Professor: Karantin zamanı bəzi dermatonevroloji xəstəliklərin azalacağı gözlənilir
Dermatovenerologiya özündə həm dəri xəstəliklərini, həm də cinsi yolla keçən xəstəlikləri birləşdirir. Etiologiyasına görə dəri xəstəlikləri infeksion və qeyri-infeksion, qeyri-infeksion xəstəliklər isə bir çox hallarda polietioloji olur. Onlardan bəziləri, məsələn, pemfiqus, bulloz, epidermoliz və s. autoimmun mənşəlidir və yaranma səbəbləri elmə dəqiq məlum deyil. Cinsi yolla keçən xəstəliklər əvvəllər zöhrəvi xəstəliklər adlandırılırdı. Əvvəllər 4 belə xəstəlik məlum idisə, indi diaqnostik metod və cihazların inkişafı ilə əlaqədar 50-dən çox belə xəstəlik məlumdur.
www.NiNa.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Tibb Universitetinin dermotovenerologiya kafedrasının müdiri, professor Fərid Mahmudov deyib.
Professorun dediyinə görə, ötən əsrin 90-cı illərinə qədər Azərbaycanda cinsi yolla keçən xəstəliklər çox deyildi, əsasən, qonokokk infeksiyası və trixomoniaz idi: "Ötən əsrin axırlarından etibarən yoluxucu xəstəliklərdən olan sifilisin yayılmasında artım müşahidə olunsa da, son iki ildə həmin xəstəlikdə stabilləşmə nəzərə çarpır. Sovet vaxtı zöhrəvi xəstələr müalicəyə məcburi cəlb olunurdular. İndi xəstələr müalicə şəraitini özləri seçir, bəzi hallarda isə anonim şəkildə müalicə alırlar və bu, statistikaya təsir göstərir. Hazırda bu tip xəstəliklər üzrə müayinə və müalicələrin daha ciddi aparılması üzrə işlər gedir.
Pandemiya dövründə tətbiq olunan karantin zamanı insanlar arasında sıx təmasların azalaraq minimuma enməsi cinsi yolla keçən infeksiyalara yoluxmanın azalmasına səbəb olacaq. Həmçinin fotodermatoz, kontakt dermatit kimi xəstəliklərin də sayında azalma müşahidə olunacağı gözlənilir".
Kateqoriya: Sağlamlıq | Baxışlar: 318
Jun 19, 2020 2:54 AM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Professor Karantin zamani bezi dermatonevroloji xesteliklerin azalacagi gozlenilir Dermatovenerologiya ozunde hem deri xesteliklerini hem de cinsi yolla kecen xestelikleri birlesdirir Etiologiyasina gore deri xestelikleri infeksion ve qeyri infeksion qeyri infeksion xestelikler ise bir cox hallarda polietioloji olur Onlardan bezileri meselen pemfiqus bulloz epidermoliz ve s autoimmun menselidir ve yaranma sebebleri elme deqiq melum deyil Cinsi yolla kecen xestelikler evveller zohrevi xestelikler adlandirilirdi Evveller 4 bele xestelik melum idise indi diaqnostik metod ve cihazlarin inkisafi ile elaqedar 50 den cox bele xestelik melumdur b s b AZERTAC a istinaden bildirir ki bunu Azerbaycan Tibb Universitetinin dermotovenerologiya kafedrasinin mudiri professor Ferid Mahmudov deyib Professorun dediyine gore oten esrin 90 ci illerine qeder Azerbaycanda cinsi yolla kecen xestelikler cox deyildi esasen qonokokk infeksiyasi ve trixomoniaz idi Oten esrin axirlarindan etibaren yoluxucu xesteliklerden olan sifilisin yayilmasinda artim musahide olunsa da son iki ilde hemin xestelikde stabillesme nezere carpir Sovet vaxti zohrevi xesteler mualiceye mecburi celb olunurdular Indi xesteler mualice seraitini ozleri secir bezi hallarda ise anonim sekilde mualice alirlar ve bu statistikaya tesir gosterir Hazirda bu tip xestelikler uzre muayine ve mualicelerin daha ciddi aparilmasi uzre isler gedir Pandemiya dovrunde tetbiq olunan karantin zamani insanlar arasinda six temaslarin azalaraq minimuma enmesi cinsi yolla kecen infeksiyalara yoluxmanin azalmasina sebeb olacaq Hemcinin fotodermatoz kontakt dermatit kimi xesteliklerin de sayinda azalma musahide olunacagi gozlenilir