Azərbaycanda müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan vərəm xəstələrinin sayı azalıb.
www.NiNa.Az Trend-ə istinadən bildirir ki, 2019-cu ildə Azərbaycanda müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan vərəm xəstələrinin sayı 8 257 nəfər olub. Bu say 2010-cu ildə 12 469, 2015-ci ildə 9 695, 2018-ci ildə 8 684 olub.
Keçən il 3 613 nəfərə ilk dəfə vərəm xəstəliyi diaqnozu qoyulub. Ötən il vərəm diaqnozu qoyulanların 2 783 nəfərinə ağciyər vərəmi diaqnozu qoyulub.
2019-cu ildə vərəm diaqnozu qoyulanların 2 415 nəfəri kişi, 1 198 nəfəri qadındır. Vərəm diaqnozu qoyulanların çoxu - 1 178 nəfəri 18-29 yaşlı şəxslərdir. Ötən il vərəm diaqnozu qoyulanları arasında 142 nəfər 13 yaşadək olan uşaq da olub.
Kateqoriya: Sağlamlıq | Baxışlar: 647
Sep 17, 2020 9:22 AM | Müəllif: NiNa.Az