"Qol gözəl alındı, çünki müdafiəçinin yaratdığı boşluqdan yararlandım. Ozobiçin mənə verdiyi ötürmə də çox yaxşı idi".
www.NiNa.Az qol-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Xayme Romero AS nəşrinə açıqlamasında deyib.
İspaniyalı futbolçu Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Sileks"ə qalib gəldikləri oyunu (4:0) dəyərləndirərkən "Qarabağ" və Bakı haqda da danışıb: "Böyük klubda oynadığım üçün çox xoşbəxtəm. Bazalar, şəhər... Hər şey əladır. Ötən il ölkə çempionu olduq, Avropa Liqasının qrupunda oynadıq. Burada özümü rahat hiss edirəm. Vacib hədəflər uğrunda mübarizə futbolçunu motivasiya edir".
X.Romero "Qarabağ"ın qarşıdakı hədəflərindən də danışıb: "Çətin olacaq. Çünki təsnifat mərhələlərində güclü komandalar olur. Ancaq məqsədimiz avrokuboklarda yolumuza davam etməkdir. Çempionlar Liqasında qrupa düşə bilməsək, Avropa Liqasının qrupunda oynamağa çalışacağıq".
İspan futbolçu həmyerliləri Dani Kintana və Miçelin "Qarabağ"dan ayrılmasına təəssüfləndiyini də bildirib: "Onlarla çox yaxşı anlaşırdım. Məni tək buraxdılar. Xoşbəxtlikdən qardaşım Dani burada, əvəzedici komandadadır".
Kateqoriya: İdman | Baxışlar: 273
Aug 19, 2020 7:18 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Xayme ispanlara Qarabag dan danisdi Qol gozel alindi cunki mudafiecinin yaratdigi bosluqdan yararlandim Ozobicin mene verdiyi oturme de cox yaxsi idi b s b qol a istinaden xeber verir ki bu sozleri Qarabag in yarimmudafiecisi Xayme Romero AS nesrine aciqlamasinda deyib Ispaniyali futbolcu Cempionlar Liqasinin 1 ci tesnifat merhelesinde Sileks e qalib geldikleri oyunu 4 0 deyerlendirerken Qarabag ve Baki haqda da danisib Boyuk klubda oynadigim ucun cox xosbextem Bazalar seher Her sey eladir Oten il olke cempionu olduq Avropa Liqasinin qrupunda oynadiq Burada ozumu rahat hiss edirem Vacib hedefler ugrunda mubarize futbolcunu motivasiya edir X Romero Qarabag in qarsidaki hedeflerinden de danisib Cetin olacaq Cunki tesnifat merhelelerinde guclu komandalar olur Ancaq meqsedimiz avrokuboklarda yolumuza davam etmekdir Cempionlar Liqasinda qrupa duse bilmesek Avropa Liqasinin qrupunda oynamaga calisacagiq Ispan futbolcu hemyerlileri Dani Kintana ve Micelin Qarabag dan ayrilmasina teessuflendiyini de bildirib Onlarla cox yaxsi anlasirdim Meni tek buraxdilar Xosbextlikden qardasim Dani burada evezedici komandadadir