AMEA-da yeni kadr təyinatları: İnstitut direktoru vəzifəsindən azad edildi
Yanvarın 9-da AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Akademiyadan www.NiNa.Az-a verilən məlumata görə, iclası giriş sözü ilə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev açaraq bildirib ki, son vaxtlar rəhbərlik etdiyi qurumda bir sıra mühüm elmi və elmi-təşkilati istiqamətləri əhatə edən islahatlara start verilib.
İslahatların başlıca strateji hədəfi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilən və ölkənin sosial-iqtisadi inkişafına yönələn dövlət siyasətinə uyğun olaraq Azərbaycan elmini müasir standartlar səviyyəsində inkişaf etdirməkdir.
Akademik Ramiz Mehdiyev qeyd edib ki, Akademiyanın 28 dekabr 2019-cu il tarixində keçirilən Ümumi yığıncağında "AMEA-nın 2020-2025-ci illər üçün inkişaf proqramı"nın təsdiq olunması, bu qurumun Nizamnaməsinə bir sıra əlavə və dəyişikliklərin edilməsi, AMEA Rəyasət Heyətinin yeni tərkibinin müəyyənləşdirilməsi bu istiqamətdəki islahatların mühüm tərkib hissəsini təşkil edir.
Elmi fəaliyyət sahəsində islahatların bundan sonra da ardıcıl olaraq davam etdiriləcəyini vurğulayan akademik Ramiz Mehdiyev bu gün Rəyasət Heyətinin gündəliyinə çıxarılan əsas məsələlərin AMEA-nın Ümumi yığıncağının qəbul etdiyi qərarların icrasından irəli gəldiyini qeyd edib. O, Akademiyanın strukturunun təkmilləşdirilməsi, müasir elmi prioritetlərin müəyyənləşdirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, dövlətin həyata keçirdiyi siyasətin reallaşdırılması, xüsusən qeyri-neft sektorunun inkişafında elmin rolunun daha da artırılması istiqamətində qarşıda mühüm vəzifələrin dayandığını bildirib.
Sonra AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov gündəlikdə yer alan "AMEA Rəyasət Heyətinin üzvləri arasında vəzifə bölgüsü" ilə bağlı çıxış edərək bildirib ki, AMEA-nın 28 dekabr 2019-cu il tarixli iclasında AMEA Rəyasət Heyətinin 11 nəfərdən ibarət yeni tərkibi təsdiq edilmişdir. Bununla əlaqədar olaraq, AMEA Rəyasət Heyəti üzvləri arasında yeni vəzifə bölgüsünün müəyyənləşdirilməsi və müvafiq qərarın qəbul edilməsi zərurəti meydana çıxmışdır.
Sonra AMEA-nın akademik-katibi Əminağa Sadıqov Rəyasət Heyətinin üzvləri arasında vəzifə bölgüsü layihəsi ilə iclas iştirakçılarını tanış edib. Layihə müzakirə olunduqdan sonra Rəyasət Heyəti üzvləri tərəfindən irəli sürülən rəy və təkliflər nəzərə alınmaqla qəbul edilib.
AMEA-nın akademik-katibi gündəlikdəki ikinci məsələ, "AMEA Rəyasət Heyəti aparatının strukturu haqqında" qərar layihəsini diqqətə çatdırıb. Bildirib ki, Rəyasət Heyəti aparatının strukturu və idarəetmə sisteminin, habelə kadrların seçilməsi və yerləşdirilməsi işinin təkmilləşdirilməsi məqsədilə AMEA prezidentinin 21 noyabr 2019-cu il tarixli sərəncamı ilə Komissiya yaradılıb və hazırlanmış təkliflər AMEA-nın prezidentinə təqdim edilib. Təkliflər əsasında Rəyasət Heyəti aparatının yeni strukturunun layihəsi hazırlanıb.
Əminağa Sadıqov iclas iştirakçılarını layihə ilə tanış edib, məsələ müzakirə olunduqdan sonra müvafiq qərar qəbul edilib.
Daha sonra AMEA-nın akademik-katibi Əminağa Sadıqov gündəlikdə yer alan növbəti məsələ, ""Azərbaycan Respublikasının Qırmızı Kitabı"nın III nəşrinin Redaksiya heyətinin yeni tərkibi haqqında" məlumat verib. Bildirib ki, AMEA Rəyasət Heyətinin 16 oktyabr 2019-cu il tarixli qərarı ilə "Azərbaycan Respublikasının Qırmızı Kitabı"nın III nəşrinin Redaksiya heyətinin tərkibi təsdiq edilmişdir. Keçən müddət ərzində AMEA Rəyasət Heyətinin tərkibində bir sıra dəyişikliklərin olmasını nəzərə alaraq, Redaksiya heyətinin tərkibinin də yenilənməsinə ehtiyac yaranmışdır. Yeni tərkib müzakirə edildikdən sonra qəbul edilib.
İclasda görkəmli alim, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Abdulla Qarayevin 110 illik yubileyinin qeyd edilməsi haqqında qərar qəbul edilib, yubileylə əlaqədar Tədbirlər planının hazırlanması qərara alınıb. Həmçinin akademik Abel Məhərrəmovun 70 illik, AMEA-nın müxbir üzvü Tehran Mustafayevin 60 illik yubileyləri münasibətilə onlara AMEA-nın Fəxri Fərmanının verilməsi ilə bağlı müvafiq qərarlar qəbul edilib.
Tədbirdə,həmçinin AMEA-nın bir sıra əməkdaşlarının elmi təcrübə keçmək və təhsil almaq məqsədilə xarici elmi mərkəzlərə və universitetlərə göndərilməsi ilə bağlı müvafiq qərarlar qəbul edilib.
Sonda bir sıra kadr məsələlərinə baxılıb. Akademik Cavad Abdinov AMEA-nın Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, fizika elmləri doktoru Ayaz Bayramov həmin institutun innovasiyalar və transfer üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Zaur Süleymanov isə həmin institutun elmi katibi vəzifələrinə, riyaziyyat elmləri doktoru Ədalət Axundov AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə, fizika üzrə fəlsəfə doktoru Yusif Şükürlü isə AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru vəzifəsinə təyin edilib.
Digər qərarla fizika üzrə fəlsəfə doktoru Elman Yusifov AMEA Zoologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib. İnstitutun direktoru vəzifəsinin icrası müvəqqəti olaraq elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru Elşad Əhmədova həvalə edilib. Eləcə də, Bayram Babayev Akademiya şəhərciyinin müdiri vəzifəsindən azad edilib. İqtisad üzrə fəlsəfə doktoru, dosent Pərviz Həsənov Akademiya şəhərciyinin müdiri vəzifəsinə təyin edilib.
Kateqoriya: Elm | Baxışlar: 745
Feb 7, 2020 8:27 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv girish giris giriw giriş qirish qiris qiriw qiriş. AMEA da yeni kadr teyinatlari Institut direktoru vezifesinden azad edildi b Yanvarin 9 da AMEA Reyaset Heyetinin novbeti iclasi kecirilib b Akademiyadan b s b a verilen melumata gore iclasi giris sozu ile AMEA nin prezidenti akademik Ramiz Mehdiyev acaraq bildirib ki son vaxtlar rehberlik etdiyi qurumda bir sira muhum elmi ve elmi teskilati istiqametleri ehate eden islahatlara start verilib Islahatlarin baslica strateji hedefi Azerbaycan Respublikasinin Prezidenti terefinden heyata kecirilen ve olkenin sosial iqtisadi inkisafina yonelen dovlet siyasetine uygun olaraq Azerbaycan elmini muasir standartlar seviyyesinde inkisaf etdirmekdir Akademik Ramiz Mehdiyev qeyd edib ki Akademiyanin 28 dekabr 2019 cu il tarixinde kecirilen Umumi yigincaginda AMEA nin 2020 2025 ci iller ucun inkisaf proqrami nin tesdiq olunmasi bu qurumun Nizamnamesine bir sira elave ve deyisikliklerin edilmesi AMEA Reyaset Heyetinin yeni terkibinin mueyyenlesdirilmesi bu istiqametdeki islahatlarin muhum terkib hissesini teskil edir Elmi fealiyyet sahesinde islahatlarin bundan sonra da ardicil olaraq davam etdirileceyini vurgulayan akademik Ramiz Mehdiyev bu gun Reyaset Heyetinin gundeliyine cixarilan esas meselelerin AMEA nin Umumi yigincaginin qebul etdiyi qerarlarin icrasindan ireli geldiyini qeyd edib O Akademiyanin strukturunun tekmillesdirilmesi muasir elmi prioritetlerin mueyyenlesdirilmesi beynelxalq elaqelerin genislendirilmesi dovletin heyata kecirdiyi siyasetin reallasdirilmasi xususen qeyri neft sektorunun inkisafinda elmin rolunun daha da artirilmasi istiqametinde qarsida muhum vezifelerin dayandigini bildirib Sonra AMEA nin akademik katibi muxbir uzv Eminaga Sadiqov gundelikde yer alan AMEA Reyaset Heyetinin uzvleri arasinda vezife bolgusu ile bagli cixis ederek bildirib ki AMEA nin 28 dekabr 2019 cu il tarixli iclasinda AMEA Reyaset Heyetinin 11 neferden ibaret yeni terkibi tesdiq edilmisdir Bununla elaqedar olaraq AMEA Reyaset Heyeti uzvleri arasinda yeni vezife bolgusunun mueyyenlesdirilmesi ve muvafiq qerarin qebul edilmesi zerureti meydana cixmisdir Sonra AMEA nin akademik katibi Eminaga Sadiqov Reyaset Heyetinin uzvleri arasinda vezife bolgusu layihesi ile iclas istirakcilarini tanis edib Layihe muzakire olunduqdan sonra Reyaset Heyeti uzvleri terefinden ireli surulen rey ve teklifler nezere alinmaqla qebul edilib AMEA nin akademik katibi gundelikdeki ikinci mesele AMEA Reyaset Heyeti aparatinin strukturu haqqinda qerar layihesini diqqete catdirib Bildirib ki Reyaset Heyeti aparatinin strukturu ve idareetme sisteminin habele kadrlarin secilmesi ve yerlesdirilmesi isinin tekmillesdirilmesi meqsedile AMEA prezidentinin 21 noyabr 2019 cu il tarixli serencami ile Komissiya yaradilib ve hazirlanmis teklifler AMEA nin prezidentine teqdim edilib Teklifler esasinda Reyaset Heyeti aparatinin yeni strukturunun layihesi hazirlanib Eminaga Sadiqov iclas istirakcilarini layihe ile tanis edib mesele muzakire olunduqdan sonra muvafiq qerar qebul edilib Daha sonra AMEA nin akademik katibi Eminaga Sadiqov gundelikde yer alan novbeti mesele Azerbaycan Respublikasinin Qirmizi Kitabi nin III nesrinin Redaksiya heyetinin yeni terkibi haqqinda melumat verib Bildirib ki AMEA Reyaset Heyetinin 16 oktyabr 2019 cu il tarixli qerari ile Azerbaycan Respublikasinin Qirmizi Kitabi nin III nesrinin Redaksiya heyetinin terkibi tesdiq edilmisdir Kecen muddet erzinde AMEA Reyaset Heyetinin terkibinde bir sira deyisikliklerin olmasini nezere alaraq Redaksiya heyetinin terkibinin de yenilenmesine ehtiyac yaranmisdir Yeni terkib muzakire edildikden sonra qebul edilib Iclasda gorkemli alim Emekdar elm xadimi tibb elmleri doktoru professor Abdulla Qarayevin 110 illik yubileyinin qeyd edilmesi haqqinda qerar qebul edilib yubileyle elaqedar Tedbirler planinin hazirlanmasi qerara alinib Hemcinin akademik Abel Meherremovun 70 illik AMEA nin muxbir uzvu Tehran Mustafayevin 60 illik yubileyleri munasibetile onlara AMEA nin Fexri Fermaninin verilmesi ile bagli muvafiq qerarlar qebul edilib Tedbirde hemcinin AMEA nin bir sira emekdaslarinin elmi tecrube kecmek ve tehsil almaq meqsedile xarici elmi merkezlere ve universitetlere gonderilmesi ile bagli muvafiq qerarlar qebul edilib Sonda bir sira kadr meselelerine baxilib Akademik Cavad Abdinov AMEA nin Fizika Institutunun elmi isler uzre direktor muavini fizika elmleri doktoru Ayaz Bayramov hemin institutun innovasiyalar ve transfer uzre direktor muavini fizika uzre felsefe doktoru Zaur Suleymanov ise hemin institutun elmi katibi vezifelerine riyaziyyat elmleri doktoru Edalet Axundov AMEA nin Riyaziyyat ve Mexanika Institutunun elmi isler uzre direktor muavini vezifesine fizika uzre felsefe doktoru Yusif Sukurlu ise AMEA nin Seki Regional Elmi Merkezinin direktoru vezifesine teyin edilib Diger qerarla fizika uzre felsefe doktoru Elman Yusifov AMEA Zoologiya Institutunun direktoru vezifesinden azad edilib Institutun direktoru vezifesinin icrasi muveqqeti olaraq elmi isler uzre direktor muavini biologiya elmleri doktoru Elsad Ehmedova hevale edilib Elece de Bayram Babayev Akademiya seherciyinin mudiri vezifesinden azad edilib Iqtisad uzre felsefe doktoru dosent Perviz Hesenov Akademiya seherciyinin mudiri vezifesine teyin edilib