Meyitdən və canlı donordan hansı orqan və toxumalar transplantasiya oluna bilər?
Azərbaycanda transplantasiya obyekti olan orqan və toxumaların siyahısı müəyyənləşir.
www.NiNa.Az APA-ya istinasən xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsində müzakirəyə çıxarılacaq "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun layihəsində siyahı öz əksini tapıb.
Layihəyə əsasən, meyit donordan transplantasiya məqsədilə ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi, mədə, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası, kök hüceyrələr və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər orqan və toxumalar götürülə bilər.
Eyni zamanda canlı donordan transplantasiya məqsədilə yalnız böyrəyin biri, ağciyərin bir payı, qaraciyərin bir hissəsi, mədəaltı vəzin bir hissəsi, nazik bağırsağın bir hissəsi, dərinin bir hissəsi, sümük iliyi, kök hüceyrələr götürülə bilər.
Həmçinin, layihədə qeyd edilib ki, Azərbaycan Respublikasında ksenotransplantasiya (elmi-tədqiqat işləri istisna olmaqla) qadağandır.
Qanun layihəsinə, əsasən, donor orqanın götürülməsini və transplantasiyasını həyata keçirən tibb müəssisələri də müəyyən edilib. Layihəyə əsasən, canlı donordan, yaxud meyit donordan donor orqanın götürülməsi, hazırlanması (konservasiyası), saxlanması, daşınması, transplantasiyası, ölkəyə gətirilməsi və ölkədən çıxarılması yalnız bu fəaliyyətlə məşğul olmağa lisenziyası olan tibb müəssisələri tərəfindən həyata keçirilir.
Orqanların götürülməsi, hazırlanması (konservasiyası) və saxlanması qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Transplantasiyanın qaydaları və şərtləri isə aşağıdakı kimidir:
- Transplantasiya tibbi göstəriş əsasında cərrahiyyə əməliyyatı qaydalarına riayət etməklə aparılır.
- Transplantasiyanın qaydaları və şərtləri, onun həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Kateqoriya: Sağlamlıq | Baxışlar: 550
Jun 13, 2020 7:56 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Meyitden ve canli donordan hansi orqan ve toxumalar transplantasiya oluna biler Azerbaycanda transplantasiya obyekti olan orqan ve toxumalarin siyahisi mueyyenlesir b s b APA ya istinasen xeber verir ki Milli Meclisin Sehiyye komitesinde muzakireye cixarilacaq Insan orqan ve toxumalarinin donorlugu ve transplantasiyasi haqqinda qanun layihesinde siyahi oz eksini tapib Layiheye esasen meyit donordan transplantasiya meqsedile urek agciyer urek agciyer kompleksi boyrekler qaraciyer medealti vezi mede bagirsaqlar usaqliq yuxari ve asagi etraflar sumukler deri fassiya ezele kompleksi ve onlarin seqmentleri sumuk iliyi gozun buynuz qisasi kok huceyreler ve siyahisi muvafiq icra hakimiyyeti orqani terefinden mueyyen edilen diger orqan ve toxumalar goturule biler Eyni zamanda canli donordan transplantasiya meqsedile yalniz boyreyin biri agciyerin bir payi qaraciyerin bir hissesi medealti vezin bir hissesi nazik bagirsagin bir hissesi derinin bir hissesi sumuk iliyi kok huceyreler goturule biler Hemcinin layihede qeyd edilib ki Azerbaycan Respublikasinda ksenotransplantasiya elmi tedqiqat isleri istisna olmaqla qadagandir Qanun layihesine esasen donor orqanin goturulmesini ve transplantasiyasini heyata keciren tibb muessiseleri de mueyyen edilib Layiheye esasen canli donordan yaxud meyit donordan donor orqanin goturulmesi hazirlanmasi konservasiyasi saxlanmasi dasinmasi transplantasiyasi olkeye getirilmesi ve olkeden cixarilmasi yalniz bu fealiyyetle mesgul olmaga lisenziyasi olan tibb muessiseleri terefinden heyata kecirilir Orqanlarin goturulmesi hazirlanmasi konservasiyasi ve saxlanmasi qaydalari muvafiq icra hakimiyyeti orqaninin mueyyen etdiyi orqan qurum terefinden mueyyen edilir Transplantasiyanin qaydalari ve sertleri ise asagidaki kimidir Transplantasiya tibbi gosteris esasinda cerrahiyye emeliyyati qaydalarina riayet etmekle aparilir Transplantasiyanin qaydalari ve sertleri onun heyata kecirildiyi ixtisaslasdirilmis tibb muessiselerinin siyahisi muvafiq icra hakimiyyeti orqaninin mueyyen etdiyi orqan qurum terefinden mueyyen edilir