Bioloq alim: Elektromaqnit dalğalar stres amilidir, amma düşündüyümüz qədər təhlükəli deyil
Ətraf mühitin elektromaqnit çirklənməsi mümkün xoşagəlməz effektlərin inkişafı fonunda özünəməxsus qiymətləndirmə tələb edir. Bu problem real şəraiti əks etdirdiyi üçün aktualdır. Cəmiyyətdə şüaların bioloji ekosistemlərə və insan orqanizminə təsirinin intensivliyi və təhlükəsizliyi haqqında çoxsaylı məlumatlar mövcuddur və geniş müzakirələr aparılır. Son günlər cəmiyyətdə 5G təhlükəsi ciddi rezonansa yol açdı. Elektromaqnit dalğalar stres amili olsa da, canlıların həyati təhlükəsinə, genetik kodların dəyişdirmə gücünə malik deyil. Sadəcə olaraq, 5G daha öncəki rabitə standartları ilə müqayisədə yüksək yükləmə sürətinə malikdir və daha geniş əhatə dairəsi, daha sabit bağlantını təmin edən radiodalğadır.
www.NiNa.Az bildirir ki, bu fikri AZƏRTAC-a müsahibəsində AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun Beynəlxalq əlaqələr, informasiya və media şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Ayaz Məmmədov deyib. O bildirib ki, Günəş ən böyük və təbii elektromaqnit şüa mənbəyidir. Günəş şüalarından Yer kürəsinə çatan və adi gözlə görünən işıq infraqırmızı ultrabənövşəyi şüalar və radiodalğalardır. Həyat üçün təhlükəli sayılan ionlaşdırıcı şüalar (rentgen, qamma, ultrabənövşəyi şüalar) atmosfer təbəqəsindən keçə bilmir. Müasir texnologiyalarda radiodalğalar yalnız rabitə və radiolokasiya vasitələrində deyil, eyni zamanda, sənayedə, tibdə və insan fəaliyyətinin digər sahələrində ən geniş istifadə olunan fiziki amillərdən biridir. Ümumiyyətlə, elektromaqnit şüaların təsir effekti onun parametrləri və diapazonundan asılıdır. Təkamül prosesində canlı orqanizmlər təbiətdə elektromaqnit sahələrin daimi təsirlərinə uyğunlaşmaqla yanaşı, onlardan məlumat ötürücüsü kimi istifadə ediblər ki, bu da hüceyrə-biosfer arasında qarşılıqlı əlaqələrin təmin olunmasına şərait yaradıb.
"Tədqiqatlar sübut edib ki, elektromaqnit şüalanma canlı orqanizmlərə, xüsusilə yetkinlik çağına çatmamış azyaşlıların koqnitiv - təlim, yaddaş və davranış proseslərinə daha çox mənfi təsir göstərir, çünki onlarda immun sistem hələ tam formalaşmayıb. Canlı orqanizmlərdə müəyyən həddə kimi daxili sistemlərin əlaqələrini tənzimləyərək öz funksional sistemini sabit saxlamaq xüsusiyyətləri var. Belə ki, ümumi idarəetmə sistemlərinin köməyi ilə enerji və məlumatın işlənməsi və yenidən əmələ gəlməsi hesabına, orqanizmin müdafiəsi üçün tələb olunan bioloji sistemlər aktivləşir. Tənzimlənmənin bütün mərhələlərində, yəni molekulyar hüceyrələrdən başlamış tam orqanizmə kimi, ətraf mühit amillərinin təsirinə qarşı müxtəlif dərəcəli həssaslıq göstərir və cavab reaksiyası formalaşır. Ümumiyyətlə, hər hansı xəstəliktörədicilər, eləcə də şüalanmanın təsiri zamanı insan orqanizmində özünümüdafiə funksiyası, yəni immun sistem dövrəyə girərək qoruyucu funksiyasını işə salır. Beləliklə, bioloji effektləri düzgün qiymətləndirmək üçün mütləq bioloji sistemlər və ətraf mühitin qarşılıqlı əlaqələri öyrənilməli, davamlılıq səviyyəsi aşkar olunmalıdır ki, bu da insan sağlamlığının qorunması məqsədilə kompleks tədqiqatların aparılması zəruriliyini və müvafiq tədbirlər planı işlənməsi tələbini aktuallaşdırır", - deyə A.Məmmədov qeyd edib.
Kateqoriya: Sağlamlıq | Baxışlar: 697
Aug 10, 2020 1:34 AM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Bioloq alim Elektromaqnit dalgalar stres amilidir amma dusunduyumuz qeder tehlukeli deyil Etraf muhitin elektromaqnit cirklenmesi mumkun xosagelmez effektlerin inkisafi fonunda ozunemexsus qiymetlendirme teleb edir Bu problem real seraiti eks etdirdiyi ucun aktualdir Cemiyyetde sualarin bioloji ekosistemlere ve insan orqanizmine tesirinin intensivliyi ve tehlukesizliyi haqqinda coxsayli melumatlar movcuddur ve genis muzakireler aparilir Son gunler cemiyyetde 5G tehlukesi ciddi rezonansa yol acdi Elektromaqnit dalgalar stres amili olsa da canlilarin heyati tehlukesine genetik kodlarin deyisdirme gucune malik deyil Sadece olaraq 5G daha onceki rabite standartlari ile muqayisede yuksek yukleme suretine malikdir ve daha genis ehate dairesi daha sabit baglantini temin eden radiodalgadir b s b bildirir ki bu fikri AZERTAC a musahibesinde AMEA nin Genetik Ehtiyatlar Institutunun Beynelxalq elaqeler informasiya ve media sobesinin mudiri biologiya uzre felsefe doktoru Ayaz Memmedov deyib O bildirib ki Gunes en boyuk ve tebii elektromaqnit sua menbeyidir Gunes sualarindan Yer kuresine catan ve adi gozle gorunen isiq infraqirmizi ultrabenovseyi sualar ve radiodalgalardir Heyat ucun tehlukeli sayilan ionlasdirici sualar rentgen qamma ultrabenovseyi sualar atmosfer tebeqesinden kece bilmir Muasir texnologiyalarda radiodalgalar yalniz rabite ve radiolokasiya vasitelerinde deyil eyni zamanda senayede tibde ve insan fealiyyetinin diger sahelerinde en genis istifade olunan fiziki amillerden biridir Umumiyyetle elektromaqnit sualarin tesir effekti onun parametrleri ve diapazonundan asilidir Tekamul prosesinde canli orqanizmler tebietde elektromaqnit sahelerin daimi tesirlerine uygunlasmaqla yanasi onlardan melumat oturucusu kimi istifade edibler ki bu da huceyre biosfer arasinda qarsiliqli elaqelerin temin olunmasina serait yaradib Tedqiqatlar subut edib ki elektromaqnit sualanma canli orqanizmlere xususile yetkinlik cagina catmamis azyaslilarin koqnitiv telim yaddas ve davranis proseslerine daha cox menfi tesir gosterir cunki onlarda immun sistem hele tam formalasmayib Canli orqanizmlerde mueyyen hedde kimi daxili sistemlerin elaqelerini tenzimleyerek oz funksional sistemini sabit saxlamaq xususiyyetleri var Bele ki umumi idareetme sistemlerinin komeyi ile enerji ve melumatin islenmesi ve yeniden emele gelmesi hesabina orqanizmin mudafiesi ucun teleb olunan bioloji sistemler aktivlesir Tenzimlenmenin butun merhelelerinde yeni molekulyar huceyrelerden baslamis tam orqanizme kimi etraf muhit amillerinin tesirine qarsi muxtelif dereceli hessasliq gosterir ve cavab reaksiyasi formalasir Umumiyyetle her hansi xesteliktorediciler elece de sualanmanin tesiri zamani insan orqanizminde ozunumudafie funksiyasi yeni immun sistem dovreye girerek qoruyucu funksiyasini ise salir Belelikle bioloji effektleri duzgun qiymetlendirmek ucun mutleq bioloji sistemler ve etraf muhitin qarsiliqli elaqeleri oyrenilmeli davamliliq seviyyesi askar olunmalidir ki bu da insan saglamliginin qorunmasi meqsedile kompleks tedqiqatlarin aparilmasi zeruriliyini ve muvafiq tedbirler plani islenmesi telebini aktuallasdirir deye A Memmedov qeyd edib