"Atmosferdə ozon konsentrasiyasının azalması Devon dövründə canlıların nəslinin kəsilməsinə səbəb olub"
Paleontoloqların fikrincə, Devon dövründə Yer üzündə dənizdə yaşayan canlı növlərinin 75 faizinin, dəniz onurğalılarının 97 faizinin nəslinin kəsilməsi atmosferdə ozon konsentrasiyasının kəskin azalması səbəbindən baş verə bilərdi. Bu barədə məlumat "Science Advances" nəşrində dərc edilən məqalədə yer alıb.
www.NiNa.Az AZƏRTAC-a istinadən bildirir ki, Southempton Universitetinin (Böyük Britaniya) professoru Con Marşallın fikrincə, ozon təbəqəsi həmin dövrdə bir müddət yoxa çıxıb ki, bu da iqlimin kəskin istiləşməsi vaxtı ilə üst-üstə düşür. Alim deyib: "Bizə çoxdan məlumdur ki, ozon təbəqəsinin qalınlığı və vəziyyəti müxtəlif amillər, o cümlədən vulkan püskürməsi nəticəsində kəskin dəyişə bilər. Kəşfimiz göstərir ki, bu, müvafiq katalizatorların təsiri olmadan da baş verə bilərdi".
Tədqiqatçıların fikrincə, Yer planetində altı dəfə canlıların nəslinin kəsilməsi hadisəsi baş verib. Onlardan sonuncusu təqribən 65,5 milyon il əvvəl olub ki, nəticədə dinozavrlar, habelə digər nəhəng quru və dəniz sürünənləri yoxa çıxıb. Bu qəbildən ikinci hadisə təqribən 359 milyon il əvvəl - Devon dövrünün sonunda baş verib. Həmin vaxt planetdən bütün heyvan və bitki növlərinin 50 faizi və fəsilələrin təqribən 15 faizi yoxa çıxıb. Nəhəng heyvanlar, o cümlədən trilobitlər, dəniz əqrəbləri, habelə çənəsiz və zirehli balıqlar bundan daha çox əziyyət çəkib.
Bəzi alimlər Devon dövründə canlıların nəslinin kəsilməsi hadisəsini Yer üzünə nəhəng asteroidin düşməsi, digərləri mağmanın axması və ya okean sularında oksigenin miqdarının kəskin azalması ilə əlaqələndirirlər.
Britaniya paleontoloqları suala tamamilə başqa cavab veriblər. Onlar Qrenlandiyanın şərq sahillərində iki gölün dibində Devon dövrünün sonuna aid çöküntüləri tədqiq ediblər. Devon dövründə Qrenlandiya planetin cənub yarımkürəsində yerləşib və müasir Avropa ilə Şimali Amerikanı birləşdirən nəhəng qitənin bir hissəsi olub. Bu göllərin dibində daşlaşmış çöküntüləri öyrənən alimlər vaxtilə Qrenlandiyada hansı iqlimin üstünlük təşkil etdiyini və onun dəyişməsinin kütləvi yoxa çıxmanın başlanğıcı ilə bağlı olub-olmadığını müəyyənləşdirməyə çalışıblar. Bu axtarışlar nəticəsində Yer üzündə sadə primitiv plaunların və digər quru bitkilərinin sporları aşkarlanıb. Onların əksəriyyəti qeyri-adi şəkildə zədələnib.
Paleontoloqların fikrincə, bu deformasiyalar ultrabənövşəyi şüalanma ilə bağlıdır. Kütləvi şəkildə bu cür zədələnmələr ona göstərir ki, təqribən 359 milyon il əvvəl ozon təbəqəsi, demək olar, tamamilə yoxa çıxıb və heç də tezliklə bərpa edilməyib.
Qrenlandiyanın qədim göllərinin dibindəki çöküntülər, habelə vaxtilə planetin cənub qütb dairəsi yaxınlığında yerləşmiş Titikaka gölü sahilindəki arxeoloji qazıntılar nəticəsində əldə edilən tapıntıların analizləri göstərir ki, daha öncə planetin iqlimi kəskin istiləşib. Alimlər güman edirlər ki, atmosferdən ozonun yoxa çıxmasının hərəkətverici amillərindən biri qlobal istiləşmə olub, bu səbəbdən də su buxarı və xlor birləşmələri ozon təbəqəsinin yerləşdiyi stratosferə düşə bilərdi.
Alimlərin fikrincə, asteroid düşməsi və ya vulkan püskürmələri deyil, məhz ozon təbəqəsinin itməsi Devon dövrü dənizlərinin flora və faunasının mühüm hissəsinin məhvinə səbəb olub. Ultrabənövşəyi şüaların nüfuz edə biləcəyi, Yer üzündə iqlim dəyişmələrinin daha çox təsir etdiyi dayaz sularda və ya okeanın səthində yaşayan heyvanların və bitkilərin məhv olması da bunu göstərir.
"Klimatoloqların cari qiymətləndirmələrinə görə, Yer üzündə 360 milyon il əvvəl üçün səciyyəvi olan iqlimə təqribən yaxın 100 ildə çatmaq mümkündür. Nəticədə ozon təbəqəsinin analoji dağılması baş verə bilər və qlobal istiləşmə qurunun bütün flora və faunası, habelə dayaz sularda yaşayanlar üçün qlobal fəlakətə çevrilə bilər", - Con Marşall fikrini yekunlaşdırıb.
Kateqoriya: Elm | Baxışlar: 772
Jun 1, 2020 8:36 AM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Atmosferde ozon konsentrasiyasinin azalmasi Devon dovrunde canlilarin neslinin kesilmesine sebeb olub b Paleontoloqlarin fikrince Devon dovrunde Yer uzunde denizde yasayan canli novlerinin 75 faizinin deniz onurgalilarinin 97 faizinin neslinin kesilmesi atmosferde ozon konsentrasiyasinin keskin azalmasi sebebinden bas vere bilerdi Bu barede melumat Science Advances nesrinde derc edilen meqalede yer alib b b s b AZERTAC a istinaden bildirir ki Southempton Universitetinin Boyuk Britaniya professoru Con Marsallin fikrince ozon tebeqesi hemin dovrde bir muddet yoxa cixib ki bu da iqlimin keskin istilesmesi vaxti ile ust uste dusur Alim deyib Bize coxdan melumdur ki ozon tebeqesinin qalinligi ve veziyyeti muxtelif amiller o cumleden vulkan puskurmesi neticesinde keskin deyise biler Kesfimiz gosterir ki bu muvafiq katalizatorlarin tesiri olmadan da bas vere bilerdi Tedqiqatcilarin fikrince Yer planetinde alti defe canlilarin neslinin kesilmesi hadisesi bas verib Onlardan sonuncusu teqriben 65 5 milyon il evvel olub ki neticede dinozavrlar habele diger neheng quru ve deniz surunenleri yoxa cixib Bu qebilden ikinci hadise teqriben 359 milyon il evvel Devon dovrunun sonunda bas verib Hemin vaxt planetden butun heyvan ve bitki novlerinin 50 faizi ve fesilelerin teqriben 15 faizi yoxa cixib Neheng heyvanlar o cumleden trilobitler deniz eqrebleri habele cenesiz ve zirehli baliqlar bundan daha cox eziyyet cekib Bezi alimler Devon dovrunde canlilarin neslinin kesilmesi hadisesini Yer uzune neheng asteroidin dusmesi digerleri magmanin axmasi ve ya okean sularinda oksigenin miqdarinin keskin azalmasi ile elaqelendirirler Britaniya paleontoloqlari suala tamamile basqa cavab veribler Onlar Qrenlandiyanin serq sahillerinde iki golun dibinde Devon dovrunun sonuna aid cokuntuleri tedqiq edibler Devon dovrunde Qrenlandiya planetin cenub yarimkuresinde yerlesib ve muasir Avropa ile Simali Amerikani birlesdiren neheng qitenin bir hissesi olub Bu gollerin dibinde daslasmis cokuntuleri oyrenen alimler vaxtile Qrenlandiyada hansi iqlimin ustunluk teskil etdiyini ve onun deyismesinin kutlevi yoxa cixmanin baslangici ile bagli olub olmadigini mueyyenlesdirmeye calisiblar Bu axtarislar neticesinde Yer uzunde sade primitiv plaunlarin ve diger quru bitkilerinin sporlari askarlanib Onlarin ekseriyyeti qeyri adi sekilde zedelenib Paleontoloqlarin fikrince bu deformasiyalar ultrabenovseyi sualanma ile baglidir Kutlevi sekilde bu cur zedelenmeler ona gosterir ki teqriben 359 milyon il evvel ozon tebeqesi demek olar tamamile yoxa cixib ve hec de tezlikle berpa edilmeyib Qrenlandiyanin qedim gollerinin dibindeki cokuntuler habele vaxtile planetin cenub qutb dairesi yaxinliginda yerlesmis Titikaka golu sahilindeki arxeoloji qazintilar neticesinde elde edilen tapintilarin analizleri gosterir ki daha once planetin iqlimi keskin istilesib Alimler guman edirler ki atmosferden ozonun yoxa cixmasinin hereketverici amillerinden biri qlobal istilesme olub bu sebebden de su buxari ve xlor birlesmeleri ozon tebeqesinin yerlesdiyi stratosfere duse bilerdi Alimlerin fikrince asteroid dusmesi ve ya vulkan puskurmeleri deyil mehz ozon tebeqesinin itmesi Devon dovru denizlerinin flora ve faunasinin muhum hissesinin mehvine sebeb olub Ultrabenovseyi sualarin nufuz ede bileceyi Yer uzunde iqlim deyismelerinin daha cox tesir etdiyi dayaz sularda ve ya okeanin sethinde yasayan heyvanlarin ve bitkilerin mehv olmasi da bunu gosterir Klimatoloqlarin cari qiymetlendirmelerine gore Yer uzunde 360 milyon il evvel ucun seciyyevi olan iqlime teqriben yaxin 100 ilde catmaq mumkundur Neticede ozon tebeqesinin analoji dagilmasi bas vere biler ve qlobal istilesme qurunun butun flora ve faunasi habele dayaz sularda yasayanlar ucun qlobal felakete cevrile biler Con Marsall fikrini yekunlasdirib