Palma yağından istifadə edilməsi piylənmə və xroniki xəstəliklərin inkişafına səbəb olur
İndoneziya, Malayziya, Braziliya və Afrika ölkələrində yetişən palma ağacının meyvəsindən hazırlanan yağ ən ucuz bitki yağıdır. Elə buna görə də onun istifadə arealı durmadan artır. Dünyada il ərzində 50 milyon ton civarında palma yağı istehsal edilir. Yağ meyvənin həm tumundan, həm də gövdəsindən hazırlanır. Daha təhlükəli hesab olunan meyvənin gövdəsindən hazırlanan yağ ümumi palma yağının 55 faizini təşkil edir.
www.NiNa.Az AZƏRTAC-a istinadən bildirir ki, bir sıra hazır yeməklərin, şirniyyat və yarımfabrikantların hazırlanmasında palma yağından geniş istifadə olunur. Onun əhatə dairəsi təkcə qida sənayesi ilə məhdudlaşmır. Kosmetik vasitələrdən tutmuş bir çox təmizlik vasitələrinin istehsalına qədər həmin yağdan istifadə edilir.
Onu da deyək ki, inqridiyentlər sırasında palma yağı 200-dək alternativ ad altında göstərilə bilər. Məsələn, bitki yağı kimi. Bitki yağı o halda az zərərli hesab edilir ki, tərkibində doymuş yağların faizi az olsun. Mütəxəssislərin dediyinə görə, digər bitki yağları ilə müqayisədə palma yağının tərkibində doymuş yağların miqdarı xeyli yüksəkdir.
Ümumdünya Səhiyyə Təşkilatı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) palma yağından istifadənin zərərləri ilə əlaqədar xəbərdarlıq edib. Doğrudur, palma yağının A, E, D vitaminləri ilə zəngin olduğunu da deyirlər. Onun tərkibində olan lütein görmə qabiliyyətini yaxşılaşdırır, eyni zamanda beynin inkişafına da yaxşı təsir göstərir. Lakin bu müsbət tərəfləri ilə yanaşı, zərərli cəhətləri də kifayət qədərdir. Aparılan təcrübə zamanı müəyyən edilib ki, palma yağı ilə qızdırılmış qida ilə yemlənən siçanlarda altı ay ərzində ürək xəstəlikləri əlamətləri müşahidə olunur.
Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri hesab edirlər ki, palma yağından istifadə piylənmə və xroniki xəstəliklərin inkişafına səbəb olur. Ekspertlərin apardığı təhlillər zamanı məlum olub ki, dünyanın 23 ölkəsində palma yağının istehlakı ilə işemik ürək xəstəliklərinin artması arasında əlaqə var.
Həkimlərin dediyinə görə, palma yağı orqanizmdə tam sorulmur, toxumalarda toplanır və bu, metabolik pozğunluq yaradır. Onun piylənmə vermədiyi və çəki azaltdığı barədə deyilənlər həqiqətəuyğun deyil. Təcrübə göstərir ki, əksinə, ondan istifadə çəki artımına səbəb olur. Çəkinin artması isə bir sıra xəstəliklərin yaranmasının başlanğıcıdır.
Maraqlıdır ki, bütün zərərli xüsusiyyətlərinə baxmayaraq, dünyada palma yağının istehsalı və istehlakı durmadan artır. Məsələn, 1995-ci ildən 2017-ci ilədək dünyada onun istehlakında dörd dəfə artım qeydə alınıb.
Kateqoriya: Sağlamlıq | Baxışlar: 438
Jun 10, 2020 7:37 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Palma yagindan istifade edilmesi piylenme ve xroniki xesteliklerin inkisafina sebeb olur Indoneziya Malayziya Braziliya ve Afrika olkelerinde yetisen palma agacinin meyvesinden hazirlanan yag en ucuz bitki yagidir Ele buna gore de onun istifade areali durmadan artir Dunyada il erzinde 50 milyon ton civarinda palma yagi istehsal edilir Yag meyvenin hem tumundan hem de govdesinden hazirlanir Daha tehlukeli hesab olunan meyvenin govdesinden hazirlanan yag umumi palma yaginin 55 faizini teskil edir b s b AZERTAC a istinaden bildirir ki bir sira hazir yemeklerin sirniyyat ve yarimfabrikantlarin hazirlanmasinda palma yagindan genis istifade olunur Onun ehate dairesi tekce qida senayesi ile mehdudlasmir Kosmetik vasitelerden tutmus bir cox temizlik vasitelerinin istehsalina qeder hemin yagdan istifade edilir Onu da deyek ki inqridiyentler sirasinda palma yagi 200 dek alternativ ad altinda gosterile biler Meselen bitki yagi kimi Bitki yagi o halda az zererli hesab edilir ki terkibinde doymus yaglarin faizi az olsun Mutexessislerin dediyine gore diger bitki yaglari ile muqayisede palma yaginin terkibinde doymus yaglarin miqdari xeyli yuksekdir Umumdunya Sehiyye Teskilati ve BMT nin Erzaq ve Kend Teserrufati Teskilati FAO palma yagindan istifadenin zererleri ile elaqedar xeberdarliq edib Dogrudur palma yaginin A E D vitaminleri ile zengin oldugunu da deyirler Onun terkibinde olan lutein gorme qabiliyyetini yaxsilasdirir eyni zamanda beynin inkisafina da yaxsi tesir gosterir Lakin bu musbet terefleri ile yanasi zererli cehetleri de kifayet qederdir Aparilan tecrube zamani mueyyen edilib ki palma yagi ile qizdirilmis qida ile yemlenen sicanlarda alti ay erzinde urek xestelikleri elametleri musahide olunur Umumdunya Sehiyye Teskilatinin mutexessisleri hesab edirler ki palma yagindan istifade piylenme ve xroniki xesteliklerin inkisafina sebeb olur Ekspertlerin apardigi tehliller zamani melum olub ki dunyanin 23 olkesinde palma yaginin istehlaki ile isemik urek xesteliklerinin artmasi arasinda elaqe var Hekimlerin dediyine gore palma yagi orqanizmde tam sorulmur toxumalarda toplanir ve bu metabolik pozgunluq yaradir Onun piylenme vermediyi ve ceki azaltdigi barede deyilenler heqiqeteuygun deyil Tecrube gosterir ki eksine ondan istifade ceki artimina sebeb olur Cekinin artmasi ise bir sira xesteliklerin yaranmasinin baslangicidir Maraqlidir ki butun zererli xususiyyetlerine baxmayaraq dunyada palma yaginin istehsali ve istehlaki durmadan artir Meselen 1995 ci ilden 2017 ci iledek dunyada onun istehlakinda dord defe artim qeyde alinib