Çörəkdə olan ən təhlükəli kif göbələyi: Kifli çörəyi yedikdə nə baş verir?
Çörək karbohidrat və kalori mənbəyi kimi insanın əsas qida vasitəsidir. Tərkibində olan yüksək bitki zülalı, Omeqa-6 yağ turşusu, mineral və vitaminləri ilə orqanizmi təmin edir, həzm prosesini aktivləşdirir. Yüksək qlikemik indeksə malik çörək tez kiflənən məhsuldur. Çörəkdə olan kif göbələkləri münbit şəraitdə çoxalır.
Bu, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun aparıcı mütəxəssisi Vüsal Qocayevin çörəkdə yaranan kif göbələyi barədə hazırladığı məqalədə bildirilib.
Mütəxəssis bildirib ki, bu cür hallar vaxtı keçmiş, keyfiyyətsiz çörəklərdə olur. Belə kiflər insan sağlamlığı üçün çox təhlükəlidir: "Bəzən bir sıra istehsalçılar yeni partiya çörək-bulka məmulatlarının istehsalı zamanı xəmirin tərkibinə vaxtı ötmüş, xarab olmuş, qurumuş məhsul qatırlar. Bu, yolverilməz haldır. Təzə xəmirə az sayda göbələk sporunun düşməsi kifayətdir ki, bütün məhsul partiyası yararsız vəziyyətə düşsün".
Qeyd olunub ki, çörəkdə olan kiflərin təhlükəlilik səviyyəsini onun rənginə görə müəyyən etmək olur:
Yaşıl - yalnız isti mühitdə çoxalır. Bu növ göbələklərə əsasən çörəkbişirmə müəssisələrində sobalarda rast gəlinir.
Qara - əsasən çörək-bulka məmulatlarında rast gəlinir. Bu növ göbələklərdə sporların çoxalması rütubətli şəraitdə baş verir.
Çəhrayı - əsasən çörək qırıntılarında özünü göstərir. Bu növ göbələkləri kartof xəstəliyi də adlandırırlar. Yoluxma dənli bitkilərin yetişdirilməsi mərhələsində yaranır.
Ağ - insan sağlamlığı üçün çox təhlükəlidir. Taxta materialdan olan çörək dolablarında, arakəsmələrdə, rəflərdə aktiv şəkildə çoxalır.
Boz - göbələyin ən zəhərli növü sayılır. Kif istənilən mühitdə inkişaf edir. Bütün məhsulun tərkibində bərabər şəkildə yayılır, hətta görünməsə belə.
Çörək-bulka məmulatlarında olan istənilən kif insan sağlamlığı üçün təhlükəlidir. Kifli çörəyi sadəcə, iyləmək kifayətdir ki, patogen mikroorqanizmlərin sporları orqanizmə rahat bir şəkildə daxil olsun.
Zəhərlənmənin əlamətləri özünü yaşlı insanlarda, uşaqlarda və hamilə qadınlarda daha kəskin göstərir. Çörəkdə kif yaranmasının bir neçə səbəbi vardır:
-istehsal zamanı sanitar normalara riayət olunmaması;
-məhsulun düzgün şəraitdə saxlanılmaması;
-çörəyin hazırlanmasında keyfiyyətsiz qida məhsullarından istifadə olunması;
-çörəyin yarıçiy bişirilməsi.
Kifli çörəyi yedikdə nə baş verir?
Çörək-bulka məmulatlarında kif göbələyi, ilk olaraq, məhsulun qabığında görünür. Buna görə çoxları sadəcə kifli hissəni kəsib götürür və qalan hissələri yeməyə davam edir. Belə etmək çox təhlükəlidir, çünki görünməyən sporlar məhsulu bütünlüklə əhatə edir və qidalandığımız zaman orqanizmdə ciddi intoksikasiyanın (zəhərləyici maddələrin orqanizmə təsiri nəticəsində əmələ gələn patoloji hal) yaranmasına səbəb olur. Kifli çörəyi iyləmək tənəffüs yollarının xroniki xəstəlikləri riskini meydana gətirir. Bəzi növ göbələklər əsəb sistemini sıradan çıxarır, hormonal fonu pozur, orqanizmin qoruyucu funksiyasını aşağı salır və gələcəkdə bronxial astma və xroniki bronxitin yaranma riskini artırır. Kifli çörəklə qidalanma orqanizmdə bu simptomların meydana gəlməsinə səbəb olur:
-allergik rinit;
-dəridə səpgi;
-epiqastral ağrı;
-ürəkbulanması;
-qusma;
-tezyorulma;
-ishal.
Bəs çörəyi kifdən qorumaq üçün nə etməli?
Burada vacib məsələ çörəyin düzgün şəraitdə saxlanılmasıdır. Bu həm istehsalçıya, həm də istehlakçıya aid olan bir məsələdir. Rütubətli və isti yer göbələyin inkişafı üçün əlverişli mühitdir. Göbələk sporları çörəyə gəmiricilər və həşəratlar vasitəsilə də daxil olur. Mətbəxdə çörəyi saxladığınız yerin təmiz, quru, havalandırılmış olmasını təmin edin. Çörəkqabını tez-tez yuyub qurulayın. Mətbəx şkaflarının arxasına çörək qırıntılarının düşüb, həşəratları cəlb etməsinə imkan verməyin. Çörəyi sellofanda saxlamayın. Əgər çörəkqabında bir çörəkdə az da olsa, kif varsa, artıq yanındakı çörəkdə də kif olması labüddür. Ona görə də hər iki çörəyi daha istifadə etməyin. Standarta görə, çörəyin yararlılıq müddəti 3 gündür. Lakin elə çörək növləri var ki, 2 gündən artıq saxlamaq olmaz.
Kateqoriya: Sağlamlıq | Baxışlar: 1718
Aug 8, 2020 4:27 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Corekde olan en tehlukeli kif gobeleyi Kifli coreyi yedikde ne bas verir Corek karbohidrat ve kalori menbeyi kimi insanin esas qida vasitesidir Terkibinde olan yuksek bitki zulali Omeqa 6 yag tursusu mineral ve vitaminleri ile orqanizmi temin edir hezm prosesini aktivlesdirir Yuksek qlikemik indekse malik corek tez kiflenen mehsuldur Corekde olan kif gobelekleri munbit seraitde coxalir Bu Azerbaycan Qida Tehlukesizliyi Institutunun aparici mutexessisi Vusal Qocayevin corekde yaranan kif gobeleyi barede hazirladigi meqalede bildirilib Mutexessis bildirib ki bu cur hallar vaxti kecmis keyfiyyetsiz coreklerde olur Bele kifler insan saglamligi ucun cox tehlukelidir Bezen bir sira istehsalcilar yeni partiya corek bulka memulatlarinin istehsali zamani xemirin terkibine vaxti otmus xarab olmus qurumus mehsul qatirlar Bu yolverilmez haldir Teze xemire az sayda gobelek sporunun dusmesi kifayetdir ki butun mehsul partiyasi yararsiz veziyyete dussun b Qeyd olunub ki corekde olan kiflerin tehlukelilik seviyyesini onun rengine gore mueyyen etmek olur b b Yasil b yalniz isti muhitde coxalir Bu nov gobeleklere esasen corekbisirme muessiselerinde sobalarda rast gelinir b Qara b esasen corek bulka memulatlarinda rast gelinir Bu nov gobeleklerde sporlarin coxalmasi rutubetli seraitde bas verir b Cehrayi b esasen corek qirintilarinda ozunu gosterir Bu nov gobelekleri kartof xesteliyi de adlandirirlar Yoluxma denli bitkilerin yetisdirilmesi merhelesinde yaranir b Ag b insan saglamligi ucun cox tehlukelidir Taxta materialdan olan corek dolablarinda arakesmelerde reflerde aktiv sekilde coxalir b Boz b gobeleyin en zeherli novu sayilir Kif istenilen muhitde inkisaf edir Butun mehsulun terkibinde beraber sekilde yayilir hetta gorunmese bele Corek bulka memulatlarinda olan istenilen kif insan saglamligi ucun tehlukelidir Kifli coreyi sadece iylemek kifayetdir ki patogen mikroorqanizmlerin sporlari orqanizme rahat bir sekilde daxil olsun b Zeherlenmenin elametleri b ozunu yasli insanlarda usaqlarda ve hamile qadinlarda daha keskin gosterir Corekde kif yaranmasinin bir nece sebebi vardir istehsal zamani sanitar normalara riayet olunmamasi mehsulun duzgun seraitde saxlanilmamasi coreyin hazirlanmasinda keyfiyyetsiz qida mehsullarindan istifade olunmasi coreyin yariciy bisirilmesi b Kifli coreyi yedikde ne bas verir b Corek bulka memulatlarinda kif gobeleyi ilk olaraq mehsulun qabiginda gorunur Buna gore coxlari sadece kifli hisseni kesib goturur ve qalan hisseleri yemeye davam edir Bele etmek cox tehlukelidir cunki gorunmeyen sporlar mehsulu butunlukle ehate edir ve qidalandigimiz zaman orqanizmde ciddi intoksikasiyanin zeherleyici maddelerin orqanizme tesiri neticesinde emele gelen patoloji hal yaranmasina sebeb olur Kifli coreyi iylemek teneffus yollarinin xroniki xestelikleri riskini meydana getirir Bezi nov gobelekler eseb sistemini siradan cixarir hormonal fonu pozur orqanizmin qoruyucu funksiyasini asagi salir ve gelecekde bronxial astma ve xroniki bronxitin yaranma riskini artirir Kifli corekle qidalanma orqanizmde bu simptomlarin meydana gelmesine sebeb olur allergik rinit deride sepgi epiqastral agri urekbulanmasi qusma tezyorulma ishal b Bes coreyi kifden qorumaq ucun ne etmeli b Burada vacib mesele coreyin duzgun seraitde saxlanilmasidir Bu hem istehsalciya hem de istehlakciya aid olan bir meseledir Rutubetli ve isti yer gobeleyin inkisafi ucun elverisli muhitdir Gobelek sporlari coreye gemiriciler ve heseratlar vasitesile de daxil olur Metbexde coreyi saxladiginiz yerin temiz quru havalandirilmis olmasini temin edin Corekqabini tez tez yuyub qurulayin Metbex skaflarinin arxasina corek qirintilarinin dusub heseratlari celb etmesine imkan vermeyin Coreyi sellofanda saxlamayin Eger corekqabinda bir corekde az da olsa kif varsa artiq yanindaki corekde de kif olmasi labuddur Ona gore de her iki coreyi daha istifade etmeyin Standarta gore coreyin yararliliq muddeti 3 gundur Lakin ele corek novleri var ki 2 gunden artiq saxlamaq olmaz