İnsan - təbiətin ayrılmaz hissəsidir, buna görə də orqanizm ətraf mühitin istənilən dəyişikliyinə çox həssaslıqla cavab verir. İnsan da daxil olmaqla, bütün canlıların hüceyrələrdə gedən biokimyəvi proseslər milyonlarla illər əvvəl formalaşmışdır və bütün bu müddət ərzində canlı dünyanın təkamülü ideal ekoloji təmiz mühitdə baş vermişdir.
Lakin 21-ci əsrdə texniki proqress planeti tanınmaz dərəcədə dəyişmişdir. Ekzoekologiyanın, yəni ətraf mühitin kobud şəkildə dəyişməsi orqanizmin endoekologiya adlanan daxili mühitini də kritik duruma salmışdır. Yeni xəstəliklər yaranmış, məlum xəstəliklərin gedişatı pozulmuş, atipikləşmişdir. Bəşəriyyət dərmanların təsirinin zəifləməsi və dəyişməsi, müalicənin effektsizliyi ilə üz-üzə qalmışdır. Müasir insanın orqanizmi toksinlə aşırı dərəcədə yüklənmişdir.
Əsas çirkləndirici amillər:
- Ətraf mühit tullantıları (ksenobiotiklər- ağır metallar, üzvi kübrələr, dərmanlar, sənaye toksinləri)
- Stress endotoksinləri
- Yanlış qidalanma (yanlış qida seçimi və rejimi)
- Kosmik şüalar, geomaqnit sahələr
- Həyat tərzi (yanlış yuxu rejimi, zərərli vərdişlər, fiziki və ya psixi yüklənmə)
- Maddələr mübadiləsi pozulması nəticəsində yaranmış endotoksinlər (bilirubin, öd turşuları)
- Fizioloji mübadilə nəticəsində yaranmış endotoksinlər (neyromediatorlar, hormonlar, eykozanoidlər, yağ turşuları, retinoidlər)
- Regional klimatik amillər
Hər bir xəstəlik ilk öncə orqanizmin təşkil olunduğu hüceyrələrin xəstəliyidir. Hüceyrələr hüceyrəarası sahədə (interstisium) yerləşir. İnterstisium vasitəsilə hüceyrələrə qidalı maddələr gəlir, elə bu yolla da işlənmiş maddələr xaric olunur. Hüceyrələrimiz interstisial sahənin çirklənməsindən əziyyət çəkir. Toksinlər 3%% qanda, 7%% limfada, 7%% hüceyrələrdə, 83%% isə hüceyrəarası sahədə toplanır.
Sağlam orqanizmdə fizioloji olaraq toksinlərin yaranması və zərərsizləşdirilməsi prosesi tarazlaşdırılmışdır. Təkamül prosesində zərərli maddələrin çevrilməsi və xaric edilməsini təmin edən mükəmməl detoksikasiya sistemi formalaşmışdır. Lakin toksin yükünün artması bu sistemi yükləyərək, bir çox xroniki xəstəliklərin, həmçinin xroniki yorğunluq, əzələ zəifliyi, əqli pozulmalar ilə xarakterizə olunan sindromların inkişafını provokasiya edə bilər.
Detoksikasiya və ya ksenobiotiklərin biotransformasiyası adlanan bu sistemə daxildir:
- İmmun sistemi
- Qaraciyərin detoksikasiya sistemi
- Ekskretor orqanlar sistemi: mədə-bağırsaq traktı, böyrəklər, ağciyərlər, dəri
Biotransformasiya fermentlərinin zənginliyi və yüksək aktivliyinə görə detoksikasiya əsasən qaraciyərdə gedir. Həmçinin portal sistem mədə bağırsaq traktına düşmüş bütün maddələrin ümumi qan dövranına düşməzdən əvvəl onun qaraciyərdə keçməsini təmin edir.
Biotransformasiya sistemi 2 fazadan (bəzən 3 faza qeyd olunur) ibarətdir - bioaktivasiya fazası və konyuqasiya fazası. Birinci faza reaksiyaları 150-dən çox fermenti birləşdirən Sitoxrom P450 sistemi (CYP450) və bir sıra digər fermentlərin iştirakı ilə həyata keçirilir. Fermentlərin aktivliyi insanın genetik xüsusiyyətindən, təsir edən toksinin səviyyəsindən və nutrient statusundan asılıdır. Bu fazada bəzi məhsullar, bioaktivasiya olaraq suda həll olan formaya çevrilib ekskresiya olunur (kofein, dərmanlar). I faza reaksiyaları aralıq məhsullarının yaranması ilə müşayiət olunur. Bu maddələr bəzən ilkin maddədən də çox aqressiv xassəli olub, hüceyrələrə dağıdıcı təsir göstərə bilir (buna görə onların dərhal II faza fermentləri vasitəsilə zərərsizləşdirilməsi çox vacibdir). Həmçinin I fazada sərbəst radikalların istehsalı artaraq oksidativ stresin güclənməsinə səbəb olur.
Beləliklə, biotransformasiyaya məruz qalmış bu məhsullar II fazada konyuqasiya olunaraq, çıxarıcı orqanlar vasitəsilə orqanizmdən xaric edilir.
Detoksikasiyanın iki fazası bir biri ilə sıx əlaqəli çalışmalıdır və I və II faza arasında balansın qorunması çox vacib məqamdır. II faza proseslərinin sürəti I fazada əmələ gələn reaktiv aralıq məhsullarının yaranma sürəti ilə eyni olmalıdır. Əks təqdirdə reaktiv maddələrin yaranma və çevrilməsində disbalans qaçılmazdır, çünki I fazada yaranan maddə dərhal konyuqasiya olunub xaric edilmədikdə, DNT/zülallarla birləşib geridönməz hüceyrə reaksiyaları törədə bilər.
Əgər II faza hər hansı səbəbdən inhibə edilərsə, və ya I faza daha sürərlə gedərsə, tarazlıq pozulur. Məsələn, bəzi dərmanlar I fazanı inhibə edə bilər ki, bu zaman toksinlər dəyişilməz olaraq qalır. Və yaxud tütün, alkoqol, bəzi medikamentlər I fazanı sürətləndirərək, balansı poza bilər. Buna görə də biotransformasiya edilmiş molekulların tez bir zamanda II faza reaksiyalarına məruz qalıb eliminasiya olunması çox mühümdür. Həm birinci, həm ikinci fazanın mükəmməl çalışması müxtəlif nutrientlərdən asılıdır.
I fazada Sitoxrom P450-nin normal fəaliyyəti üçün vitamin və mikroelementlər, o cümlədən, Fe, Mg, Mo, Zn, Cu, S; həmçinin C, E, B qrup (B1, B3, B5, B6, B9, B12) vitaminləri, alfa-lipoy turşusu vacibdir. Bu maddələr Sitoxrom P450-ni kofaktorları olub sərbəst radikalların zərərsizləşdirilməsində iştirak edirlər.
Bir çox qoruyucu xassəli bitki nutrientləri II faza enzimlərini tənzimləyən genlərin ekspressiyasını induksiya edərək, konyuqasiyaedici zülalların sintezini artırır və II fazanın aktivliyini yüksəldir (qlisin, qlutation, Vit B6, kurkumin). Vit B12, fol turşusu, metionin, betain və xolin metilləşməni, sistein, metionin, taurin sulfatasiyanı dəstəkləyir.
Bəzi maddələr monofunksional induktor qismində çıxış edərək, yalnız I yaxud II faza fermentlərinə təsir edir. Bitki mənşəli bifunksional modulyatorlar isə hər iki fazada çalışaraq, detoksikasiyanı optimal balansda saxlayır. Bunlara bir çox giləmeyvə və narın tərkibindəki Ellagik turşusu (ellagik acid), yaşıl çay və üzümün tərkibindəki katexinlər, xaççiçəkli tərəvəzlərin (kələm, brokkoli, gül kələmi) tərkibindəki qlükozilatlar və s. aiddir.
- Yaşıl çayın tərkibində olan katexinlər - II faza fermentləri olan qlutation S-transferaza və kvinon-reduktazanın induksiyasını artırır, I faza Sitoxrom P450 -nin spesifik biotransformasiya enzimlərinin isə həddən artıq induksiyasını inhibə edir.
- Giləmeyvələr (böyürtkən, moruq, çiyələk) və narın tərkibindəki Ellagik turşu (ellagik acid) - I fazada biotransformasiyanı modulyasiya edir, II fazada qlutation-S-transferaza və kvinon-reduktazanın induksiyasını artırır.
- Brokkolinin tərkibində olan İndol-3-karbinol və sulforafan detoksikasiya fermentlərinin aktivliyini tənzimləyir.
- Ənginar - antioksidant müdafiəni təmin edir.
- Acı qıjı bitkisinin qlükozilatları - hər iki faza fermentlərini modulyasiya edir.
- Alaqanqalın tərkibində olan silimarin - qlutation və qlutation-peroksidazanın səviyyəsini artırır və qlutation-S-transferazanı induksiya edir. Həmçinin, silimarin qlikozidləri güclü antioksidant xassəyə malikdirlər.
- Naringi, portağal və limon qabığında olan D-limonen maddəsi
- Soğan və sarımsağın tərkibində kükürd (allisin komponenti), selen və s.
Bifunksional modulyatorların bu xassələri meyvə-tərəvəzlə zəngin rasionun xroniki qeyri-infeksion xəstəlik riskinin azalması arasında əlaqəni göstərir. Məhz giləmeyvə və tərəvəzlər bifunksional modulyatorların ən zəngin mənbəyidir.
Detoksikasiyanın mükəmməl getməsi üçün kifayət qədər ATF sintezi vacibdir. Təəssüf ki, bir çox toksinlər və sərbəst radikallar mitoxondrilərin funksional aktivliyini inhibə edərək, ATF hasilatını əngəlləyir. Mitoxondrilərin funksional aktivliyini dəstəkləmək üçün niasin, B1, B2, Mg, pantoten turşusu kimi kofaktorlar; sərbəst radikalları zərərsizləşdirmək üçün Vit C, E, Zn, Se, Cu kimi antioksidantlar zəruridir.
Həmçinin, enerji hasilatının mühüm mənbəyi olan, yüksək biomənimsənilməyə malik yağ turşuları müntəzəm qəbul edilməlidir. Sübut olunub ki, zeytun yağı kimyəvi zədələnmə səbəbli qaraciyər fibrozundan qoruyucu xassəli olduğundan detoksikasiya prosesi üçün bitki yağı mənbəyi ola bilər. EPA və DHA omega -3 yağları qlutationtransferaza və qlutationperoksidaza fermentlərinin funksional aktivliyini artırmaqla disbalansı azaldır.
Detoksikasiyanın optimal getməsi üçün digər vacib nutrient qida lifləridir. Belə ki, konyuqasiya olunmuş metabolitlər öd ilə bağırsaq vasitəsilə xaric edilir. Bunların tam və zamanında eliminasiyası üçün bağırsağın vaxtlı-vaxtında boşalması önəmlidir. Qida lifləri ən aktiv təbii enterosorbentdir və bağırsaq motorikasını aktivləşdirərək biotransformasiya olunmuş toksik maddələrin normal ekskresiyanı təmin edir. Bundan əlavə, suyun kifayət qədər qəbulu böyrək funksiyasının dəstəklənməsi və hidrofil toksinlərin sidik ilə ekskresiyası üçün vacibdir.
Beləliklə, optimal sağlamlığın qorunması və xroniki qeyri-infeksion xəstəliklərin qarşısının alınmasında toksinlərin emal edilib eliminasiyası ən vacib şərtdir. Bu prosesin optimal gedişatında nutrient faktoru başlıca rol oynayır. Bu baxımdan seçici, sağlam, vitamin və minerallarla zəngin qidalanma - mükəmməl detoksikasiyanın və deməli, sağlamlığın mühüm komponentlərindən biridir.
Kateqoriya: Sağlamlıq | Baxışlar: 787
Aug 15, 2020 7:53 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Qaraciyerin detoksikasiya funksiyasini destekleyen QIDALAR Insan tebietin ayrilmaz hissesidir buna gore de orqanizm etraf muhitin istenilen deyisikliyine cox hessasliqla cavab verir Insan da daxil olmaqla butun canlilarin huceyrelerde geden biokimyevi prosesler milyonlarla iller evvel formalasmisdir ve butun bu muddet erzinde canli dunyanin tekamulu ideal ekoloji temiz muhitde bas vermisdir Lakin 21 ci esrde texniki proqress planeti taninmaz derecede deyismisdir Ekzoekologiyanin yeni etraf muhitin kobud sekilde deyismesi orqanizmin endoekologiya adlanan daxili muhitini de kritik duruma salmisdir Yeni xestelikler yaranmis melum xesteliklerin gedisati pozulmus atipiklesmisdir Beseriyyet dermanlarin tesirinin zeiflemesi ve deyismesi mualicenin effektsizliyi ile uz uze qalmisdir Muasir insanin orqanizmi toksinle asiri derecede yuklenmisdir b Esas cirklendirici amiller b Etraf muhit tullantilari ksenobiotikler agir metallar uzvi kubreler dermanlar senaye toksinleri Stress endotoksinleri Yanlis qidalanma yanlis qida secimi ve rejimi Kosmik sualar geomaqnit saheler Heyat terzi yanlis yuxu rejimi zererli verdisler fiziki ve ya psixi yuklenme Maddeler mubadilesi pozulmasi neticesinde yaranmis endotoksinler bilirubin od tursulari Fizioloji mubadile neticesinde yaranmis endotoksinler neyromediatorlar hormonlar eykozanoidler yag tursulari retinoidler Regional klimatik amiller Her bir xestelik ilk once orqanizmin teskil olundugu huceyrelerin xesteliyidir Huceyreler huceyrearasi sahede interstisium yerlesir Interstisium vasitesile huceyrelere qidali maddeler gelir ele bu yolla da islenmis maddeler xaric olunur Huceyrelerimiz interstisial sahenin cirklenmesinden eziyyet cekir Toksinler 3 qanda 7 limfada 7 huceyrelerde 83 ise huceyrearasi sahede toplanir Saglam orqanizmde fizioloji olaraq toksinlerin yaranmasi ve zerersizlesdirilmesi prosesi tarazlasdirilmisdir Tekamul prosesinde zererli maddelerin cevrilmesi ve xaric edilmesini temin eden mukemmel detoksikasiya sistemi formalasmisdir Lakin toksin yukunun artmasi bu sistemi yukleyerek bir cox xroniki xesteliklerin hemcinin xroniki yorgunluq ezele zeifliyi eqli pozulmalar ile xarakterize olunan sindromlarin inkisafini provokasiya ede biler b Detoksikasiya ve ya ksenobiotiklerin biotransformasiyasi adlanan bu sisteme daxildir b Immun sistemi Qaraciyerin detoksikasiya sistemi Ekskretor orqanlar sistemi mede bagirsaq trakti boyrekler agciyerler deri Biotransformasiya fermentlerinin zenginliyi ve yuksek aktivliyine gore detoksikasiya esasen qaraciyerde gedir Hemcinin portal sistem mede bagirsaq traktina dusmus butun maddelerin umumi qan dovranina dusmezden evvel onun qaraciyerde kecmesini temin edir Biotransformasiya sistemi 2 fazadan bezen 3 faza qeyd olunur ibaretdir bioaktivasiya fazasi ve konyuqasiya fazasi Birinci faza reaksiyalari 150 den cox fermenti birlesdiren Sitoxrom P450 sistemi CYP450 ve bir sira diger fermentlerin istiraki ile heyata kecirilir Fermentlerin aktivliyi insanin genetik xususiyyetinden tesir eden toksinin seviyyesinden ve nutrient statusundan asilidir Bu fazada bezi mehsullar bioaktivasiya olaraq suda hell olan formaya cevrilib ekskresiya olunur kofein dermanlar I faza reaksiyalari araliq mehsullarinin yaranmasi ile musayiet olunur Bu maddeler bezen ilkin maddeden de cox aqressiv xasseli olub huceyrelere dagidici tesir gostere bilir buna gore onlarin derhal II faza fermentleri vasitesile zerersizlesdirilmesi cox vacibdir Hemcinin I fazada serbest radikallarin istehsali artaraq oksidativ stresin guclenmesine sebeb olur Belelikle biotransformasiyaya meruz qalmis bu mehsullar II fazada konyuqasiya olunaraq cixarici orqanlar vasitesile orqanizmden xaric edilir Detoksikasiyanin iki fazasi bir biri ile six elaqeli calismalidir ve I ve II faza arasinda balansin qorunmasi cox vacib meqamdir II faza proseslerinin sureti I fazada emele gelen reaktiv araliq mehsullarinin yaranma sureti ile eyni olmalidir Eks teqdirde reaktiv maddelerin yaranma ve cevrilmesinde disbalans qacilmazdir cunki I fazada yaranan madde derhal konyuqasiya olunub xaric edilmedikde DNT zulallarla birlesib geridonmez huceyre reaksiyalari torede biler Eger II faza her hansi sebebden inhibe edilerse ve ya I faza daha surerle gederse tarazliq pozulur Meselen bezi dermanlar I fazani inhibe ede biler ki bu zaman toksinler deyisilmez olaraq qalir Ve yaxud tutun alkoqol bezi medikamentler I fazani suretlendirerek balansi poza biler Buna gore de biotransformasiya edilmis molekullarin tez bir zamanda II faza reaksiyalarina meruz qalib eliminasiya olunmasi cox muhumdur Hem birinci hem ikinci fazanin mukemmel calismasi muxtelif nutrientlerden asilidir I fazada Sitoxrom P450 nin normal fealiyyeti ucun vitamin ve mikroelementler o cumleden Fe Mg Mo Zn Cu S hemcinin C E B qrup B1 B3 B5 B6 B9 B12 vitaminleri alfa lipoy tursusu vacibdir Bu maddeler Sitoxrom P450 ni kofaktorlari olub serbest radikallarin zerersizlesdirilmesinde istirak edirler Bir cox qoruyucu xasseli bitki nutrientleri II faza enzimlerini tenzimleyen genlerin ekspressiyasini induksiya ederek konyuqasiyaedici zulallarin sintezini artirir ve II fazanin aktivliyini yukseldir qlisin qlutation Vit B6 kurkumin Vit B12 fol tursusu metionin betain ve xolin metillesmeni sistein metionin taurin sulfatasiyani destekleyir Bezi maddeler monofunksional induktor qisminde cixis ederek yalniz I yaxud II faza fermentlerine tesir edir Bitki menseli bifunksional modulyatorlar ise her iki fazada calisaraq detoksikasiyani optimal balansda saxlayir Bunlara bir cox gilemeyve ve narin terkibindeki Ellagik tursusu ellagik acid yasil cay ve uzumun terkibindeki katexinler xaccicekli terevezlerin kelem brokkoli gul kelemi terkibindeki qlukozilatlar ve s aiddir Yasil cayin terkibinde olan katexinler II faza fermentleri olan qlutation S transferaza ve kvinon reduktazanin induksiyasini artirir I faza Sitoxrom P450 nin spesifik biotransformasiya enzimlerinin ise hedden artiq induksiyasini inhibe edir Gilemeyveler boyurtken moruq ciyelek ve narin terkibindeki Ellagik tursu ellagik acid I fazada biotransformasiyani modulyasiya edir II fazada qlutation S transferaza ve kvinon reduktazanin induksiyasini artirir Brokkolinin terkibinde olan Indol 3 karbinol ve sulforafan detoksikasiya fermentlerinin aktivliyini tenzimleyir Enginar antioksidant mudafieni temin edir Aci qiji bitkisinin qlukozilatlari her iki faza fermentlerini modulyasiya edir Alaqanqalin terkibinde olan silimarin qlutation ve qlutation peroksidazanin seviyyesini artirir ve qlutation S transferazani induksiya edir Hemcinin silimarin qlikozidleri guclu antioksidant xasseye malikdirler Naringi portagal ve limon qabiginda olan D limonen maddesi Sogan ve sarimsagin terkibinde kukurd allisin komponenti selen ve s Bifunksional modulyatorlarin bu xasseleri meyve terevezle zengin rasionun xroniki qeyri infeksion xestelik riskinin azalmasi arasinda elaqeni gosterir Mehz gilemeyve ve terevezler bifunksional modulyatorlarin en zengin menbeyidir Detoksikasiyanin mukemmel getmesi ucun kifayet qeder ATF sintezi vacibdir Teessuf ki bir cox toksinler ve serbest radikallar mitoxondrilerin funksional aktivliyini inhibe ederek ATF hasilatini engelleyir Mitoxondrilerin funksional aktivliyini desteklemek ucun niasin B1 B2 Mg pantoten tursusu kimi kofaktorlar serbest radikallari zerersizlesdirmek ucun Vit C E Zn Se Cu kimi antioksidantlar zeruridir Hemcinin enerji hasilatinin muhum menbeyi olan yuksek biomenimsenilmeye malik yag tursulari muntezem qebul edilmelidir Subut olunub ki zeytun yagi kimyevi zedelenme sebebli qaraciyer fibrozundan qoruyucu xasseli oldugundan detoksikasiya prosesi ucun bitki yagi menbeyi ola biler EPA ve DHA omega 3 yaglari qlutationtransferaza ve qlutationperoksidaza fermentlerinin funksional aktivliyini artirmaqla disbalansi azaldir Detoksikasiyanin optimal getmesi ucun diger vacib nutrient qida lifleridir Bele ki konyuqasiya olunmus metabolitler od ile bagirsaq vasitesile xaric edilir Bunlarin tam ve zamaninda eliminasiyasi ucun bagirsagin vaxtli vaxtinda bosalmasi onemlidir Qida lifleri en aktiv tebii enterosorbentdir ve bagirsaq motorikasini aktivlesdirerek biotransformasiya olunmus toksik maddelerin normal ekskresiyani temin edir Bundan elave suyun kifayet qeder qebulu boyrek funksiyasinin desteklenmesi ve hidrofil toksinlerin sidik ile ekskresiyasi ucun vacibdir Belelikle optimal saglamligin qorunmasi ve xroniki qeyri infeksion xesteliklerin qarsisinin alinmasinda toksinlerin emal edilib eliminasiyasi en vacib sertdir Bu prosesin optimal gedisatinda nutrient faktoru baslica rol oynayir Bu baximdan secici saglam vitamin ve minerallarla zengin qidalanma mukemmel detoksikasiyanin ve demeli saglamligin muhum komponentlerinden biridir