UEFA “Qarabağ”ın oyunu ilə bağlı Norveç hökumətinə müraciət etdi
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Mölde" ilə əlaqədar Norveç hökumətinə müraciət edib.
Bu haqda qol-a Ağdam klubunun baş meneceri Asif Əsgərov məlumat verib. O qeyd edib ki, qitənin ali futbol qurumu ilə davamlı yazışmarından və "Qarabağ"ın təzyiqlərindən sonra UEFA bu addımı atıb.
Qeyd edək ki, "Mölde" Bakıda keçirilməli olan "Qarabağ"la matçın neytral meydana salınmasını istəyirdi. Buna səbəb kimi, komandanın Bakıdan Norveçə qayıtdıqdan sonra 10-14 gün karantində qalacağı göstərilirdi. "Qarabağ" hesab edir ki, "Mölde"nin bu addımı doğru deyil və püşkdə nəzərdə tutulduğu kimi, oyun Bakıda olmalıdır.
"UEFA bir neçə gün əvvəl Norveç hökumətinə müraciət ünvanlayaraq, Bakıdan qayıtdıqdan sonra "Mölde"nin koronavirus pandemiyasına görə karantində saxlanılmaması üçün xüsusi icazə istəyib. Buna diplomatik dildə nota da deyilir. Hazırda Norveç dövlətindən UEFA-ya cavab gözlənilir. Bizcə, Norveç tərəfi UEFA-ya "yox" deməməlidir. Hər halda, biz "Mölde"yə xüsusi icazə verilməsini gözləyirik" - deyə A.Əsgərov bildirib.
Məsələ ilə bağlı bu gün Norveç hökumətinin mövqeyinin bilinəcəyi bildirilir.
Xatırladaq ki, "Qarabağ" - "Mölde" görüşü sentyabrın 16-da keçirilməlidir.
Kateqoriya: İdman | Baxışlar: 382
Sep 7, 2020 12:25 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . UEFA Qarabag in oyunu ile bagli Norvec hokumetine muraciet etdi b UEFA Cempionlar Liqasinin ucuncu tesnifat merhelesinde Qarabag in reqibi olan Molde ile elaqedar Norvec hokumetine muraciet edib b Bu haqda qol a Agdam klubunun bas meneceri Asif Esgerov melumat verib O qeyd edib ki qitenin ali futbol qurumu ile davamli yazismarindan ve Qarabag in tezyiqlerinden sonra UEFA bu addimi atib Qeyd edek ki Molde Bakida kecirilmeli olan Qarabag la matcin neytral meydana salinmasini isteyirdi Buna sebeb kimi komandanin Bakidan Norvece qayitdiqdan sonra 10 14 gun karantinde qalacagi gosterilirdi Qarabag hesab edir ki Molde nin bu addimi dogru deyil ve puskde nezerde tutuldugu kimi oyun Bakida olmalidir UEFA bir nece gun evvel Norvec hokumetine muraciet unvanlayaraq Bakidan qayitdiqdan sonra Molde nin koronavirus pandemiyasina gore karantinde saxlanilmamasi ucun xususi icaze isteyib Buna diplomatik dilde nota da deyilir Hazirda Norvec dovletinden UEFA ya cavab gozlenilir Bizce Norvec terefi UEFA ya yox dememelidir Her halda biz Molde ye xususi icaze verilmesini gozleyirik deye A Esgerov bildirib Mesele ile bagli bu gun Norvec hokumetinin movqeyinin bilineceyi bildirilir Xatirladaq ki Qarabag Molde gorusu sentyabrin 16 da kecirilmelidir