“Sony” son dörd ildə ilk dəfə “Xperia” smartfonlarından qazanc əldə edəcək
"Sony" şirkəti son dörd ildə "Xperia" smartfonlar bölməsinin ilk dəfə gəlir əldə edəcəyini proqnozlaşdırır. Bir neçə ardıcıl rüb ərzində şirkət xərcləri kəskin azaldaraq smartfonlar bölməsinin optimallaşdırılmasına başlayıb ki, bu da öz bəhrəsini verib.
www.NiNa.Az ictnews.az-a istinadən bildirir ki, son maliyyə hesabatının dərc edilməsi zamanı "Sony" bu ilin ikinci rübündə 800 min "Xperia" smartfonu satmasını bəyan edib. Bu, 2019-cu ilin analoji dövrü ilə müqayisədə 100 min ədəd az olsa da, "Xperia" tədarükləri 2020-ci ilin birinci rübü ilə müqayisədə iki dəfə artıb.
"Sony" nümayəndələri təsdiq edib ki, mobil bölmə son bir neçə il ərzində ilk gəlirini nümayiş etdirməyə hazırdır. Şirkət gözlənilən mənfəətin məbləğini açıqlamayıb.
Qeyd olunur ki, smartfonlar sənayesində tədricən orta və ucuz seqmentlərə üstünlük verilir. "Sony" nümayəndələrinin fikrincə, bu yanaşma müvəqqəti xarakter daşıyır və onun qabaqcıl modelləri son nəticədə yenidən populyarlıq qazanacaq. Hazırda isə şirkət 2020-2021-ci illərin nisbətən ucuz smartfonlarına üstünlük verməyi planlaşdırır.
Kateqoriya: Texnologiya | Baxışlar: 201
Aug 13, 2020 4:38 AM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Sony son dord ilde ilk defe Xperia smartfonlarindan qazanc elde edecek Sony sirketi son dord ilde Xperia smartfonlar bolmesinin ilk defe gelir elde edeceyini proqnozlasdirir Bir nece ardicil rub erzinde sirket xercleri keskin azaldaraq smartfonlar bolmesinin optimallasdirilmasina baslayib ki bu da oz behresini verib b s b ictnews az a istinaden bildirir ki son maliyye hesabatinin derc edilmesi zamani Sony bu ilin ikinci rubunde 800 min Xperia smartfonu satmasini beyan edib Bu 2019 cu ilin analoji dovru ile muqayisede 100 min eded az olsa da Xperia tedarukleri 2020 ci ilin birinci rubu ile muqayisede iki defe artib Sony numayendeleri tesdiq edib ki mobil bolme son bir nece il erzinde ilk gelirini numayis etdirmeye hazirdir Sirket gozlenilen menfeetin meblegini aciqlamayib Qeyd olunur ki smartfonlar senayesinde tedricen orta ve ucuz seqmentlere ustunluk verilir Sony numayendelerinin fikrince bu yanasma muveqqeti xarakter dasiyir ve onun qabaqcil modelleri son neticede yeniden populyarliq qazanacaq Hazirda ise sirket 2020 2021 ci illerin nisbeten ucuz smartfonlarina ustunluk vermeyi planlasdirir