Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə, 16 dekabr 2019-cu il tarixində Heydər Əliyev Sarayında Azərbaycan xoreoqrafiya məktəbinin tanınmış nümayəndəsi, görkəmli rəqs ustası, Xalq artisti Əminə Dilbazinin anadan olmasının 100 illik yubileyi keçiriləcək.
Yubiley gecəsində Azərbaycan Dövlət Rəqs Ansamblı, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı, Suxişvili adına Gürcüstan Milli Baleti, "Ləzginka" Dağıstan Dövlət Akademik Rəqs Ansamblı, "Alan" Dövlət Akademik Rəqs Ansamblı (Şimali Osetiya-Alaniya), Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının balet truppası və Bakı Xoreoqrafiya Akademiyasının tələbələri iştirak edəcəklər.
Qeyd edək ki, Əminə Dilbazi Azərbaycan rəqs sənətinin çoxəsrlik ənənələrinin qorunub yaşadılmasında və xoreoqrafiya sənətinin incəliklərinin gənc nəslə öyrədilməsi istiqamətində müstəsna xidmətlər göstərmişdir. Sənətkar uzunmüddətli fəaliyyəti ərzində daim yüksək səhnə mədəniyyəti nümayiş etdirmiş, fitri istedadı və bənzərsiz ifaçılıq imkanları sayəsində xalq rəqslərinin qiymətli nümunələrinə yeni çalarlar qazandırmışdır.
Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 15- 50 manat təşkil edir. Biletləri şəhərin mərkəzləşdirilmiş kassalarından əldə edə bilərsiniz. Əlaqə nömrəsi: 012-441-21-31
Kateqoriya: Mədəniyyət | Baxışlar: 631
Nov 11, 2019 2:15 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv azeri aze azerbaycanli azərbaycanlı azərbaycan azəri azərilərin azerilerin azerbaycanlilarin azərbaycanlıların azeride azəridə. Emine Dilbazi 100 Azerbaycan Respublikasi Medeniyyet Nazirliyinin teskilatciligi ile 16 dekabr 2019 cu il tarixinde Heyder Eliyev Sarayinda Azerbaycan xoreoqrafiya mektebinin taninmis numayendesi gorkemli reqs ustasi Xalq artisti Emine Dilbazinin anadan olmasinin 100 illik yubileyi kecirilecek Yubiley gecesinde Azerbaycan Dovlet Reqs Ansambli F Emirov adina Azerbaycan Dovlet Mahni ve Reqs ansambli Suxisvili adina Gurcustan Milli Baleti Lezginka Dagistan Dovlet Akademik Reqs Ansambli Alan Dovlet Akademik Reqs Ansambli Simali Osetiya Alaniya Azerbaycan Dovlet Akademik Opera ve Balet teatrinin balet truppasi ve Baki Xoreoqrafiya Akademiyasinin telebeleri istirak edecekler Qeyd edek ki Emine Dilbazi Azerbaycan reqs senetinin coxesrlik enenelerinin qorunub yasadilmasinda ve xoreoqrafiya senetinin inceliklerinin genc nesle oyredilmesi istiqametinde mustesna xidmetler gostermisdir Senetkar uzunmuddetli fealiyyeti erzinde daim yuksek sehne medeniyyeti numayis etdirmis fitri istedadi ve benzersiz ifaciliq imkanlari sayesinde xalq reqslerinin qiymetli numunelerine yeni calarlar qazandirmisdir Saat 19 00 da baslayacaq konsertin biletlerinin qiymeti 15 50 manat teskil edir Biletleri seherin merkezlesdirilmis kassalarindan elde ede bilersiniz Elaqe nomresi 012 441 21 31