Sudan istifadə zərərli vərdişlərdən xilas olmağa kömək edir. Su orqanizmdən zərərli maddələri yuyub təmizləməklə yanaşı, siqaret çəkənlərin nikotindən asılılığına məruz qalmasının qarşısını alır.
www.NiNa.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Rusiya İctimai Səhiyyə Assosiasiyasının prezidenti, Moskva Dövlət Tibb Universitetinin professoru Andrey Demin "Sputnik" radiosuna verdiyi müsahibədə söyləyib.
Professor deyib: "Siqaret çəkənin su ilə dolu şüşə qabı əlinə götürməsi onun əlinə başqa əşya götürməsinə imkan verməyəcək. Siqaret çəkmək əlləri məşğul edir, buna görə də bir içim su onu müəyyən dərəcədə əvəz edə bilər".
O qeyd edib ki, su siqaretdən imtina edəndən sonra meydana gələn baş ağrılarından qurtulmağa da yardım göstərir. "Çox vaxt siqaretdən imtina etdikdən sonra ilk həftələrdə baş ağrılarından şikayətlənirlər, çünki bədəndə nikotin çatışmazlığı yaranır. Əlavə su qəbulu həmin ağrıların öhdəsindən gəlməyə imkan verir", - deyə professor bildirib.
Suyun siqaretdən imtina edəndən sonra çəki artımı ilə üzləşənlərə də kömək etdiyini vurğulayan Andrey Demin deyib: "Suyun istehlakı orqanizmdə maddələr mübadiləsini sürətləndirir. Həmin vaxt yüksək kalorili qazlı içkilərdən imtina etmək və adi su içmək lazımdır. Bundan başqa, yeməkdən əvvəl su içmək qidanın miqdarını məhdudlaşdıra bilər".
Kateqoriya: Sağlamlıq | Baxışlar: 476
Jun 19, 2020 6:46 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Sudan istifade siqaretden imtinaya komek edir Sudan istifade zererli verdislerden xilas olmaga komek edir Su orqanizmden zererli maddeleri yuyub temizlemekle yanasi siqaret cekenlerin nikotinden asililigina meruz qalmasinin qarsisini alir b s b AZERTAC a istinaden bildirir ki bu fikirleri Rusiya Ictimai Sehiyye Assosiasiyasinin prezidenti Moskva Dovlet Tibb Universitetinin professoru Andrey Demin Sputnik radiosuna verdiyi musahibede soyleyib Professor deyib Siqaret cekenin su ile dolu suse qabi eline goturmesi onun eline basqa esya goturmesine imkan vermeyecek Siqaret cekmek elleri mesgul edir buna gore de bir icim su onu mueyyen derecede evez ede biler O qeyd edib ki su siqaretden imtina edenden sonra meydana gelen bas agrilarindan qurtulmaga da yardim gosterir Cox vaxt siqaretden imtina etdikden sonra ilk heftelerde bas agrilarindan sikayetlenirler cunki bedende nikotin catismazligi yaranir Elave su qebulu hemin agrilarin ohdesinden gelmeye imkan verir deye professor bildirib Suyun siqaretden imtina edenden sonra ceki artimi ile uzlesenlere de komek etdiyini vurgulayan Andrey Demin deyib Suyun istehlaki orqanizmde maddeler mubadilesini suretlendirir Hemin vaxt yuksek kalorili qazli ickilerden imtina etmek ve adi su icmek lazimdir Bundan basqa yemekden evvel su icmek qidanin miqdarini mehdudlasdira biler