Bu vitamin koronavirusdan qoruya, virus yükünü azalda bilir- Yeni ARAŞDIRMA
Koronavirusu əngəlləyən vitaminin olduğu açıqlanıb.
www.NiNa.Az e-tibb.az-a istinadən bildirir ki, Hindistandan olan alimlər bildiriblər ki, B12 vitamini virus yükünü azalda, həm də xəstəliyin gedişini yüngüləşdirə bilər.
Hindistanın Manipal Ali Təhsil Akademiyası və Regional Biotexnologiya Mərkəzinin mütəxəssisləri araşdırma əsasında belə nəticəyə gəliblər. Biotexnoloqlar kompüter simulyasiyasına əsaslanan tədqiqat zamanı B12 vitamininin patogenin çoxalmasına cavabdeh olan koronavirus genomunda xüsusi bir ferment yatırmağa qadir olduğunu müəyyənləşdiriblər.
Amma hesab olunur ki, bu vitaminin COVID-19-a qarşı istifadəsinin effektivliyi yalnız əlavə tədqiqatlardan sonra daha dəqiq təsdiqlənə bilər. Bununla yanaşı, hindistanlı mütəxəssislər hesab edirlər ki, bu vitaminin sərbəst buraxılış forması olan metilkobalamin artıq koronavirus xəstələrinə, həmçinin infeksiya riski olan insanlara profilaktika məqsədilə təyin oluna bilər.
Amma rusiyalı mütəxəssislər hindistanlı həmkarlarını əldə etdikləri nəticələrə ehtiyatla yanaşmağa çağırırlar, çünki hesab edirlər ki, bu, yalnız kompüter modelləşdirilməsinə əsaslanır və əlavə araşdırma tələb olunur.
Qeyd edək ki, B 12 vityamini ilə zəngin olan qidalar kimi taxıl məhsulları, pendir, yumurta, süd və süd məhsulları, qırmızı ət, somon balığı xüsusi olaraq vurğulanır.
Kateqoriya: Sağlamlıq | Baxışlar: 582
Sep 5, 2020 6:43 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Bu vitamin koronavirusdan qoruya virus yukunu azalda bilir Yeni ARASDIRMA Koronavirusu engelleyen vitaminin oldugu aciqlanib b s b e tibb az a istinaden bildirir ki Hindistandan olan alimler bildiribler ki B12 vitamini virus yukunu azalda hem de xesteliyin gedisini yungulesdire biler Hindistanin Manipal Ali Tehsil Akademiyasi ve Regional Biotexnologiya Merkezinin mutexessisleri arasdirma esasinda bele neticeye gelibler Biotexnoloqlar komputer simulyasiyasina esaslanan tedqiqat zamani B12 vitamininin patogenin coxalmasina cavabdeh olan koronavirus genomunda xususi bir ferment yatirmaga qadir oldugunu mueyyenlesdiribler Amma hesab olunur ki bu vitaminin COVID 19 a qarsi istifadesinin effektivliyi yalniz elave tedqiqatlardan sonra daha deqiq tesdiqlene biler Bununla yanasi hindistanli mutexessisler hesab edirler ki bu vitaminin serbest buraxilis formasi olan metilkobalamin artiq koronavirus xestelerine hemcinin infeksiya riski olan insanlara profilaktika meqsedile teyin oluna biler Amma rusiyali mutexessisler hindistanli hemkarlarini elde etdikleri neticelere ehtiyatla yanasmaga cagirirlar cunki hesab edirler ki bu yalniz komputer modellesdirilmesine esaslanir ve elave arasdirma teleb olunur Qeyd edek ki B 12 vityamini ile zengin olan qidalar kimi taxil mehsullari pendir yumurta sud ve sud mehsullari qirmizi et somon baligi xususi olaraq vurgulanir