Dişlər bədənimizin qidanı həzmə təşviq edən ən vacib hissələrindən biridir.
www.NiNa.Az xəbər verir ki, türkiyəli diş həkimi Pertev Kökdemir hər gün güzgüdə gördüyümüzdən daha sirli bir dünyaya sahib olan dişlərimizlə bağlı bəzi faktları bölüşüb.
Həkim bildirib ki, diş minası insan bədənindəki ən sərt maddədir:
"Təxminən 300 kq yükə qırılmadan müqavimət göstərə bilər. Ancaq yenə də şüşə qabda olan içkilərin qapağını açmaq üçün dişlərdən istifadə etməyi tövsiyə etmirik. Barmaq izinin fərdi olduğunu demək olar ki, hamı bilir. Bu, eynilə dişlərimizə də aiddir. Hər kəsin dişləri barmaq izləri kimi fərqlidir. Hətta əkiz uşaqların dişləri belə bir-birindən seçilir".
O əlavə edib ki, ağzımız müxtəlif növ canlılara ev sahibliyi edir:
"Ağzımızda 300-dən çox növ bakteriya yaşayır".
Həkimin sözlərinə görə, dişlər körpəlikdə 6-cı aydan etibarən çıxmağa başlayır: "Ancaq bununla belə ana bətnində formalaşdığını qeyd etməliyik".
P.Kökdemir son olaraq vurğulayıb ki, atalarımız çənənin arxa qismində yerləşən azı dişlərə sahib olub:
"Ancaq ətraf mühitin təsiri və yemək vərdişləri çənə quruluşumuzu da dəyişdirdi. Bu səbəbdən çox insanın ağzında bu dişlər yer almasa da, bəzi şəxslərdə hələ də çıxmağa davam edir. Bundan əlavə, 35 faiz insanda 20 yaş dişinin heç çıxmadığını qeyd etməliyik". (publika)
Kateqoriya: Sağlamlıq | Baxışlar: 337
Aug 30, 2020 7:41 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Disleriniz haqda teeccubleneceyiniz gercekler Disler bedenimizin qidani hezme tesviq eden en vacib hisselerinden biridir b s b xeber verir ki turkiyeli dis hekimi Pertev Kokdemir her gun guzgude gorduyumuzden daha sirli bir dunyaya sahib olan dislerimizle bagli bezi faktlari bolusub Hekim bildirib ki dis minasi insan bedenindeki en sert maddedir Texminen 300 kq yuke qirilmadan muqavimet gostere biler Ancaq yene de suse qabda olan ickilerin qapagini acmaq ucun dislerden istifade etmeyi tovsiye etmirik Barmaq izinin ferdi oldugunu demek olar ki hami bilir Bu eynile dislerimize de aiddir Her kesin disleri barmaq izleri kimi ferqlidir Hetta ekiz usaqlarin disleri bele bir birinden secilir O elave edib ki agzimiz muxtelif nov canlilara ev sahibliyi edir Agzimizda 300 den cox nov bakteriya yasayir Hekimin sozlerine gore disler korpelikde 6 ci aydan etibaren cixmaga baslayir Ancaq bununla bele ana betninde formalasdigini qeyd etmeliyik P Kokdemir son olaraq vurgulayib ki atalarimiz cenenin arxa qisminde yerlesen azi dislere sahib olub Ancaq etraf muhitin tesiri ve yemek verdisleri cene qurulusumuzu da deyisdirdi Bu sebebden cox insanin agzinda bu disler yer almasa da bezi sexslerde hele de cixmaga davam edir Bundan elave 35 faiz insanda 20 yas disinin hec cixmadigini qeyd etmeliyik publika