Azərbaycanda yarımkeçiricilər fizikası sahəsində tanınmış alim, Dövlət Mükafatı laureatı, "Şöhrət" ordenli, Milli Aviasiya Akademiyasının Ümumi və tətbiqi fizika kafedrasının müdiri, akademik Bahadır Tağıyev yanvarın 7-də 86 yaşında vəfat edib.
Bu barədə www.NiNa.Az-a Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) məlumat verilib.
Görkəmli alimlə vida mərasimi saat 13:00-dan 15:00-dək AMEA-nın Əsas binasında keçiriləcək.
Bahadır Hüseyn oğlu Tağıyev 1934-cü il martın 13-də Masallı rayonunun Türkoba kəndində anadan olub. O, 1956-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu "Fizika" ixtisası üzrə bitirib.
Alim 1959-cu ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda əmək fəaliyyətinə başlayıb, bu elmi müəssisədə aspirant, elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb. 1996-2009-cu illərdə Milli Aviasiya Akademiyasında əvəzçi professor olub, 2009-cu ildən isə bu qurumun Ümumi və tətbiqi fizika kafedrasının müdiri idi.
B. Tağıyev 1965-ci ildə fizika üzrə fəlsəfə, 1978-ci ildə fizika üzrə elmlər doktoru elmi dərəcələrini, 1984-cü ildə professor elmi adını alıb. O, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib.
Fizik alim tərəfindən müxtəlif kristal quruluşu olan (zəncirvari, laylı, kubik və s.) elementar (selen) və mürəkkəb yarımkeçiricilərdə 77-300K temperatur intervalında, qüvvətli elektrik sahəsində (10-105 V/sm) elektrik keçirmə mexanizminin yüksək daşıyıcıların injeksiyası və termoelektron ionlaşma ilə əlaqədar olması müəyyənləşdirilib. Yüksək müqavimətli və enli zolaqlı yarımkeçiricilərdə injeksiya olunmuş yükdaşıyıcıların dərin tələlər tərəfindən tutulmaları ilə bağlı olan elektret və fotoelektret effekti aşkar edilib, bu effektlər əsasında müxtəlif çeviricilər hazırlanıb. Nadir torpaq elementləri ilə aktivləşdirilmiş CaGa2S4 tipli birləşmələr əsasında mexanizmi atomdaxili elektron keçidləri ilə bağlı olan sarı, mavi, yaşıl və qırmızı rəngli effektiv şüalanma alınıb, Bakı "Azərelektrik işıq" İstehsalat Birliyində həmin rənglərdə lümenessent lampaları istehsal olunub.
Akademik B. Tağıyev elm və təhsil sahəsindəki fəaliyyətinə görə, "Şərəf nişanı", "Şərəfli əməyə görə" medalı, Dövlət Mükafatı laureatı və "Şöhrət" ordeninə layiq görülüb.
Allah rəhmət eləsin!
Kateqoriya: Elm | Baxışlar: 514
Feb 7, 2020 8:27 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Taninmis akademik vefat etdi b Azerbaycanda yarimkeciriciler fizikasi sahesinde taninmis alim Dovlet Mukafati laureati Sohret ordenli Milli Aviasiya Akademiyasinin Umumi ve tetbiqi fizika kafedrasinin mudiri akademik Bahadir Tagiyev yanvarin 7 de 86 yasinda vefat edib b Bu barede b s b a Azerbaycan Milli Elmler Akademiyasindan AMEA melumat verilib Gorkemli alimle vida merasimi saat 13 00 dan 15 00 dek AMEA nin Esas binasinda kecirilecek Bahadir Huseyn oglu Tagiyev 1934 cu il martin 13 de Masalli rayonunun Turkoba kendinde anadan olub O 1956 ci ilde Azerbaycan Dovlet Pedaqoji Institutunu Fizika ixtisasi uzre bitirib Alim 1959 cu ilde Azerbaycan Elmler Akademiyasinin Fizika Institutun da emek fealiyyetine baslayib bu elmi muessisede aspirant elmi isci laboratoriya mudiri vezifelerinde calisib 1996 2009 cu illerde Milli Aviasiya Akademiyasinda evezci professor olub 2009 cu ilden ise bu qurumun Umumi ve tetbiqi fizika kafedrasinin mudiri idi B Tagiyev 1965 ci ilde fizika uzre felsefe 1978 ci ilde fizika uzre elmler doktoru elmi derecelerini 1984 cu ilde professor elmi adini alib O 2001 ci ilde AMEA nin muxbir uzvu 2014 cu ilde ise heqiqi uzvu secilib Fizik alim terefinden muxtelif kristal qurulusu olan zencirvari layli kubik ve s elementar selen ve murekkeb yarimkeciricilerde 77 300K temperatur intervalinda quvvetli elektrik sahesinde 10 105 V sm elektrik kecirme mexanizminin yuksek dasiyicilarin injeksiyasi ve termoelektron ionlasma ile elaqedar olmasi mueyyenlesdirilib Yuksek muqavimetli ve enli zolaqli yarimkeciricilerde injeksiya olunmus yukdasiyicilarin derin teleler terefinden tutulmalari ile bagli olan elektret ve fotoelektret effekti askar edilib bu effektler esasinda muxtelif ceviriciler hazirlanib Nadir torpaq elementleri ile aktivlesdirilmis CaGa2S4 tipli birlesmeler esasinda mexanizmi atomdaxili elektron kecidleri ile bagli olan sari mavi yasil ve qirmizi rengli effektiv sualanma alinib Baki Azerelektrik isiq Istehsalat Birliyinde hemin renglerde lumenessent lampalari istehsal olunub Akademik B Tagiyev elm ve tehsil sahesindeki fealiyyetine gore Seref nisani Serefli emeye gore medali Dovlet Mukafati laureati ve Sohret ordenine layiq gorulub Allah rehmet elesin