"Təfsir" sözünün mənası "aydınlaşdırmaq" və "aşkar etmək"dir. Əllamə Təbatəbai buyurur: "Təfsir - Quran ayələrinin mənasını aydınlaşdırmaq və məqsədini kəşf etməkdir".
Təfsir elminin əhəmiyyəti.
Təfsir elminin mövzusu Allah kəlamları olduğu üçün, ömrü heç bir zaman köhnəlməz və möcüzələri sonsuzdur. Hər bir dünya kamalının dinə və İlahi maarifə ehtiyacı vardır. Bu da Allahın kitabında gizlidir.
Bəşərin təfsir elminə ehtiyac hiss etməsinin əsl səbəbi - bəşər elminin zəif olmasındadır. Qurani-Kərimi başa düşmək və mənalarını dərk etmək üçün insan zehninin təfsirə ehtiyacı vardır. Əgər tarixə nəzər salsaq, görərik ki, bəzi Quran ayələri nazil olan zaman belə, bəzi müsəlmanlar üçün dərk olunası deyildi. Onlar həmin ayələrin mənasını dərk edə bilmirdilər.
Misal üçün səhabələrdən birindən "Kəlalə" sözünün mənasını soruşan zaman onu bilməmişdi və demişdi: "Öz rəyimlə deyirəm ki, əgər savabdırsa - Allahdandır, əgər xatadırsa - məndən və şeytandandır".
Ya misal üçün "Əbbə" sözünün mənasını digər səhabədən soruşan zaman, demişdi: "Onu dərk etməkdən uzağıq".
Belə olan hallarda təfsir elmi gəlir və sözlərin həqiqi mənasını bizlərə çatdırır ki, onları düzgün dərk edə bilək. Biz hər bir ayənin nazil olduğu zamanı və şəraiti bilmədiyimizə görə bu ayələrin təfsirə ehtiyacı olar. Bəzən də Qurani-Kərimdə həssas bənzətmələr işlədilir ki, kifayət qədər elm olmadan onu dərk etmək olmaz. Bu cür ayələr adi insanlar üçün həmişə gizli və bağlı olmuşdur.
Qurani-Kərimin hər bir ayəsində dərin mənalar gizlənmişdir. Quran bəşərin səadəti üçün lazım olan hər şeyi bu kiçik kitabda sığdırmışdır. Ona görə də bəzi ayələri dərk etmək və başa düşmək təfəkkürə və açıqlamağa, təfsirə ehtiyac duyur.
Quranda elə ayələr vardır ki, Yer kürəsindən daha yüksəkdə olan aləmlərdən bəhs edir. Ona görə də hər kəs bu ayələrdə Allahın bizə demək istədiklərini dərk etməkdə çətinlik çəkir. Bu ayələrin mənasını başa düşmək üçün təfsir olunmasının zəruri olması bədihiyyatdandır.
Quran ayələrinin başqa bir xüsusiyyəti budur ki, bu ayələr bölmələrə ayrılmamışdır və belə deyildir ki, bir surədə ancaq bir mövzudan bəhs olunsun. Bəzən onun hər səhifəsində və bəzən də hər ayəsində müxtəlif mövzulardan bəhs olunur.
Ona görə də deyə bilərik ki, təfsir elmi zəruri elmlərdən biridir ki, bizə Allah kəlamlarını dərk etməkdə yardım edir və gizli qapıları öz aydın çırağı ilə açaraq, bizə həqiqətləri göstərir.
Kateqoriya: Din | Baxışlar: 920
Sep 21, 2020 1:37 AM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Quran tefsirinin ehemiyyeti Tefsir sozunun menasi aydinlasdirmaq ve askar etmek dir Ellame Tebatebai buyurur Tefsir Quran ayelerinin menasini aydinlasdirmaq ve meqsedini kesf etmekdir Tefsir elminin ehemiyyeti Tefsir elminin movzusu Allah kelamlari oldugu ucun omru hec bir zaman kohnelmez ve mocuzeleri sonsuzdur Her bir dunya kamalinin dine ve Ilahi maarife ehtiyaci vardir Bu da Allahin kitabinda gizlidir Beserin tefsir elmine ehtiyac hiss etmesinin esl sebebi beser elminin zeif olmasindadir Qurani Kerimi basa dusmek ve menalarini derk etmek ucun insan zehninin tefsire ehtiyaci vardir Eger tarixe nezer salsaq gorerik ki bezi Quran ayeleri nazil olan zaman bele bezi muselmanlar ucun derk olunasi deyildi Onlar hemin ayelerin menasini derk ede bilmirdiler Misal ucun sehabelerden birinden Kelale sozunun menasini sorusan zaman onu bilmemisdi ve demisdi Oz reyimle deyirem ki eger savabdirsa Allahdandir eger xatadirsa menden ve seytandandir Ya misal ucun Ebbe sozunun menasini diger sehabeden sorusan zaman demisdi Onu derk etmekden uzagiq Bele olan hallarda tefsir elmi gelir ve sozlerin heqiqi menasini bizlere catdirir ki onlari duzgun derk ede bilek Biz her bir ayenin nazil oldugu zamani ve seraiti bilmediyimize gore bu ayelerin tefsire ehtiyaci olar Bezen de Qurani Kerimde hessas benzetmeler isledilir ki kifayet qeder elm olmadan onu derk etmek olmaz Bu cur ayeler adi insanlar ucun hemise gizli ve bagli olmusdur Qurani Kerimin her bir ayesinde derin menalar gizlenmisdir Quran beserin seadeti ucun lazim olan her seyi bu kicik kitabda sigdirmisdir Ona gore de bezi ayeleri derk etmek ve basa dusmek tefekkure ve aciqlamaga tefsire ehtiyac duyur Quranda ele ayeler vardir ki Yer kuresinden daha yuksekde olan alemlerden behs edir Ona gore de her kes bu ayelerde Allahin bize demek istediklerini derk etmekde cetinlik cekir Bu ayelerin menasini basa dusmek ucun tefsir olunmasinin zeruri olmasi bedihiyyatdandir Quran ayelerinin basqa bir xususiyyeti budur ki bu ayeler bolmelere ayrilmamisdir ve bele deyildir ki bir surede ancaq bir movzudan behs olunsun Bezen onun her sehifesinde ve bezen de her ayesinde muxtelif movzulardan behs olunur Ona gore de deye bilerik ki tefsir elmi zeruri elmlerden biridir ki bize Allah kelamlarini derk etmekde yardim edir ve gizli qapilari oz aydin ciragi ile acaraq bize heqiqetleri gosterir