"Barselona"da dəyişiklik edə bilmədim, istefa verdim" - Abidal
"Barselona"nın keçmiş idman direktoru Erik Abidal Kataloniya klubundan ayrılmasını izah edib.
www.NiNa.Az qol-a istinadən xəbər verir ki, bu barədə İnstaqram səhifəsində yazan fransalı mütəxəssis Kataloniya klubundan qovulmadığını, öz istəyi ilə getdiyini bildirib:
"Hörmətli "Barsa" fanatları, vidalaşmaq üçün bu sətirləri yazmaq istədim. Həyatımın iki mühüm mərhələsini sizinlə bölüşə bildiyim üçün dərin minnətdarlığımı bildirirəm. Biri oyunçu, digəri idarəedici kimi. İkinci dövr iki ili əhatə edir. Bu müddətdə "Barsa"nı daha yaxşı vəziyyətə gətirməyə çalışdım.
Direktorlar şurası bazar ertəsi günü vəzifəmdə qalmağımı təsdiqləsə də, ötən çərşənbə axşamı istefa verdim.
Son iki ildə dəyişikliklər etməyə çalışdım. Fikrimcə, bu, komandanın gələcəyi üçün çox vacib idi. Əminliyimə və əzmimə baxmayaraq, bunu edə bilmədim. Bu səbəbdən düşündüm ki, klubla münasibətlərimə son verməyin vaxtı gəlib. Ona görə də "Barselona" ilə daha bir il müqaviləm olmasına rəğmən, klubdan getdim.
Bu gün "Barselona"da vəziyyət çətindir, amma şübhə etmirəm ki, bu böyük kluba layiq olan uğurları qaytarmaq mümkündür. Bunu ürəkdən arzulayıram.
Hamınız çox sağ olun. Yaşasın "Barsa", yaşasın Kataloniya".
Xatırladaq ki, 2007-2013-cü illərdə futbolçu kimi "Barselona"nın şərəfini qoruyan fransalı mütəxəssis 2018-c ildə klubun idman direktoru təyin edilmişdi. O, komandanın Çempionlar Liqasının 1/4 finalında "Bavariya"ya 2:8 hesabı ilə uduzmasından sonra istefa verib.
Kateqoriya: İdman | Baxışlar: 216
Aug 20, 2020 6:52 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Barselona da deyisiklik ede bilmedim istefa verdim Abidal Barselona nin kecmis idman direktoru Erik Abidal Kataloniya klubundan ayrilmasini izah edib b s b qol a istinaden xeber verir ki bu barede Instaqram sehifesinde yazan fransali mutexessis Kataloniya klubundan qovulmadigini oz isteyi ile getdiyini bildirib Hormetli Barsa fanatlari vidalasmaq ucun bu setirleri yazmaq istedim Heyatimin iki muhum merhelesini sizinle boluse bildiyim ucun derin minnetdarligimi bildirirem Biri oyuncu digeri idareedici kimi Ikinci dovr iki ili ehate edir Bu muddetde Barsa ni daha yaxsi veziyyete getirmeye calisdim Direktorlar surasi bazar ertesi gunu vezifemde qalmagimi tesdiqlese de oten cersenbe axsami istefa verdim Son iki ilde deyisiklikler etmeye calisdim Fikrimce bu komandanin geleceyi ucun cox vacib idi Eminliyime ve ezmime baxmayaraq bunu ede bilmedim Bu sebebden dusundum ki klubla munasibetlerime son vermeyin vaxti gelib Ona gore de Barselona ile daha bir il muqavilem olmasina regmen klubdan getdim Bu gun Barselona da veziyyet cetindir amma subhe etmirem ki bu boyuk kluba layiq olan ugurlari qaytarmaq mumkundur Bunu urekden arzulayiram Haminiz cox sag olun Yasasin Barsa yasasin Kataloniya Xatirladaq ki 2007 2013 cu illerde futbolcu kimi Barselona nin serefini qoruyan fransali mutexessis 2018 c ilde klubun idman direktoru teyin edilmisdi O komandanin Cempionlar Liqasinin 1 4 finalinda Bavariya ya 2 8 hesabi ile uduzmasindan sonra istefa verib