"Metroda yoluxduğuma əminəm, bu çox qorxunc xəstəlikdir"- Koronavirusdan sağalan xanım müalicəsini bölüşdü
35 yaşlı Aygün Ələsgərovada koronavirus infeksiyasına yoluxma ikitərəfli sətəlcəmlə başa çatıb. İki həftə tibbi müəssisədə qalan gənc qadın xəstəliyin necə başlaması və inkişaf etməsi haqqında nedia.Az-a danışıb:
www.NiNa.Az həmin müsahibədən bəzi məqamları təqdim edir.
" Bundan başlayım ki, pandemiyanın ən gur vaxtında çox zəif immunitetim var idi. Məsələ burasındadır ki, yanvar ayından mədə xorası və bağırsaq eroziyasından müalicə alırdım. Nəticədə, bədənim çox zəiflədi, buna görə də, koronavirusa qarşı həssas oldum.
Pandemiya başlayandan özünütəcriddə idim. İki aydan çox işə getmədim. Supermarketə gedəndə respirator taxır və sosial məsafəni saxlayırdım. İzdihamın olmaması üçün mağazaya gecələr gedirdim. Operativ qərargahının tələb və tövsiyələrinə tam riayət edirdim. Ailəmin digər üzvləri də eyni tərzdə hərəkət edirdilər - mən qayınanam və qayınatamla birlikdə yaşayıram.
Metroda yoluxduğumu güman edirəm
Karantin tədbirləri yumşaldıqdan və metro açıldıqdan sonra qulaqlıq almaq üçün şəhərin mərkəzinə - Nizami küçəsinə getdim. Mənə uyğun gəlmədi, ertəsi gün cihazı dəyişdirmək üçün yenidən metro ilə getdim. Maska taxmışdım, spirtdən istifadə edirdim. Ancaq yoluxmağım üçün bu iki gün kifayət elədi.
Metro ilə evə qayıdanda artıq ilk narahatlığı hiss etdim. Maska ilə boğulurdum, isti idi, üzüm tamamilə tərləmişdi, özümü zəif hiss edirdim. Evə gələndən sonra dəhşətli başağrısı başladı. Uzun müddətdir mədəmi müalicə etdiyim üçün hətta bir "sitramon" həbi qəbul etməkdən də qorxurdum. Ağrı çox dözülməz idi. Ağrıdan öləcəyimi düşünürdüm.
Səhər boğazımda xoşagəlməz narahatlıq hiss etdim. Boğazım qıcıqlanırdı, temperaturum yüksəlməyə başladı. Boğazımı soda-duz məhlulu ilə dərhal qarqara etmədiyim üçün çox təəssüf edirəm. Axşam saatlarında halım pisləşdi.
Temperaturum 38 dərəcəyə qalxdı. Düzdür, "parasetamol" qızdırmamı müvəqqəti salmağa kömək etdi. Təcili yardım maşını çağırmalı olduq, o da üç saat sonra gəldi... Artıq gecə yarısı idi. Yaxma götürdülər. Demək olar ki, heç yerə getmədiyim üçün son ana qədər koronavirus olduğuna inana bilmirdim. Düşünürdüm ki, maksimum, yüngülcə soyuqlamışam.
- İki gündən sonra sahə həkimi zəng edib dedi ki, məndə koronavirus müəyyən edilib. Sonra Gigiyena və Epidemiologiya Mərkəzinin epidemioloqu zəng etdi. Karantinə getməyə hazırlaşmağım üçün Təcili yardımdan da zəng edib xəbərdarlıq etdilər. Belə də oldu - skafandra bənzər xüsusi müdafiə kostyumunda olan həkimlər gəlib, məni Atletlər kəndinə apardı.
Qaynanama da virus keçmişdi
- İki gün vəziyyətim normal idi. Temperaturumu ölçdülər, yaxşı qidalandırdılar. Qayınanamı da gətirdilər, sonradan onda da koronavirus müəyyən edilmişdi. Qayınatamın test nəticələri isə mənfi çıxdı. Qayınanam özünü yaxşı hiss edirdi, temperaturu qalxmırdı.
İki gün qaldıqdan sonra vəziyyətim pisləşməyə başladı. Qoxubilmə hissim itdi. Özümlə gətirdiyim ətiri qoxuladım və heç nə hiss etmədim. Elə təəssürat yaranmışdı ki, sanki boğazım yanır və daxildən quruyur. Bu quruluq və istiliyi alnıma qədər hiss edirdim. Belə qeyri-adi və heç nəyə bənzəməyən hisslər idi. Quruluq ağzıma keçdi. İştaham küsdü, nə isə yeməyə özümü məcbur edirdim.
Sonra temperaturum kəskin yüksəldi: 39,2 dərəcəyə çatdı. Mənə kalsium-qlükonat və "Ringer" məhlulu olan sistem köçürdülər, həmçinin "C" vitamini inyeksiya edildi, ancaq yaxşılaşma olmadı. Temperatur elə yerindəcə qalırdı. "Parasetamol" qısamüddətli effekt verirdi.
Dördüncü gün, elə bil ki, ölürdüm. Sanki sinəmin və kürəyimin üstündə fil uzanmışdı - ağırlıq, təzyiq və ağrı hiss edirdim. Öskürür və ağır nəfəs alırdım. Ayaqlarım tutulmuşdu, normal gəzə bilmirdim - ayaqyoluna gedərkən dəhlizin ortasında yıxıldım. Qayınanam məni çətinliklə çarpayıya qədər sürüdü. Həkim çağırdılar.
Tibb işçiləri məni xəstəxanaya yerləşdirməyə qərar verdilər, çünki Atletlər kəndində müalicə aparılmırdı: yalnız karantin rejimi idi. Xəstəxanaya aparması üçün Təcili yardım maşınını gözləyirdik.
Bu saatlar mənim həyatımda ən uzun və ən ağrılı zaman idi. "Ayətəl-Kürsi"nin dualarını qoşdum, qayınanam isə fəryad edirdi ki, qız ölür, niyə bu qədər vaxta heç kim gəlmir. Altı saat sonra təcili yardım maşını gəldi və xərəkdə xəstəxanaya aparıldım.
Qəribədir ki, buna qədər mən heç qripə yoluxmamışdım, yalnız uşaqlıqda olmuşdu. Daha sonra həkimlər mənə dedilər ki, qripə nadir yoluxanlar koronavirusu daha ağır keçirir.
Müalicədə nələr edilirdi?
- Mənə sürətli infuziya sistemi etdilər və özümü daha yaxşı hiss edərək, gözlərimi açdım. Hətta axşam yemək yeyə bildim. Gündə üç dəfə növbə dəyişirdi. Hər dəfə növbəsinə yeni başlayan həkim yoxlamaya gəlirdi.
Kompüter tomoqrafiyası edildim, bu zaman ikitərəfli sətəlcəm aşkar olundu. Ağciyərlərimdə virus zədəsinin əlamətlərindən olan "tutqun şüşə" simptomu barədə danışırdılar. Bu, qeyri-spesifik radioloji simptomdur və alveol səviyyəsində ağciyər hüceyrəsində müxtəlif patoloji dəyişiklikləri əks etdirir. Yəni ağciyərlərim sətəlcəmdən tam təsirlənməyib, ancaq ocaqlar var idi.
Gündə üç dəfə inhalyasiya edilirdi. Bundan sonra həmişə yaxşı olurdum. Prosedur bronxlarımı açırdı. Öskürərkən bəlğəm tökülürdü.
Mədəmdəki problemləri nəzərə alaraq, bütün həblər venadaxili inyeksiya ilə əvəzləndi. Beləliklə, öskürək əleyhinə "Mukomusil", antibiotik "Lebel", mədə üçün preparat və multivitamin kompleksi ilə gündə dörd sistem təyin edildi.
Hər gün təzyiqim ölçülürdü. O, qeyri-sabitliyi ilə fərqlənirdi, məsələn, 110/100. Ürəyim ağrıyırdı, nəbzim dəqiqədə 120 dəfə vururdu.
Qanda oksigenin faizini göstərən saturasiya səviyyəsi məndə əvvəlcə 96 faiz göstərirdi (sağlam insanlarda bu göstərici 100 faizdir).
Xəstəxanada qaldığım ilk həftə boyunca hərarətim 38 dərəcə oldu.
Çox qayğıkeş və anlayışlı tibbi heyət barədə qeyd etmək istəyirəm. Daim tərlədiyim üçün sanitarlar xüsusi dezinfeksiyaedici vasitələrdən istifadə edərək, paltarlarımı yuyurdular.
14 gün xəstəxanada, iki gün kənddə və iki gün evdə yatdım. Ümumilikdə, 20 gün xəstə oldum. Analiz orqanizmimdə koronavirusun olmadığını göstərdikdən sonra evə buraxıldım. Xəstəxanada qalmağımın son günlərində keçdiyim rentgen qalıq sətəlcəm əlamətləri göstərdi, ancaq məni ocaqların evdə sorulacağına əmin etdilər.
Allaha şükür olsun ki, reanimasiyaya düşmədim, amma hər gün orada insanların, əsasən də xroniki xəstəlikləri olan yaşlı insanların öldüyünü seyr edirdim. Bu, çox qorxuncdur!
Kateqoriya: Sağlamlıq | Baxışlar: 998
Jun 18, 2020 8:48 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Metroda yoluxduguma eminem bu cox qorxunc xestelikdir Koronavirusdan sagalan xanim mualicesini bolusdu 35 yasli Aygun Elesgerovada koronavirus infeksiyasina yoluxma ikiterefli setelcemle basa catib Iki hefte tibbi muessisede qalan genc qadin xesteliyin nece baslamasi ve inkisaf etmesi haqqinda nedia Az a danisib b s b hemin musahibeden bezi meqamlari teqdim edir Bundan baslayim ki pandemiyanin en gur vaxtinda cox zeif immunitetim var idi Mesele burasindadir ki yanvar ayindan mede xorasi ve bagirsaq eroziyasindan mualice alirdim Neticede bedenim cox zeifledi buna gore de koronavirusa qarsi hessas oldum Pandemiya baslayandan ozunutecridde idim Iki aydan cox ise getmedim Supermarkete gedende respirator taxir ve sosial mesafeni saxlayirdim Izdihamin olmamasi ucun magazaya geceler gedirdim Operativ qerargahinin teleb ve tovsiyelerine tam riayet edirdim Ailemin diger uzvleri de eyni terzde hereket edirdiler men qayinanam ve qayinatamla birlikde yasayiram Metroda yoluxdugumu guman edirem Karantin tedbirleri yumsaldiqdan ve metro acildiqdan sonra qulaqliq almaq ucun seherin merkezine Nizami kucesine getdim Mene uygun gelmedi ertesi gun cihazi deyisdirmek ucun yeniden metro ile getdim Maska taxmisdim spirtden istifade edirdim Ancaq yoluxmagim ucun bu iki gun kifayet eledi Metro ile eve qayidanda artiq ilk narahatligi hiss etdim Maska ile bogulurdum isti idi uzum tamamile terlemisdi ozumu zeif hiss edirdim Eve gelenden sonra dehsetli basagrisi basladi Uzun muddetdir medemi mualice etdiyim ucun hetta bir sitramon hebi qebul etmekden de qorxurdum Agri cox dozulmez idi Agridan oleceyimi dusunurdum Seher bogazimda xosagelmez narahatliq hiss etdim Bogazim qiciqlanirdi temperaturum yukselmeye basladi Bogazimi soda duz mehlulu ile derhal qarqara etmediyim ucun cox teessuf edirem Axsam saatlarinda halim pislesdi Temperaturum 38 dereceye qalxdi Duzdur parasetamol qizdirmami muveqqeti salmaga komek etdi Tecili yardim masini cagirmali olduq o da uc saat sonra geldi Artiq gece yarisi idi Yaxma goturduler Demek olar ki hec yere getmediyim ucun son ana qeder koronavirus olduguna inana bilmirdim Dusunurdum ki maksimum yungulce soyuqlamisam Iki gunden sonra sahe hekimi zeng edib dedi ki mende koronavirus mueyyen edilib Sonra Gigiyena ve Epidemiologiya Merkezinin epidemioloqu zeng etdi Karantine getmeye hazirlasmagim ucun Tecili yardimdan da zeng edib xeberdarliq etdiler Bele de oldu skafandra benzer xususi mudafie kostyumunda olan hekimler gelib meni Atletler kendine apardi Qaynanama da virus kecmisdi Iki gun veziyyetim normal idi Temperaturumu olcduler yaxsi qidalandirdilar Qayinanami da getirdiler sonradan onda da koronavirus mueyyen edilmisdi Qayinatamin test neticeleri ise menfi cixdi Qayinanam ozunu yaxsi hiss edirdi temperaturu qalxmirdi Iki gun qaldiqdan sonra veziyyetim pislesmeye basladi Qoxubilme hissim itdi Ozumle getirdiyim etiri qoxuladim ve hec ne hiss etmedim Ele teessurat yaranmisdi ki sanki bogazim yanir ve daxilden quruyur Bu quruluq ve istiliyi alnima qeder hiss edirdim Bele qeyri adi ve hec neye benzemeyen hissler idi Quruluq agzima kecdi Istaham kusdu ne ise yemeye ozumu mecbur edirdim Sonra temperaturum keskin yukseldi 39 2 dereceye catdi Mene kalsium qlukonat ve Ringer mehlulu olan sistem kocurduler hemcinin C vitamini inyeksiya edildi ancaq yaxsilasma olmadi Temperatur ele yerindece qalirdi Parasetamol qisamuddetli effekt verirdi Dorduncu gun ele bil ki olurdum Sanki sinemin ve kureyimin ustunde fil uzanmisdi agirliq tezyiq ve agri hiss edirdim Oskurur ve agir nefes alirdim Ayaqlarim tutulmusdu normal geze bilmirdim ayaqyoluna gederken dehlizin ortasinda yixildim Qayinanam meni cetinlikle carpayiya qeder surudu Hekim cagirdilar Tibb iscileri meni xestexanaya yerlesdirmeye qerar verdiler cunki Atletler kendinde mualice aparilmirdi yalniz karantin rejimi idi Xestexanaya aparmasi ucun Tecili yardim masinini gozleyirdik Bu saatlar menim heyatimda en uzun ve en agrili zaman idi Ayetel Kursi nin dualarini qosdum qayinanam ise feryad edirdi ki qiz olur niye bu qeder vaxta hec kim gelmir Alti saat sonra tecili yardim masini geldi ve xerekde xestexanaya aparildim Qeribedir ki buna qeder men hec qripe yoluxmamisdim yalniz usaqliqda olmusdu Daha sonra hekimler mene dediler ki qripe nadir yoluxanlar koronavirusu daha agir kecirir Mualicede neler edilirdi Mene suretli infuziya sistemi etdiler ve ozumu daha yaxsi hiss ederek gozlerimi acdim Hetta axsam yemek yeye bildim Gunde uc defe novbe deyisirdi Her defe novbesine yeni baslayan hekim yoxlamaya gelirdi Komputer tomoqrafiyasi edildim bu zaman ikiterefli setelcem askar olundu Agciyerlerimde virus zedesinin elametlerinden olan tutqun suse simptomu barede danisirdilar Bu qeyri spesifik radioloji simptomdur ve alveol seviyyesinde agciyer huceyresinde muxtelif patoloji deyisiklikleri eks etdirir Yeni agciyerlerim setelcemden tam tesirlenmeyib ancaq ocaqlar var idi Gunde uc defe inhalyasiya edilirdi Bundan sonra hemise yaxsi olurdum Prosedur bronxlarimi acirdi Oskurerken belgem tokulurdu Medemdeki problemleri nezere alaraq butun hebler venadaxili inyeksiya ile evezlendi Belelikle oskurek eleyhine Mukomusil antibiotik Lebel mede ucun preparat ve multivitamin kompleksi ile gunde dord sistem teyin edildi Her gun tezyiqim olculurdu O qeyri sabitliyi ile ferqlenirdi meselen 110 100 Ureyim agriyirdi nebzim deqiqede 120 defe vururdu Qanda oksigenin faizini gosteren saturasiya seviyyesi mende evvelce 96 faiz gosterirdi saglam insanlarda bu gosterici 100 faizdir Xestexanada qaldigim ilk hefte boyunca heraretim 38 derece oldu Cox qaygikes ve anlayisli tibbi heyet barede qeyd etmek isteyirem Daim terlediyim ucun sanitarlar xususi dezinfeksiyaedici vasitelerden istifade ederek paltarlarimi yuyurdular 14 gun xestexanada iki gun kendde ve iki gun evde yatdim Umumilikde 20 gun xeste oldum Analiz orqanizmimde koronavirusun olmadigini gosterdikden sonra eve buraxildim Xestexanada qalmagimin son gunlerinde kecdiyim rentgen qaliq setelcem elametleri gosterdi ancaq meni ocaqlarin evde sorulacagina emin etdiler Allaha sukur olsun ki reanimasiyaya dusmedim amma her gun orada insanlarin esasen de xroniki xestelikleri olan yasli insanlarin olduyunu seyr edirdim Bu cox qorxuncdur