Ürək-damar xəstəliklərinin yaranma riski atmosferin çirklənməsi ilə bilavasitə əlaqədardır. Klivlend Keys Rezerv Universitetinin (Ohayo ştatı, ABŞ) kardioloqlarının gəldiyi nəticə belədir. Onlar havanın çirklənməsinin insan orqanizmində kardiometabolik proseslərin yaranmasına təsirini tədqiq ediblər. Bu da insulinə rezistentlik, ikinci tip şəkərli diabet və digər xəstəliklər yaradır. Tədqiqatın nəticələri ABŞ-ın "Journal of Clinical Investigation" nəşrində yer alıb.
www.NiNa.Az AZƏRTAC-a istinadən bildirir ki, Klivlend Keys Rezerv Universitetinin Ürək-Damar Tədqiqatları İnstitutunun direktoru, layihənin rəhbəri Sancay Racaqopalan deyib: "Nyu-Dehlidə və Pekində ətraf mühitin çirklənməsini imitasiya edən tədqiqatımızda havaya РМ2,5 zərrəciklərini buraxdıq".
Bu amillər ürək-damar patologiyası olan insanlar üçün xüsusən təhlükəlidir. Onlar xəstəliyin kəskinləşməsinə səbəb olur, infarkt, insult və stenokardiya tutmaları yaradır. Tədqiqatçılar laboratoriya siçanları üzərində təcrübə apararaq onları üç qrupa bölüblər. Birinci qrup təmiz hava, ikinci qrup 24 həftə ərzində çirklənmiş hava ilə tənəffüs edib, üçüncü qrupa həddən artıq yağlı qida verilib. Patologiya çirkli hava ilə nəfəs alan və "yağlı" qidalanan siçanlarda müşahidə edilib. Onlarda şəkər sürətlə yaranıb, miokardda distrofiya prosesləri müşahidə edilib.
"Bizim tədqiqatımız genomun çirklənmiş havanın təsiri altında dəyişməsini göstərən ilk təcrübədir. Yaxşı yenilik ondan ibarətdir ki, təmiz hava ilə nəfəs alanda patoloji dəyişiklik azalır və heyvanın orqanizmi bərpa olunmağa başlayır", - deyə Sancay Racaqopalan bildirib.
Tədqiqatlar göstərir ki, havanın çirklənməsi hər il dünyada təqribən doqquz milyon insanın ölümünə, bir neçə milyon insanda isə diabet, insulinə rezistentlik yaranmasına səbəb olur. Havanın çirklənməsi miokard infarktının, insultun və digər bu kimi xəstəliklərin yaranmasında "baza" komponenti hesab edilir.
Məruzədə vurğulanır ki, əlverişsiz ətraf mühit hər şeyin sona çatması demək deyil; belə şəraitdə insanlar maska (N95) taxmalı, habelə evdə, mənzildə kondisionerin filtrini tez-tez dəyişməli, evdə və nəqliyyatda pəncərəni açmamalıdırlar. Artıq çəkisi olan insanlar fiziki təmrinlərə xüsusi diqqət yetirməlidirlər.
Kateqoriya: Sağlamlıq | Baxışlar: 826
Aug 26, 2020 4:27 AM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Alimler Atmosferin cirklenmesi urek damar xestelikleri riskini artirir Urek damar xesteliklerinin yaranma riski atmosferin cirklenmesi ile bilavasite elaqedardir Klivlend Keys Rezerv Universitetinin Ohayo stati ABS kardioloqlarinin geldiyi netice beledir Onlar havanin cirklenmesinin insan orqanizminde kardiometabolik proseslerin yaranmasina tesirini tedqiq edibler Bu da insuline rezistentlik ikinci tip sekerli diabet ve diger xestelikler yaradir Tedqiqatin neticeleri ABS in Journal of Clinical Investigation nesrinde yer alib b s b AZERTAC a istinaden bildirir ki Klivlend Keys Rezerv Universitetinin Urek Damar Tedqiqatlari Institutunun direktoru layihenin rehberi Sancay Racaqopalan deyib Nyu Dehlide ve Pekinde etraf muhitin cirklenmesini imitasiya eden tedqiqatimizda havaya RM2 5 zerreciklerini buraxdiq Bu amiller urek damar patologiyasi olan insanlar ucun xususen tehlukelidir Onlar xesteliyin keskinlesmesine sebeb olur infarkt insult ve stenokardiya tutmalari yaradir Tedqiqatcilar laboratoriya sicanlari uzerinde tecrube apararaq onlari uc qrupa bolubler Birinci qrup temiz hava ikinci qrup 24 hefte erzinde cirklenmis hava ile teneffus edib ucuncu qrupa hedden artiq yagli qida verilib Patologiya cirkli hava ile nefes alan ve yagli qidalanan sicanlarda musahide edilib Onlarda seker suretle yaranib miokardda distrofiya prosesleri musahide edilib Bizim tedqiqatimiz genomun cirklenmis havanin tesiri altinda deyismesini gosteren ilk tecrubedir Yaxsi yenilik ondan ibaretdir ki temiz hava ile nefes alanda patoloji deyisiklik azalir ve heyvanin orqanizmi berpa olunmaga baslayir deye Sancay Racaqopalan bildirib Tedqiqatlar gosterir ki havanin cirklenmesi her il dunyada teqriben doqquz milyon insanin olumune bir nece milyon insanda ise diabet insuline rezistentlik yaranmasina sebeb olur Havanin cirklenmesi miokard infarktinin insultun ve diger bu kimi xesteliklerin yaranmasinda baza komponenti hesab edilir Meruzede vurgulanir ki elverissiz etraf muhit her seyin sona catmasi demek deyil bele seraitde insanlar maska N95 taxmali habele evde menzilde kondisionerin filtrini tez tez deyismeli evde ve neqliyyatda pencereni acmamalidirlar Artiq cekisi olan insanlar fiziki temrinlere xususi diqqet yetirmelidirler