İmişlidə orta əsrə aid gözətçi qalasının qalıqları aşkarlanıb
İmişlidə arxeoloqlar tərəfindən aparılan qazıntı işləri zamanı orta əsrə aid gözətçi qalasının qalıqları aşkar edilib.
www.NiNa.Az APA-ya istinadən bildirir ki, bu barədə ekspedisiyanın rəhbəri, AMEA-nın Arxeologiya və Etnoqrafiya institutunun Tarix üzrə fəlsəfə doktoru Mikayıl Mustafayev məlumat verib. Ekspedisiya rəhbəri qeyd edib ki, Qızıl Təpə adlı qədim yaşayış məskənində tapılan izlərin 800 il yaşı olduğu ehtimal edilir. Qızıl Təpə yaşayış məskəni müxtəlif tarixi dövrləri əhatə edən abidədir. Şirvanşahlar dövlətindən Səfəvilərə qədər, həmçinin Ağqoyunlu və Qaraqoyunlu dövlətləri zamanında bu ərazidə intensiv yaşayış məskənləri olub. Bu kimi təpələr həmin dövrlər üçün əlverişli yüksəkliklər hesab edilib. Çünki bu qalalar üzərində inşa edilən gözətçi məntəqələri, baş verə biləcək hücumların əvvəlcədən qarşısının alınmasında əhəmiyyətli rol oynayıb. Monqol yürüşləri zamanı bu ərazilər dağıntılara məruz qalsa da, Əmir Teymurun səfəri zamanı yenidən bərpa işləri aparılıb. Eyni zamanda buranı təpə yox, möhtəşəm qəsr hesab etmək olar. Çünki ərazisi 4 hektardan çox olan yerin unikallığı su hövzəsi ilə əhatə olunmasıdır. Əraziyə giriş isə tam məhduddur və yalnız bir istiqamətdən abidəyə daxil olmaq mümkündür. Bu da onu deməyə əsas verir ki, Qızıl Təpə qorunan qala olub. İlk dəfə Qızıl Təpədə 2018-ci ildə aparılan arxeoloji qazıntılar zamanı ərazidə Kür-Araz mədəniyyətindən, yəni bizim eradan əvvəl 3-4-cü minillikdən orta əsrə qədər uzanan tarixi mədəniyyət nümunələri aşkar edilib. Burada gil və bişmiş kərpiclərdən ibarət hörgülər də üzə çıxıb. Bu dəfəki qazıntı isə Titadil adlandırılan hissədə aparılır. Qazıntı 200 kvadratmetri əhatə edir. Qazıntı zamanı hörgü divarlarının davamı üzə çıxıb. Həmçinin müxtəlif ocaq izləri, təndir tikililərinin qalıqları və dirəklərin olması bir daha onu göstərir ki, bu ərazi yaşayış məskəni olaraq qorunan bir yer olub. İzlər əsasən orta əsri əhatə edir.
AMEA-nın Arxeologiya və Etnoqrafiya institutunun baş laborantı Nərmin Bayramova deyir ki, ərazidə xeyli sayda maddi mədəniyyət nümunələri də üzə çıxıb. Burada şirəli və şirəsiz qab qalıqları, həmçinin üzəri naxışlı saxsı əşyalar tapılıb.
Hazırda təpədə qazıntı işləri davam etdirilir. Tarixi abidənin alt təbəqələrində daha qədim dövrlərə aid izlərin olduğu bildirilir.
Kateqoriya: Mədəniyyət | Baxışlar: 416
Sep 12, 2020 2:27 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Imislide orta esre aid gozetci qalasinin qaliqlari askarlanib Imislide arxeoloqlar terefinden aparilan qazinti isleri zamani orta esre aid gozetci qalasinin qaliqlari askar edilib b s b APA ya istinaden bildirir ki bu barede ekspedisiyanin rehberi AMEA nin Arxeologiya ve Etnoqrafiya institutunun Tarix uzre felsefe doktoru Mikayil Mustafayev melumat verib Ekspedisiya rehberi qeyd edib ki Qizil Tepe adli qedim yasayis meskeninde tapilan izlerin 800 il yasi oldugu ehtimal edilir Qizil Tepe yasayis meskeni muxtelif tarixi dovrleri ehate eden abidedir Sirvansahlar dovletinden Sefevilere qeder hemcinin Agqoyunlu ve Qaraqoyunlu dovletleri zamaninda bu erazide intensiv yasayis meskenleri olub Bu kimi tepeler hemin dovrler ucun elverisli yukseklikler hesab edilib Cunki bu qalalar uzerinde insa edilen gozetci menteqeleri bas vere bilecek hucumlarin evvelceden qarsisinin alinmasinda ehemiyyetli rol oynayib Monqol yurusleri zamani bu eraziler dagintilara meruz qalsa da Emir Teymurun seferi zamani yeniden berpa isleri aparilib Eyni zamanda burani tepe yox mohtesem qesr hesab etmek olar Cunki erazisi 4 hektardan cox olan yerin unikalligi su hovzesi ile ehate olunmasidir Eraziye giris ise tam mehduddur ve yalniz bir istiqametden abideye daxil olmaq mumkundur Bu da onu demeye esas verir ki Qizil Tepe qorunan qala olub Ilk defe Qizil Tepede 2018 ci ilde aparilan arxeoloji qazintilar zamani erazide Kur Araz medeniyyetinden yeni bizim eradan evvel 3 4 cu minillikden orta esre qeder uzanan tarixi medeniyyet numuneleri askar edilib Burada gil ve bismis kerpiclerden ibaret horguler de uze cixib Bu defeki qazinti ise Titadil adlandirilan hissede aparilir Qazinti 200 kvadratmetri ehate edir Qazinti zamani horgu divarlarinin davami uze cixib Hemcinin muxtelif ocaq izleri tendir tikililerinin qaliqlari ve direklerin olmasi bir daha onu gosterir ki bu erazi yasayis meskeni olaraq qorunan bir yer olub Izler esasen orta esri ehate edir AMEA nin Arxeologiya ve Etnoqrafiya institutunun bas laboranti Nermin Bayramova deyir ki erazide xeyli sayda maddi medeniyyet numuneleri de uze cixib Burada sireli ve siresiz qab qaliqlari hemcinin uzeri naxisli saxsi esyalar tapilib Hazirda tepede qazinti isleri davam etdirilir Tarixi abidenin alt tebeqelerinde daha qedim dovrlere aid izlerin oldugu bildirilir