Anar Kərimov Mədəniyyət Nazirliyinin kollektivinə təqdim edilib
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Mədəniyyət nazirinin birinci müavini Anar Kərimovu nazirliyin kollektivinə təqdim edib.
Mədəniyyət Nazirliyindən www.NiNa.Az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 20-də imzaladığı sərəncama əsasən, Anar Qabil oğlu Kərimov Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini təyin edilib. Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikası Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Mədəniyyət nazirinin birinci müavini Anar Kərimova verilib.
Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva çıxış edərək dövlət başçısının iyulun 20-də imzaladığı sərəncamları diqqətə çatdırıb, Anar Kərimovu təyinat münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Bildirib ki, Anar Kərimov məsul vəzifələrdə fəaliyyət göstərib, o cümlədən Azərbaycanın UNECSO-dakı daimi nümayəndəsi vəzifəsində çalışıb. Onun fəaliyyəti eyni zamanda mədəniyyət sahəsi ilə sıx bağlı olub. Qeyd edilib ki, Anar Kərimov Azərbaycanın maraqlarının beynəlxalq səviyyədə müdafiə olunması, həmçinin mədəni irsimizin tanınması və təbliği işində fəal iştirak edib, bu sahədə təcrübə, səriştə və idarəçilik bacarığına malikdir.
Dövlət başçısının müvafiq sərəncamına əsasən, Anar Kərimovun həmçinin Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edəcəyini vurğulayan Fərəh Əliyeva ümidvar olduğunu bildirib ki, o, bu yüksək etimadın öhdəsindən gələcək. Qeyd edibi ki, nazirlik sistemində, ayrı-ayrı sahələrdə, o cümlədən yerlərdə uşaq musiqi və incəsənət məktəbləri, kitabxanalar, mədəniyyət evləri, muzeylər və s. müəssisələrin fəaliyyəti ilə bağlı bir müddət əvvəl başlanan islahatlar prosesi davam etdirilməlidir.
Prezident Administrasiyasının şöbə müdiri Anar Kərimova və nazirliyin kollektivinə qarşıda duran vəzifələrin həyata keçirilməsində uğurlar arzulayıb.
Təqdimat mərasimində çıxış edən Anar Kərimov ona göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Qeyd edib ki, dövlət başçısının və Mehriban xanım Əliyevanın nazirliyin fəaliyyəti, mədəniyyət sahəsinin inkişaf etdirilməsi, idarə olunması, mədəniyyətimizin təbliği ilə bağlı ona müvafiq tapşırıq və tövsiyələri olub. Gələcək fəaliyyətini bu tapşırıq və tövsiyələr istiqamətində quracağını deyən Anar Kərimov bildirib ki, UNESCO-da çalışdığı 10 ilə yaxın müddətdə Mədəniyyət Nazirliyi ilə fəal əməkdaşlıq edib. Dövlət başçısının islahatlar kursuna uyğun olaraq Mədəniyyət Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi, müvafiq sahələr üzrə, xüsusilə regionlarda mədəniyyət işinin təşkili ilə bağlı islahatlar zəruridir. Bunun üçün bütün sahələr üzrə mövcud vəziyyət təhlil edilməli, müfəssəl araşdırmalar aparılmalı, o cümlədən beynəlxalq təcrübə öyrənilməli və müvafiq təkliflər rəhbərliyə təqdim edilməlidir.
Anar Kərimov qeyd edib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə bu gün bütün sahələrdə gənc, peşəkar, vətənsevər kadrlara etimad göstərilir və eyni yanaşma mədəniyyət sektorunda da tətbiq olunmalıdır. Vurğulayıb ki, öz fəaliyyətində hər zaman dörd prinsipi - dövlətçilik, məsuliyyət, şəffaflıq və ədalət prinsiplərini rəhbər tutaraq, gələcək fəaliyyətində bu prinsiplərə riayət edəcək.
Sonda Anar Kərimov birgə səylər göstərməklə nazirliyin kollektivinə uğurlar arzu edib.
Kateqoriya: Cəmiyyət | Baxışlar: 267
Jul 22, 2020 8:59 AM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv azeri aze azerbaycanli azərbaycanlı azərbaycan azəri azərilərin azerilerin azerbaycanlilarin azərbaycanlıların azeride azəridə. Anar Kerimov Medeniyyet Nazirliyinin kollektivine teqdim edilib b Azerbaycan Respublikasi Prezidentinin Administrasiyasinin Humanitar siyaset diaspor multikulturalizm ve dini meseleler sobesinin mudiri Fereh Eliyeva Medeniyyet nazirinin birinci muavini Anar Kerimovu nazirliyin kollektivine teqdim edib b Medeniyyet Nazirliyinden b s b a verilen melumata gore Azerbaycan Respublikasinin Prezidenti Ilham Eliyevin iyulun 20 de imzaladigi serencama esasen Anar Qabil oglu Kerimov Azerbaycan Respublikasi Medeniyyet nazirinin birinci muavini teyin edilib Dovlet bascisinin diger serencami ile Azerbaycan Respublikasi Medeniyyet nazirinin vezifelerini muveqqeti icra etmek selahiyyeti Medeniyyet nazirinin birinci muavini Anar Kerimova verilib Prezident Administrasiyasinin Humanitar siyaset diaspor multikulturalizm ve dini meseleler sobesinin mudiri Fereh Eliyeva cixis ederek dovlet bascisinin iyulun 20 de imzaladigi serencamlari diqqete catdirib Anar Kerimovu teyinat munasibetile tebrik edib ona fealiyyetinde ugurlar arzulayib Bildirib ki Anar Kerimov mesul vezifelerde fealiyyet gosterib o cumleden Azerbaycanin UNECSO daki daimi numayendesi vezifesinde calisib Onun fealiyyeti eyni zamanda medeniyyet sahesi ile six bagli olub Qeyd edilib ki Anar Kerimov Azerbaycanin maraqlarinin beynelxalq seviyyede mudafie olunmasi hemcinin medeni irsimizin taninmasi ve tebligi isinde feal istirak edib bu sahede tecrube seriste ve idarecilik bacarigina malikdir Dovlet bascisinin muvafiq serencamina esasen Anar Kerimovun hemcinin Medeniyyet nazirinin vezifelerini muveqqeti icra edeceyini vurgulayan Fereh Eliyeva umidvar oldugunu bildirib ki o bu yuksek etimadin ohdesinden gelecek Qeyd edibi ki nazirlik sisteminde ayri ayri sahelerde o cumleden yerlerde usaq musiqi ve incesenet mektebleri kitabxanalar medeniyyet evleri muzeyler ve s muessiselerin fealiyyeti ile bagli bir muddet evvel baslanan islahatlar prosesi davam etdirilmelidir Prezident Administrasiyasinin sobe mudiri Anar Kerimova ve nazirliyin kollektivine qarsida duran vezifelerin heyata kecirilmesinde ugurlar arzulayib Teqdimat merasiminde cixis eden Anar Kerimov ona gosterilen yuksek etimada gore Azerbaycan Respublikasinin Prezidenti Ilham Eliyeve ve Birinci vitse prezident Mehriban Eliyevaya minnetdarligini bildirib Qeyd edib ki dovlet bascisinin ve Mehriban xanim Eliyevanin nazirliyin fealiyyeti medeniyyet sahesinin inkisaf etdirilmesi idare olunmasi medeniyyetimizin tebligi ile bagli ona muvafiq tapsiriq ve tovsiyeleri olub Gelecek fealiyyetini bu tapsiriq ve tovsiyeler istiqametinde quracagini deyen Anar Kerimov bildirib ki UNESCO da calisdigi 10 ile yaxin muddetde Medeniyyet Nazirliyi ile feal emekdasliq edib Dovlet bascisinin islahatlar kursuna uygun olaraq Medeniyyet Nazirliyinin fealiyyetinin tekmillesdirilmesi muvafiq saheler uzre xususile regionlarda medeniyyet isinin teskili ile bagli islahatlar zeruridir Bunun ucun butun saheler uzre movcud veziyyet tehlil edilmeli mufessel arasdirmalar aparilmali o cumleden beynelxalq tecrube oyrenilmeli ve muvafiq teklifler rehberliye teqdim edilmelidir Anar Kerimov qeyd edib ki Azerbaycan Prezidentinin tesebbusu ile bu gun butun sahelerde genc pesekar vetensever kadrlara etimad gosterilir ve eyni yanasma medeniyyet sektorunda da tetbiq olunmalidir Vurgulayib ki oz fealiyyetinde her zaman dord prinsipi dovletcilik mesuliyyet seffafliq ve edalet prinsiplerini rehber tutaraq gelecek fealiyyetinde bu prinsiplere riayet edecek Sonda Anar Kerimov birge seyler gostermekle nazirliyin kollektivine ugurlar arzu edib