Xəzərin səviyyəsinin dəyişilməsinin yeni modeli hazırlanır
AMEA-nın Geologiya və Geofizika İnstitutunun direktoru, akademik Akif Əlizadənin layihə rəhbəri olduğu "Xəzər dənizinin səviyyəsinin dəyişilməsinin iqlim-seysmogeodinamik inteqre modeli" mövzusunda elmi-tədqiqat işinin proqramı təsdiqlənib.
AMEA-dan www.NiNa.Az-a verilən məlumata görə, 2025-ci ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulan proqramın icraçıları AMEA-nın Geologiya və Geofizika, Coğrafiya institutları, Respublika Seysmoloji Xidmət Mərkəzi, Rusiya Elmlər Akademiyasının Yer Fizikası, ABŞ-ın Massaçusets Texnologiya institutları, İtaliyanın Milan Bikkoko və Fransanın Montpellier universitetləridir.
Layihə çərçivəsində Xəzər dənizinin müasir seysmo-geodinamik şəraiti və hidro-iqlim faktoru nəzərə alınmaqla, dəniz səviyyəsi tərəddüdünün inteqrə modeli hazırlanacaq. Tədqiqatlar zamanı bölgənin tektonik aktivliyinin qiymətləndirilməsi və Xəzər dənizinin səviyyə tərəddüdlərinə təsir modelinin işlənməsi də nəzərdə tutulur.
Elmi-tədqiqat işi çərçivəsində tərtib ediləcək geodinamik, aktiv qırılma, seysmik təhlükənin titrəyiş və seysmik rayonlaşdırma xəritələri AR Fövqəladə Hallar, AR Ekologiya və Təbii Sərvətlər nazirlikləri, eləcə də şəhərsalma strukturları tərəfindən risk analizi məqsədilə istifadə oluna biləcək.
Layihə Xəzərətrafı ölkələrin davamlı inkişafına da müsbət təsir göstərəcək.
Kateqoriya: Elm | Baxışlar: 366
Feb 7, 2020 8:27 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Xezerin seviyyesinin deyisilmesinin yeni modeli hazirlanir AMEA nin Geologiya ve Geofizika Institutunun direktoru akademik Akif Elizadenin layihe rehberi oldugu Xezer denizinin seviyyesinin deyisilmesinin iqlim seysmogeodinamik inteqre modeli movzusunda elmi tedqiqat isinin proqrami tesdiqlenib AMEA dan b s b a verilen melumata gore 2025 ci ilin sonuna qeder yekunlasdirilmasi nezerde tutulan proqramin icracilari AMEA nin Geologiya ve Geofizika Cografiya institutlari Respublika Seysmoloji Xidmet Merkezi Rusiya Elmler Akademiyasinin Yer Fizikasi ABS in Massacusets Texnologiya institutlari Italiyanin Milan Bikkoko ve Fransanin Montpellier universitetleridir Layihe cercivesinde Xezer denizinin muasir seysmo geodinamik seraiti ve hidro iqlim faktoru nezere alinmaqla deniz seviyyesi tereddudunun inteqre modeli hazirlanacaq Tedqiqatlar zamani bolgenin tektonik aktivliyinin qiymetlendirilmesi ve Xezer denizinin seviyye tereddudlerine tesir modelinin islenmesi de nezerde tutulur Elmi tedqiqat isi cercivesinde tertib edilecek geodinamik aktiv qirilma seysmik tehlukenin titreyis ve seysmik rayonlasdirma xeriteleri AR Fovqelade Hallar AR Ekologiya ve Tebii Servetler nazirlikleri elece de sehersalma strukturlari terefinden risk analizi meqsedile istifade oluna bilecek Layihe Xezeretrafi olkelerin davamli inkisafina da musbet tesir gosterecek