Professor: Allergik xəstəlikləri koronavirus infeksiyasından ayırd etmək vacibdir
Allergiya orqanizmin hər hansı bir maddəyə qarşı yüksək həssaslıqlı reaksiyasıdır. Adətən, allergiya özünü dəridə müxtəlif ölçüdə və formada səpkilər, qaşınma, immun sistemi tərəfindən zəiflik, selikli qişaların şişkinliyi ilə büruzə verə bilər.
www.NiNa.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin II uşaq xəstəlikləri kafedrasının professoru, əməkdar elm xadimi Amaliya Əyyubova bildirib. O qeyd edib ki, allergik xəstəliklər ilin bütün fəsillərində baş verə bilər. Lakin insan orqanizmindən asılı olaraq bəzi allergiyalar mövsümi xarakter daşıyır, əsasən yaz və payız aylarında qeydə alınır: "Bura pollinoz - bitkilərə qarşı həssaslıq, allergik rinit - məişət tozuna qarşı həssaslıq, bronxial astma, atopik bronxial astma, qida allergiyası və s. aiddir. Mövsümi allergiyalar təbiətdə baş verən dəyişiklərlə əlaqədar yaranır. El arasında "Bahar xəstəliyi" və yaxud "Bahar katarı" adlanan allergiya ağacların çiçək açdığı ərəfədə daha da fəallaşır. Xəstələrdə asqırma daha da güclənir, onların gözlərindən su axır, gözləri qızarır, qaşınır və şişir. Buna havada olan tozcuqlarla bərabər, yanaşı mövsümi qidalar da təsir edir. Nümunə üçün çiyələyi, gilası, əriyi, şaftalını, tutu və s. göstərmək olar. Allergenlər insan orqanizminə dəri, tənəffüs və mədə-bağırsaq traktı vasitəsilə keçir. Xəstəlik özünü dərhal - 20-30 dəqiqə ərzində, yaxud da 24-48 saat sonra büruzə verə bilər".
Professorun sözlərinə görə, allergik xəstəlikləri hazırda bütün dünyada yayılan koronavirus infeksiyasından ayırd etmək vacibdir: "Burada bizə düzgün toplanan anamnez kömək edir. Belə ki, allergik xəstəliklər irsən keçən xəstəliklərə aiddir. Xəstəlik birdən-birə başlayır, hərarət olmur. Çox vaxt xəstə və uşağın valideyni hər il xəstəliyin hansı vaxtda baş verəcəyini bilir. Məsələn, ağacların, çiçəklərin, güllərin çiçəklənmə vaxtı və s. Mövsümdən asılı olmayan ən çox yayılmış allergenlər ev tozudur. Onun əsas tərkibi gözlə görünməyən gənədir. Onları törətdiyi xəstəliklər - bronxial astma, atopik bronxial astma bütün ilboyu qeydə alınır".
Amaliya Əyyubova qeyd edib ki, pandemiya ilə əlaqədar aparılan sosial izolyasiya, karantin rejimi, evdə qalmaq müəyyən dərəcədə mövsümi allergiyadan əziyyət çəkənlərə kömək edir: "Evdə qalmaq xəstəliyin inkişafına və üzə çıxmasına maneə törədir. Bu ərəfədə allerqoloqlara müraciət xeyli azalıb. Əlbəttə, allergik xəstəliyi olan insanlar koronavirus infeksiyasına yoluxarlarsa, xəstəlik daha da ağırlaşar. Bunun nə ilə nəticələnəcəyini əvvəlcədən demək çətindir. Ona görə də məsləhət görürəm ki, allergik xəstəliklər başlayan zaman həkim-allerqoloqa müraciət etməyi unutmayın".
O, mövsümi allergiyadan qorunmaq üçün küləkli havada evdən çıxmamağı, evin, mənzilin pəncərələrinə ağcaqanad toru vurmağı və hər gün 1-2 dəfə onları yaş parça ilə silməyi, evdə tozsoran işlətməməyi, döşəmələri yaş parça ilə təmizləməyi, hansı qidaya qarşı həssaslıq hiss edilərsə, ondan ən azı 6 ay-1 il müddətinə uzaqlaşmağı və həkim-allerqoloqun məsləhətinə riayət etməyi məsləhət görüb.
Kateqoriya: Sağlamlıq | Baxışlar: 1031
Jun 17, 2020 6:38 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Professor Allergik xestelikleri koronavirus infeksiyasindan ayird etmek vacibdir Allergiya orqanizmin her hansi bir maddeye qarsi yuksek hessasliqli reaksiyasidir Adeten allergiya ozunu deride muxtelif olcude ve formada sepkiler qasinma immun sistemi terefinden zeiflik selikli qisalarin siskinliyi ile buruze vere biler b s b AZERTAC a istinaden xeber verir ki bunu Azerbaycan Tibb Universitetinin II usaq xestelikleri kafedrasinin professoru emekdar elm xadimi Amaliya Eyyubova bildirib O qeyd edib ki allergik xestelikler ilin butun fesillerinde bas vere biler Lakin insan orqanizminden asili olaraq bezi allergiyalar movsumi xarakter dasiyir esasen yaz ve payiz aylarinda qeyde alinir Bura pollinoz bitkilere qarsi hessasliq allergik rinit meiset tozuna qarsi hessasliq bronxial astma atopik bronxial astma qida allergiyasi ve s aiddir Movsumi allergiyalar tebietde bas veren deyisiklerle elaqedar yaranir El arasinda Bahar xesteliyi ve yaxud Bahar katari adlanan allergiya agaclarin cicek acdigi erefede daha da feallasir Xestelerde asqirma daha da guclenir onlarin gozlerinden su axir gozleri qizarir qasinir ve sisir Buna havada olan tozcuqlarla beraber yanasi movsumi qidalar da tesir edir Numune ucun ciyeleyi gilasi eriyi saftalini tutu ve s gostermek olar Allergenler insan orqanizmine deri teneffus ve mede bagirsaq trakti vasitesile kecir Xestelik ozunu derhal 20 30 deqiqe erzinde yaxud da 24 48 saat sonra buruze vere biler Professorun sozlerine gore allergik xestelikleri hazirda butun dunyada yayilan koronavirus infeksiyasindan ayird etmek vacibdir Burada bize duzgun toplanan anamnez komek edir Bele ki allergik xestelikler irsen kecen xesteliklere aiddir Xestelik birden bire baslayir heraret olmur Cox vaxt xeste ve usagin valideyni her il xesteliyin hansi vaxtda bas vereceyini bilir Meselen agaclarin ciceklerin gullerin ciceklenme vaxti ve s Movsumden asili olmayan en cox yayilmis allergenler ev tozudur Onun esas terkibi gozle gorunmeyen genedir Onlari toretdiyi xestelikler bronxial astma atopik bronxial astma butun ilboyu qeyde alinir Amaliya Eyyubova qeyd edib ki pandemiya ile elaqedar aparilan sosial izolyasiya karantin rejimi evde qalmaq mueyyen derecede movsumi allergiyadan eziyyet cekenlere komek edir Evde qalmaq xesteliyin inkisafina ve uze cixmasina manee toredir Bu erefede allerqoloqlara muraciet xeyli azalib Elbette allergik xesteliyi olan insanlar koronavirus infeksiyasina yoluxarlarsa xestelik daha da agirlasar Bunun ne ile neticeleneceyini evvelceden demek cetindir Ona gore de meslehet gorurem ki allergik xestelikler baslayan zaman hekim allerqoloqa muraciet etmeyi unutmayin O movsumi allergiyadan qorunmaq ucun kulekli havada evden cixmamagi evin menzilin pencerelerine agcaqanad toru vurmagi ve her gun 1 2 defe onlari yas parca ile silmeyi evde tozsoran isletmemeyi dosemeleri yas parca ile temizlemeyi hansi qidaya qarsi hessasliq hiss edilerse ondan en azi 6 ay 1 il muddetine uzaqlasmagi ve hekim allerqoloqun meslehetine riayet etmeyi meslehet gorub