Koronavirusa qarşı vaksin daimi immunitet yaratmaya bilər
İnfeksiyanın gələcəkdə mümkün mutasiyası ehtimalına görə koronavirus əleyhinə potensial peyvənd COVID-19 xəstəliyinə qarşı daimi immunitet yaratmaya bilər.
www.NiNa.Az AZƏRTAC-a istinadən bildirir ki, bu ehtimalı ABŞ-ın Milli Allergiya və İnfeksiya Xəstəlikləri İnstitutunun direktoru Entoni Fauçi səsləndirib.
"Əgər COVID infeksiyası özünü digər koronaviruslar kimi aparsa, çox güman ki, immunitet uzun müddət davam etməyəcək", - deyə Entoni Fauçi bildirib. Onun sözlərinə görə, koronavirusa qarşı vaksin adətən 3-6 ay ərzində və demək olar ki, bir ildən az müddətdə effektiv olur.
Alimlərin bir hissəsi isə bu məsələyə optimist yanaşır. Onlar hesab edirlər ki, virusun mutasiyası əhəmiyyətli dərəcədə deyil və hazırlanan vaksinlər həm koronavirusun hazırda mövcud olan, həm də gələcəkdə uğrayacağı mutasiyalara qarşı səmərəli olacaq.
"Bu virus, məsələn, qrip infeksiyası qədər mutasiyaya uğramır. Ümid edək ki, SARS-CoV-2 vaksini azı bir neçə mövsüm ərzində effektivliyini saxlayacaq", - deyə Kanzas Universitetinin professoru, virusoloq Brendon Dekoski bildirib.
Qeyd edək ki, koronavirusa qarşı Çində hazırlanan peyvənd bu ilin sonlarında bazara çıxa bilər.
Kateqoriya: Sağlamlıq | Baxışlar: 365
Jun 5, 2020 3:49 AM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Koronavirusa qarsi vaksin daimi immunitet yaratmaya biler Infeksiyanin gelecekde mumkun mutasiyasi ehtimalina gore koronavirus eleyhine potensial peyvend COVID 19 xesteliyine qarsi daimi immunitet yaratmaya biler b s b AZERTAC a istinaden bildirir ki bu ehtimali ABS in Milli Allergiya ve Infeksiya Xestelikleri Institutunun direktoru Entoni Fauci seslendirib Eger COVID infeksiyasi ozunu diger koronaviruslar kimi aparsa cox guman ki immunitet uzun muddet davam etmeyecek deye Entoni Fauci bildirib Onun sozlerine gore koronavirusa qarsi vaksin adeten 3 6 ay erzinde ve demek olar ki bir ilden az muddetde effektiv olur Alimlerin bir hissesi ise bu meseleye optimist yanasir Onlar hesab edirler ki virusun mutasiyasi ehemiyyetli derecede deyil ve hazirlanan vaksinler hem koronavirusun hazirda movcud olan hem de gelecekde ugrayacagi mutasiyalara qarsi semereli olacaq Bu virus meselen qrip infeksiyasi qeder mutasiyaya ugramir Umid edek ki SARS CoV 2 vaksini azi bir nece movsum erzinde effektivliyini saxlayacaq deye Kanzas Universitetinin professoru virusoloq Brendon Dekoski bildirib Qeyd edek ki koronavirusa qarsi Cinde hazirlanan peyvend bu ilin sonlarinda bazara cixa biler