Azərbaycanın görkəmli şairlərindən olan Xalq şairi Balaş Azəroğlu gözəl lirik şeirlərin, bənzərsiz poemaların müəllifidir. "Sinəm Savalan dağıdır", - deyən Balaş Azəroğlunun yaradıcılığında Cənub ağrısı, Vətən həsrəti daim oxuculara da sirayət edib, onları düşündürüb.
www.NiNa.Az AZƏRTAC-a istinadən bildirir ki, bu gün Azərbaycan poeziyasının inkişafında özünəməxsus rolu olan Balaş Azəroğlunun anadan olmasından 98 il ötür.
Balaş Azəroğlu 1921-ci il noyabrın 11-də Bakıda doğulub. Orta təhsilini də burada alıb. Məktəbdə oxuyarkən ədəbiyyata böyük həvəs göstərib. Məktəbin ədəbiyyat müəllimi Cəfər Rəmzi bu sahədə ona böyük təsir göstərib, qəlbində ədəbiyyata böyük sevgini alovlandırıb.
Ölməz şeirləri ilə milyonlarla insanın bədii zövqünü oxşayan, əbədi rəğbətini qazanan, ürəklərdə bütöv Azərbaycanın möhtəşəm heykəlini ucaldan sənətkar mənalı və şərəfli həyat yolu keçib. O, doğulduğu Bakını, böyüdüyü Ərdəbili sevib, erkən yaşlarından şeirə könül verib. Həyatı müxtəlif dolanbaclardan keçsə də, özünü, yurdun gözəlliklərindən ilhamlanan şair mənini və imzasını tanıda bilib.
Şair yaradıcılığa hələ 16 yaşından başlayıb. "Dnepr" adlı ilk şeiri 1937-ci ildə Bakıda çapdan çıxıb. Balaş Azəroğlunun yaradıcılığına nəzər yetirəndə onun Cənub ədəbi mühitinin mənzərəsini yaradan əsərlərini xüsusi qeyd etmək lazım gəlir. Şair ədəbiyyatımızın bu coğrafi məkanına yeniliklər gətirən, forma axtarışları və mövzuları ilə seçilən müəllif kimi yüksəkdə dayanır.
Balaş Azəroğlu gəncliyində özü kimi odlu-alovlu şair qızı sevib. Özlərinə məxsus ayrı-ayrı yaradıcılıq üslubları olsa da, məqsədləri birdir. Bu qoşa sevgililərin ürəyi ancaq Vətən eşqi ilə döyünüb. Xalq şairləri Mədinə Gülgün və Balaş Azəroğlu uzun illər sənət yollarında birgə addımlayıb, ədəbiyyatda və ailədə bir ocağın istisinə qızınıb, isti sözləri ilə ürəklərdə tonqal qalamağı bacarıb, övladlar böyüdüb, kitablar yazıblar.
Şair Ərdəbildə, Təbrizdə, Bakıda rəhbər vəzifələrdə çalışarkən, həmişə doğma dilinə və xalqına sadiq olub.
Farscadan dilimizə çevirdiyi Nizaminin "Yeddi gözəl" poeması, Füzulinin qəzəlləri, Şəhriyardan tərcümələri geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanıb. Şairin müxtəlif illərdə "Şeirlər", "Savalan", "Mübarizə yollarında", "Gənclik dostlarım", "Mənim nəğmələrim", "Səhər şəfəqləri", "Sənətin qüdrəti", "Hafizin qəbri üstündə", "Elə oğul istəyir Vətən", "Dünənim, bu günüm, sabahım", "Gəl, ay bahar", "Sinəm Savalan dağıdır", "Bir kürsü istəyirəm" və digər kitabları ona oxucu rəğbəti qazandırıb.
2011-ci aprelin 24-də vəfat edən Balaş Azəroğlu Bakıda dəfn olunub.
Kateqoriya: Mədəniyyət | Baxışlar: 700
Nov 11, 2019 3:31 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Veten hesreti bitmeyen Balas Azeroglu Azerbaycanin gorkemli sairlerinden olan Xalq sairi Balas Azeroglu gozel lirik seirlerin benzersiz poemalarin muellifidir Sinem Savalan dagidir deyen Balas Azeroglunun yaradiciliginda Cenub agrisi Veten hesreti daim oxuculara da sirayet edib onlari dusundurub b s b AZERTAC a istinaden bildirir ki bu gun Azerbaycan poeziyasinin inkisafinda ozunemexsus rolu olan Balas Azeroglunun anadan olmasindan 98 il otur Balas Azeroglu 1921 ci il noyabrin 11 de Bakida dogulub Orta tehsilini de burada alib Mektebde oxuyarken edebiyyata boyuk heves gosterib Mektebin edebiyyat muellimi Cefer Remzi bu sahede ona boyuk tesir gosterib qelbinde edebiyyata boyuk sevgini alovlandirib Olmez seirleri ile milyonlarla insanin bedii zovqunu oxsayan ebedi regbetini qazanan ureklerde butov Azerbaycanin mohtesem heykelini ucaldan senetkar menali ve serefli heyat yolu kecib O doguldugu Bakini boyuduyu Erdebili sevib erken yaslarindan seire konul verib Heyati muxtelif dolanbaclardan kecse de ozunu yurdun gozelliklerinden ilhamlanan sair menini ve imzasini tanida bilib Sair yaradiciliga hele 16 yasindan baslayib Dnepr adli ilk seiri 1937 ci ilde Bakida capdan cixib Balas Azeroglunun yaradiciligina nezer yetirende onun Cenub edebi muhitinin menzeresini yaradan eserlerini xususi qeyd etmek lazim gelir Sair edebiyyatimizin bu cografi mekanina yenilikler getiren forma axtarislari ve movzulari ile secilen muellif kimi yuksekde dayanir Balas Azeroglu gencliyinde ozu kimi odlu alovlu sair qizi sevib Ozlerine mexsus ayri ayri yaradiciliq uslublari olsa da meqsedleri birdir Bu qosa sevgililerin ureyi ancaq Veten esqi ile doyunub Xalq sairleri Medine Gulgun ve Balas Azeroglu uzun iller senet yollarinda birge addimlayib edebiyyatda ve ailede bir ocagin istisine qizinib isti sozleri ile ureklerde tonqal qalamagi bacarib ovladlar boyudub kitablar yaziblar Sair Erdebilde Tebrizde Bakida rehber vezifelerde calisarken hemise dogma diline ve xalqina sadiq olub Farscadan dilimize cevirdiyi Nizaminin Yeddi gozel poemasi Fuzulinin qezelleri Sehriyardan tercumeleri genis oxucu kutlesi terefinden regbetle qarsilanib Sairin muxtelif illerde Seirler Savalan Mubarize yollarinda Genclik dostlarim Menim negmelerim Seher sefeqleri Senetin qudreti Hafizin qebri ustunde Ele ogul isteyir Veten Dunenim bu gunum sabahim Gel ay bahar Sinem Savalan dagidir Bir kursu isteyirem ve diger kitablari ona oxucu regbeti qazandirib 2011 ci aprelin 24 de vefat eden Balas Azeroglu Bakida defn olunub