agrilara fikir vermirler ve daha agir pozuntularla hekime muraciet edirler Daha gecikmis merhelelerde bu xestelik yalniz cerrahi usul olan endoprotez emeliyyati ile mualice olunur Koksartrozun yaranma sebebleri qan dovraninin pozulmasi oynagin hedden artiq yuklenmesi ola biler Mutexessis bildirib ki bu xestelik artiq cekisi olan insanlarda bas vere biler Diger sebebler kimi mubadile ve hormonal pozulmalari travmalar oynaqlarin iltihabini skolioz kifoz ve yastipencelik patologiyalarini anadangelme bud canaq cixigi ve anadangelme displaziyalari oynagin inkisafinin pozulmalari oturaq heyat terzini gostermek olar Xesteliyin esas muayine usulu Rentgen muayinesisidir Koksartrozun mualicesi haqda danisan M Ehmedov qeyd edib ki bu xesteliyin agirliq derecesine gore merhelesinden asilidir Bu xestelik birinci ve ikinci merhelelerde dermanlarin komeyi ile mualice olunur Xesteliyin en agir derecesi olan ucuncu ve dorduncu merhelelerde ise cerrahi mualice tetbiq edilir Emeliyyat zamani xeste oynaq suni oynaqla evez olunur Konservativ mualice zamani agrisizlasdiran ve iltihab eleyhine preparatlar qigirdagi berpa eden preparatlar ve fizoterapiyadan istifade olunur Mutexessis koksartrozdan eziyyet ceken insanlara uzguculuuyun cox yaxsi komek etdiyini bildirib Tovsiyem budur ki oynaqlarinizda sumuklerinizde agri hiss eden kimi hekime muraciet edin ki mualiceni gecikdirmeden saglamliginiza qovusasiniz