Pandemiya dövründə qəbul edilən qidaların bioloji və qoruyuculuq xüsusiyyətlərinə xüsusi diqqət yetirilməlidir
Düzgün həyat tərzinin və faydalı qidalanmanın insan sağlamlığının ən vacib şərtlərindən biri olduğunu desək, yəqin ki, yanılmarıq. İndiki pandemiya dövründə virusa qalib gəlməkdə güclü immunitetin rolunu nəzərə alsaq, əminliklə deyə bilərik ki, qida rasionunun doğru seçilməsi xüsusi əhəmiyyətə malikdir.
www.NiNa.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Tibb Universitetinin qidalanma və kommunal gigiyena kafedrasının müdiri, dosent İbrahim Əhmədov insan orqanizmini mürəkkəb bir mexanizm kimi səciyyələndirərək onun istər qidaya, istər havaya, istərsə də suya tələbatının zamana uyğun olaraq dəyişdiyini deyib: "Bildiyiniz kimi, yay mövsümü insanlar üçün xüsusi əhəmiyyət kəsb edən bir dövrdür. Belə ki, həmin mövsümdə ətraf mühitdə temperaturun yüksəlməsi insan orqanizmində suya tələbatın artmasına, müqavimətin qismən azalmasına və iştahanın nisbətən zəifləməsinə səbəb olur. Pandemiya ilə əlaqədar, xüsusilə, sərt karantin rejimi dövründə əksər insanların adinamiya şəraitində, hərəkətsiz vəziyyətdə qalması, ətraf mühitdən təcrid olunması onların həyat tərzinə, psixologiyasına, maddələr mübadiləsinin normal fəaliyyətinə mənfi təsir göstərir. Elə bu səbəbdən də qidalanmada kifayət qədər ehtiyatlı olmalı, qidanın bioloji və qoruyuculuq xüsusiyyətlərinə xüsusi diqqət yetirilməlidir. Məlumdur ki, yay mövsümündə vitaminlərlə, mineral maddələrlə, üzvi turşularla zəngin olan meyvə və tərəvəzlərdən geniş istifadə olunur. Qidamızın bioloji xüsusiyyətlərinə fikir vermədiyimiz zaman unuduruq ki, orqanizmimizi vitaminlərlə və minerallarla zənginləşdirməklə yanaşı, müxtəlif xəstəliktörədici amillərlə də çirkləndiririk".
Onun sözlərinə görə, insanlar qidalanma rejimini də düzgün seçməlidirlər. Əgər buna fikir verilməzsə, bu, mədə-bağırsaq və maddələr mübadiləsinin pozulmasına səbəb ola bilər: "Adətən, yayda insanlar iştahalarının azaldığını deyirlər. Belə ki, bəzən insanlar hava isti olduğuna görə qida maddələrinə və enerjiyə tələbatın azaldığını düşünürlər. Yəni, orqanizmin, bədənin soyuq mövsümlərdə olduğu kimi istilik mübadiləsini tənzimləməyə, əlavə enerjiyə ehtiyacı qalmır. Lakin belə düşünmək doğru deyil. Çünki yay mövsümündə orqanizmdən kifayət qədər tər ifraz olunur ki, bu da enerjinin, mayenin, mineral duzların, vitaminlərin itkisinə, nəticədə isə bədəndə immunitetin zəifləməsinə gətirib çıxarır.
İnsan orqanizmi fərdi olaraq özü öz qidasını seçmək imkanlarına malikdir. Aydın məsələdir ki, insan payız-qış aylarında daha çox yağlı, doyumlu qidalara üstünlük verməyə çalışır. Ancaq yay mövsümündə bunlara meyil azalır. Ona görə də bu mövsümdə meyvə və tərəvəz məhsullarından istifadə etmək məsləhət görülür. Eyni zamanda, immun sistemini güclü vəziyyətdə saxlamaq üçün orqanizmə bədəndə sintez olunmayan amin turşuları da lazımdır. Bunlar süd, yumurta, ət, balıq məhsullarının tərkibində çox olduğundan bu məhsullardan da kombinasiya edilmiş şəkildə istifadə edilməlidir. Digər tərəfdən, insanlar qidanı rejimlə qəbul etməlidir. Eyni vaxtda qidalananda fizioloji olaraq mədə-bağırsaq sistemi, eləcə də sinir sistemi qidanın həzminə hazır olur, iştaha yaxşılaşır. Bu da sirr deyil ki, isti vaxtlarda iştaha çox zəngin yeməkləri yeməyə yol vermir və təbabətin bütün sahələrində çalışanların tövsiyələrinə əməl edən əksər insanlar axşamlar qida qəbul etmir və ya çox az qida qəbul edirlər. 35-40 dərəcə temperaturda nahar yeməyi zamanı hətta insan özünü nə qədər məcbur etsə də, doyumlu xörəkləri kifayət qədər qəbul etmək imkanı olmur. Axşam sərin düşəndə isə iştaha artır. Ona görə də heç qəbahət deyil ki, axşam yeməkləri doyumlu və kalorili olsun. Bunun üçün kombinasiyaları düzgün qurmaq lazımdır.
Yay mövsümündə səhər saat 06:00-09:00 və axşam saat 17:00-20:00 arası orqanizmin ultrabənövşəyi şüalarla da doydurulmasının vacibliyini vurğulayan mütəxəssis həmin müddətdə parkların, çimərliklərin, dəniz kənarının imkanlarından yararlanmağı tövsiyə edir: "İnsanların yay aylarında bioloji fəal maddələrə tələbatı yüksəlir. Xüsusilə də yaşlı insanlarda kalsiumun, D vitamininin çatışmazlığı hallarına rast gəlinir ki, bu da dayaq-hərəkət sistemi və sümük problemlərinin meydana çıxmasına səbəb olur. Buna görə də həmin vaxtlarda təbiət guşələrindən düzgün istifadə olunmalı, qidalanmada süd, kəsmik, qatığa üstünlük verilməlidir.
Onu da unutmamalıyıq ki, isti mövsümdə, xüsusilə yay aylarında insan orqanizmi gün ərzində tər vasitəsilə kifayət qədər maye itirir. Maye itkisi hesabına qanın qatılaşması nəticəsində mərkəzi sinir sisteminə gedən inferent reaksiya insanda susuzluq hissi yaradır və orqanizm suya olan tələbatını müxtəlif mayelərlə ödəməyə çalışır. İnsanlar çox zaman çiy suyun içilməsindən qorxduğuna görə qaynanmış sudan istifadə etməyə çalışırlar. Qaynanmış su isə maye tələbatını ödəsə də, orqanizmin minerallarla tələbatını ödəmir. Kobud ifadə etsək, bu suyu "ölü su" kimi qiymətləndirə bilərik. Bu mövsümdə maye tələbatının təkcə çayla, su ilə deyil, hazırda bol olan təbii meyvə şirələri, kompot, kisel ilə və s. ödəmək daha məqsədyönlü olar".
Qəbul edilən suyun qana, limfaya keçib orqanizmdə dövr etməsi və sorulması, beyində susuzluq hissiyyatının yatırılması üçün azı 20 dəqiqə vaxt tələb olunduğunu söyləyən İ.Əhmədov bərk susamış insanın təşnəsini öldürmək üçün ard-arda kifayət qədər bol maye qəbul etməsini məqbul saymır: "Bu həm sinir, həm də mədə-bağırsaq sisteminə çox ciddi təhlükədir. Ona görə də mayeləri sərin, otaq temperaturunda və az soyudulmuş halda, lakin az-az, qurtum-qurtum içmək daha faydalıdır. Belə olduqda yanğı hissiyyatı aradan qalxır, izafi maye qəbulundan qaçmaqla ürəyin, böyrəklərin, eləcə də mədə-bağırsaq sisteminin əlavə yükə düşməsinin qarşısı alınır. İnsan müxtəlif təhlükələrdən, ani baş verə biləcək maddələr mübadiləsi, mədə-bağırsaq pozulmalarından qorunur.
Deməli, biz yuxu, qidalanma, su, istirahət rejimini düzgün qurmaqla maddələr mübadiləsinin orqanizm üçün maksimal dərəcədə mənfəətli məsrəfinə şərait yarada bilərik. Sağlam həyat tərzi hesabına immunitetimiz də yüksək olar. Süd məhsullarının, tərəvəz və meyvələrin tərkibində olan üzvi turşular, fermentlər həm sinir sisteminin sakitləşməsinə, həm də mübadilənin yaxşılaşmasına kömək etməklə koronavirusa da asanlıqla müqavimət göstərməyimizə imkan yaradar. Yaz artıq arxada qalıb. Heç olmazsa, yayın imkanlarından məqsədyönlü istifadə etməyimiz sağlamlığımızın rəhni ola bilər".
Kateqoriya: Sağlamlıq | Baxışlar: 170
Jun 17, 2020 5:42 AM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Pandemiya dovrunde qebul edilen qidalarin bioloji ve qoruyuculuq xususiyyetlerine xususi diqqet yetirilmelidir Duzgun heyat terzinin ve faydali qidalanmanin insan saglamliginin en vacib sertlerinden biri oldugunu desek yeqin ki yanilmariq Indiki pandemiya dovrunde virusa qalib gelmekde guclu immunitetin rolunu nezere alsaq eminlikle deye bilerik ki qida rasionunun dogru secilmesi xususi ehemiyyete malikdir b s b AZERTAC a istinaden bildirir ki Azerbaycan Tibb Universitetinin qidalanma ve kommunal gigiyena kafedrasinin mudiri dosent Ibrahim Ehmedov insan orqanizmini murekkeb bir mexanizm kimi seciyyelendirerek onun ister qidaya ister havaya isterse de suya telebatinin zamana uygun olaraq deyisdiyini deyib Bildiyiniz kimi yay movsumu insanlar ucun xususi ehemiyyet kesb eden bir dovrdur Bele ki hemin movsumde etraf muhitde temperaturun yukselmesi insan orqanizminde suya telebatin artmasina muqavimetin qismen azalmasina ve istahanin nisbeten zeiflemesine sebeb olur Pandemiya ile elaqedar xususile sert karantin rejimi dovrunde ekser insanlarin adinamiya seraitinde hereketsiz veziyyetde qalmasi etraf muhitden tecrid olunmasi onlarin heyat terzine psixologiyasina maddeler mubadilesinin normal fealiyyetine menfi tesir gosterir Ele bu sebebden de qidalanmada kifayet qeder ehtiyatli olmali qidanin bioloji ve qoruyuculuq xususiyyetlerine xususi diqqet yetirilmelidir Melumdur ki yay movsumunde vitaminlerle mineral maddelerle uzvi tursularla zengin olan meyve ve terevezlerden genis istifade olunur Qidamizin bioloji xususiyyetlerine fikir vermediyimiz zaman unuduruq ki orqanizmimizi vitaminlerle ve minerallarla zenginlesdirmekle yanasi muxtelif xesteliktoredici amillerle de cirklendiririk Onun sozlerine gore insanlar qidalanma rejimini de duzgun secmelidirler Eger buna fikir verilmezse bu mede bagirsaq ve maddeler mubadilesinin pozulmasina sebeb ola biler Adeten yayda insanlar istahalarinin azaldigini deyirler Bele ki bezen insanlar hava isti olduguna gore qida maddelerine ve enerjiye telebatin azaldigini dusunurler Yeni orqanizmin bedenin soyuq movsumlerde oldugu kimi istilik mubadilesini tenzimlemeye elave enerjiye ehtiyaci qalmir Lakin bele dusunmek dogru deyil Cunki yay movsumunde orqanizmden kifayet qeder ter ifraz olunur ki bu da enerjinin mayenin mineral duzlarin vitaminlerin itkisine neticede ise bedende immunitetin zeiflemesine getirib cixarir Insan orqanizmi ferdi olaraq ozu oz qidasini secmek imkanlarina malikdir Aydin meseledir ki insan payiz qis aylarinda daha cox yagli doyumlu qidalara ustunluk vermeye calisir Ancaq yay movsumunde bunlara meyil azalir Ona gore de bu movsumde meyve ve terevez mehsullarindan istifade etmek meslehet gorulur Eyni zamanda immun sistemini guclu veziyyetde saxlamaq ucun orqanizme bedende sintez olunmayan amin tursulari da lazimdir Bunlar sud yumurta et baliq mehsullarinin terkibinde cox oldugundan bu mehsullardan da kombinasiya edilmis sekilde istifade edilmelidir Diger terefden insanlar qidani rejimle qebul etmelidir Eyni vaxtda qidalananda fizioloji olaraq mede bagirsaq sistemi elece de sinir sistemi qidanin hezmine hazir olur istaha yaxsilasir Bu da sirr deyil ki isti vaxtlarda istaha cox zengin yemekleri yemeye yol vermir ve tebabetin butun sahelerinde calisanlarin tovsiyelerine emel eden ekser insanlar axsamlar qida qebul etmir ve ya cox az qida qebul edirler 35 40 derece temperaturda nahar yemeyi zamani hetta insan ozunu ne qeder mecbur etse de doyumlu xorekleri kifayet qeder qebul etmek imkani olmur Axsam serin dusende ise istaha artir Ona gore de hec qebahet deyil ki axsam yemekleri doyumlu ve kalorili olsun Bunun ucun kombinasiyalari duzgun qurmaq lazimdir Yay movsumunde seher saat 06 00 09 00 ve axsam saat 17 00 20 00 arasi orqanizmin ultrabenovseyi sualarla da doydurulmasinin vacibliyini vurgulayan mutexessis hemin muddetde parklarin cimerliklerin deniz kenarinin imkanlarindan yararlanmagi tovsiye edir Insanlarin yay aylarinda bioloji feal maddelere telebati yukselir Xususile de yasli insanlarda kalsiumun D vitamininin catismazligi hallarina rast gelinir ki bu da dayaq hereket sistemi ve sumuk problemlerinin meydana cixmasina sebeb olur Buna gore de hemin vaxtlarda tebiet guselerinden duzgun istifade olunmali qidalanmada sud kesmik qatiga ustunluk verilmelidir Onu da unutmamaliyiq ki isti movsumde xususile yay aylarinda insan orqanizmi gun erzinde ter vasitesile kifayet qeder maye itirir Maye itkisi hesabina qanin qatilasmasi neticesinde merkezi sinir sistemine geden inferent reaksiya insanda susuzluq hissi yaradir ve orqanizm suya olan telebatini muxtelif mayelerle odemeye calisir Insanlar cox zaman ciy suyun icilmesinden qorxduguna gore qaynanmis sudan istifade etmeye calisirlar Qaynanmis su ise maye telebatini odese de orqanizmin minerallarla telebatini odemir Kobud ifade etsek bu suyu olu su kimi qiymetlendire bilerik Bu movsumde maye telebatinin tekce cayla su ile deyil hazirda bol olan tebii meyve sireleri kompot kisel ile ve s odemek daha meqsedyonlu olar Qebul edilen suyun qana limfaya kecib orqanizmde dovr etmesi ve sorulmasi beyinde susuzluq hissiyyatinin yatirilmasi ucun azi 20 deqiqe vaxt teleb olundugunu soyleyen I Ehmedov berk susamis insanin tesnesini oldurmek ucun ard arda kifayet qeder bol maye qebul etmesini meqbul saymir Bu hem sinir hem de mede bagirsaq sistemine cox ciddi tehlukedir Ona gore de mayeleri serin otaq temperaturunda ve az soyudulmus halda lakin az az qurtum qurtum icmek daha faydalidir Bele olduqda yangi hissiyyati aradan qalxir izafi maye qebulundan qacmaqla ureyin boyreklerin elece de mede bagirsaq sisteminin elave yuke dusmesinin qarsisi alinir Insan muxtelif tehlukelerden ani bas vere bilecek maddeler mubadilesi mede bagirsaq pozulmalarindan qorunur Demeli biz yuxu qidalanma su istirahet rejimini duzgun qurmaqla maddeler mubadilesinin orqanizm ucun maksimal derecede menfeetli mesrefine serait yarada bilerik Saglam heyat terzi hesabina immunitetimiz de yuksek olar Sud mehsullarinin terevez ve meyvelerin terkibinde olan uzvi tursular fermentler hem sinir sisteminin sakitlesmesine hem de mubadilenin yaxsilasmasina komek etmekle koronavirusa da asanliqla muqavimet gostermeyimize imkan yaradar Yaz artiq arxada qalib Hec olmazsa yayin imkanlarindan meqsedyonlu istifade etmeyimiz saglamligimizin rehni ola biler