Koronavirusun müalicəsi üçün “ən effektiv dərman”ın daha bir zərəri açıqlandı
Ümumdünya Səhiyyə Təşkilatının "koronavirusun müalicəsində irəliləyiş" adlandırdığı iltihab əleyhinə "deksametazon" dərmanı sözügedən xəstəliyin yüngül formalarında və ya profilaktik məqsədlə istifadə olunarsa, sağlamlığa zərər verə bilər.
www.NiNa.Az oxu-a istinadən bildirir ki, bunu İsrailin Aşdod şəhərində yerləşən Assuta xəstəxanasının Pulmonologiya İnstitutunun direktoru Daniel Starobin deyib.
"Ağır xəstələrdə təsir göstərir, effektivdir, lakin bu, steroidlərin COVID-19-un yüngül formalarında təsirli ola biləcəyini ifadə etmir. Profilaktikadan heç danışmıram. Əksinə, bu məsələlərdə əks effekt verə bilər", - deyə, o xəbərdarlıq edib.
Ekspertin sözlərinə görə, steroidlərin izafi həcmi immun sistemi zəiflədir, bu isə koronavirusun ilkin və yüngül formalarında təhlükəli ola bilər.
D.Starobin steroid qəbul edən pasiyentlərdə xəstəliyin sürətlə yüngüldən ağır səviyyəyə keçə biləcəyini də vurğulayıb.
Həkim, eyni zamanda xroniki xəstəliklərin, o cümlədən xərçəngin müalicəsi üçün davamlı olaraq steroid dərmanları qəbul edən xəstələrin heç bir halda bunu dayandırmamaları barədə də xəbərdarlıq edib.
Kateqoriya: Sağlamlıq | Baxışlar: 281
Jun 21, 2020 12:16 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Koronavirusun mualicesi ucun en effektiv derman in daha bir zereri aciqlandi Umumdunya Sehiyye Teskilatinin koronavirusun mualicesinde irelileyis adlandirdigi iltihab eleyhine deksametazon dermani sozugeden xesteliyin yungul formalarinda ve ya profilaktik meqsedle istifade olunarsa saglamliga zerer vere biler b s b oxu a istinaden bildirir ki bunu Israilin Asdod seherinde yerlesen Assuta xestexanasinin Pulmonologiya Institutunun direktoru Daniel Starobin deyib Agir xestelerde tesir gosterir effektivdir lakin bu steroidlerin COVID 19 un yungul formalarinda tesirli ola bileceyini ifade etmir Profilaktikadan hec danismiram Eksine bu meselelerde eks effekt vere biler deye o xeberdarliq edib Ekspertin sozlerine gore steroidlerin izafi hecmi immun sistemi zeifledir bu ise koronavirusun ilkin ve yungul formalarinda tehlukeli ola biler D Starobin steroid qebul eden pasiyentlerde xesteliyin suretle yungulden agir seviyyeye kece bileceyini de vurgulayib Hekim eyni zamanda xroniki xesteliklerin o cumleden xercengin mualicesi ucun davamli olaraq steroid dermanlari qebul eden xestelerin hec bir halda bunu dayandirmamalari barede de xeberdarliq edib