Koronavirusun əsas simptomlarından biri də qoxu və dad hissinin itməsidir. Müvəqqəti qoxu itkisi əsaslı bir nevroloji simptom hesab olunur və COVID-19 xəstəliyinin ən erkən üzə çıxan və ən çox yayılan göstəricisidir. Bir sıra tədqiqatlar hesab edir ki, bu simptom xəstəliyin qızdırma və öskürək kimi digər əlamətlərindən daha dəqiq əlamət, siqnaldır. Lakin bu simptomun bioloji mexanizmləri son vaxtlara qədər naməlum qalıb.
www.NiNa.Az e-tibb.az-a istinadən bildirir ki, Harvard Tibb Məktəbinin neyrobioloqlarının rəhbərlik etdiyi beynəlxalq tədqiqatçılar qrupu, yuxarı burun boşluğunda, COVID-19-a səbəb olan SARS-CoV-2 virusuna çox həssas, qoxubilməyə məsul olan hüceyrələrin növünü müəyyən ediblər.
Məlum olub ki, qoxunu müəyyən edən və onu beyinə ötürən sensor neyronlar bu tip hüceyrələr arasında deyil. Alimlər təyin ediblər ki, iyibilmə neyronları (ORN) koronavirusun bədən hüceyrələrinə nüfuz edən zaman əlaqəyə girdiyi ACE2 zülalının kodlaşdırdığı geni ifadə etmir. Əksinə, ACE2 zülalı ORN-nu metabolik və struktur cəhətdən təmin etmək üçün bir çox hüceyrələyə, həmçinin qan damarı və müəyyən növ kök hüceyrələrinə ekspressiya edir. Alimlər bildirir ki, əldə edilən nəticələr, yeni koronavirusun qoxu hissində yaratdığı dəyişikliklərin neyronların birbaşa infeksiyası ilə deyil, dəstəkləyici hüceyrələrin işinə təsiri ilə əlaqəli olduğunu göstərir.
Bu isə o deməkdir ki, əksər hallarda SARS-CoV-2-yə yoluxma sinir şəbəkəslərinə qalıcı zərər vermir və buna görə də qoxunun tamamilə itməsinə səbəb olmur. Amma tədqiqatçılar hesab edir ki, bu nəticəni təsdiqləmək üçün daha çox məlumatları və mexamizmi araşdırmaq lazımdır.
Məlumatlara görə, bu müvəqqəti hal, COVID-19 xəstələrinin əksəriyyətində baş verir.
Qeyd edək ki, LOR-cərrah, uzman həkim Murad Şıxəliyev e-tibb.az-a bildirib ki, iybilmə və dadbilmənin itməsinə təkcə COVID zamanı rast gəlinmir. Zökəm, qrip, burun ətrafı ciblərdə xroniki iltibab, el arasında haymorit, frontit, sinusit deyilən xəstəliklərdə, habelə burunda allergiyaya bağlı poliplər olan zaman iybilmə və dadbilmənin itməsi mümkündür:
"Lakin COVID-lə bağlı fərq ondan ibarətdir ki, bu xəstəlik zamanı burunda o qədər də tıxanıqlıq olmur. Yəni əsasən iybilmə 95 faiz hallarda burunun lokal yerli problemlərinə bağlı olur. COVID zamanı isə burun boşluğu təmiz olur, burunda hər hansı dəyişiklik yaranmır. Bu halda iybilmə və dadbilmənin pozulması mərkəzi sinir sistemi, yəni daha yüksəkdə olan iybilmə mərkəzinə bağlı olur. Bunun da səbəbi COVID-i törədən SARS virusunun birbaşa mərkəzi sinir sistemi, beyinə təsir etməsi ilə bağlıdır. Ona görə də burun, ağız boşluğunda, dildə hər hansı dəyişiklik yaranmır, mərkəzi sinir sisteminə bağlı olan problemlər yaşanır. Hər kəs bu xəstəliyi fərqli keçirir, əksər hallarda bütün simptomlar tam keçib gedir. Əgər iybilmə və dadbilmənin itməsi COVID-ə bağlıdırsa, hazırkı araşdırmalar göstərir ki, bəzi hallarda iybilmə və dadbilmə davamlı olaraq itə də bilər. Bu, nə qədər davam edəcək? Xəstəlik nisbətən yeni olduğu üçün bunu demək çətindir. Bizim yalnız bir neçə aylıq nəticələrimiz var. Ümumiyyətlə, hesab olunur ki, əgər iybilmə pozulubsa, mərkəzi sinir sisteminə bağlıdırsa, bu, 9 ay, 1 il bərpa olunmadısa, sonra bərpa olunma şansı demək olar ki, yoxdur. Ona görə də ağırlaşmış COVID xəstələrində xəstəliyin qalıq əlamətləri qalarsa, ola bilər ki, iybilmə, dadbilmə bərpa olunmasın".
Kateqoriya: Sağlamlıq | Baxışlar: 693
Aug 8, 2020 7:50 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Virusa yoluxmanin xeberdarliq siqnali Iybilme niye itir Koronavirusun esas simptomlarindan biri de qoxu ve dad hissinin itmesidir Muveqqeti qoxu itkisi esasli bir nevroloji simptom hesab olunur ve COVID 19 xesteliyinin en erken uze cixan ve en cox yayilan gostericisidir Bir sira tedqiqatlar hesab edir ki bu simptom xesteliyin qizdirma ve oskurek kimi diger elametlerinden daha deqiq elamet siqnaldir Lakin bu simptomun bioloji mexanizmleri son vaxtlara qeder namelum qalib b s b e tibb az a istinaden bildirir ki Harvard Tibb Mektebinin neyrobioloqlarinin rehberlik etdiyi beynelxalq tedqiqatcilar qrupu yuxari burun boslugunda COVID 19 a sebeb olan SARS CoV 2 virusuna cox hessas qoxubilmeye mesul olan huceyrelerin novunu mueyyen edibler Melum olub ki qoxunu mueyyen eden ve onu beyine oturen sensor neyronlar bu tip huceyreler arasinda deyil Alimler teyin edibler ki iyibilme neyronlari ORN koronavirusun beden huceyrelerine nufuz eden zaman elaqeye girdiyi ACE2 zulalinin kodlasdirdigi geni ifade etmir Eksine ACE2 zulali ORN nu metabolik ve struktur cehetden temin etmek ucun bir cox huceyreleye hemcinin qan damari ve mueyyen nov kok huceyrelerine ekspressiya edir Alimler bildirir ki elde edilen neticeler yeni koronavirusun qoxu hissinde yaratdigi deyisikliklerin neyronlarin birbasa infeksiyasi ile deyil destekleyici huceyrelerin isine tesiri ile elaqeli oldugunu gosterir Bu ise o demekdir ki ekser hallarda SARS CoV 2 ye yoluxma sinir sebekeslerine qalici zerer vermir ve buna gore de qoxunun tamamile itmesine sebeb olmur Amma tedqiqatcilar hesab edir ki bu neticeni tesdiqlemek ucun daha cox melumatlari ve mexamizmi arasdirmaq lazimdir Melumatlara gore bu muveqqeti hal COVID 19 xestelerinin ekseriyyetinde bas verir Qeyd edek ki LOR cerrah uzman hekim Murad Sixeliyev e tibb az a bildirib ki iybilme ve dadbilmenin itmesine tekce COVID zamani rast gelinmir Zokem qrip burun etrafi ciblerde xroniki iltibab el arasinda haymorit frontit sinusit deyilen xesteliklerde habele burunda allergiyaya bagli polipler olan zaman iybilme ve dadbilmenin itmesi mumkundur Lakin COVID le bagli ferq ondan ibaretdir ki bu xestelik zamani burunda o qeder de tixaniqliq olmur Yeni esasen iybilme 95 faiz hallarda burunun lokal yerli problemlerine bagli olur COVID zamani ise burun boslugu temiz olur burunda her hansi deyisiklik yaranmir Bu halda iybilme ve dadbilmenin pozulmasi merkezi sinir sistemi yeni daha yuksekde olan iybilme merkezine bagli olur Bunun da sebebi COVID i toreden SARS virusunun birbasa merkezi sinir sistemi beyine tesir etmesi ile baglidir Ona gore de burun agiz boslugunda dilde her hansi deyisiklik yaranmir merkezi sinir sistemine bagli olan problemler yasanir Her kes bu xesteliyi ferqli kecirir ekser hallarda butun simptomlar tam kecib gedir Eger iybilme ve dadbilmenin itmesi COVID e baglidirsa hazirki arasdirmalar gosterir ki bezi hallarda iybilme ve dadbilme davamli olaraq ite de biler Bu ne qeder davam edecek Xestelik nisbeten yeni oldugu ucun bunu demek cetindir Bizim yalniz bir nece ayliq neticelerimiz var Umumiyyetle hesab olunur ki eger iybilme pozulubsa merkezi sinir sistemine baglidirsa bu 9 ay 1 il berpa olunmadisa sonra berpa olunma sansi demek olar ki yoxdur Ona gore de agirlasmis COVID xestelerinde xesteliyin qaliq elametleri qalarsa ola biler ki iybilme dadbilme berpa olunmasin