On nəfərdən 3-də bu xəstəlik var: İnsanların çoxu təhlükədən xəbərsizdir
Dünyada 1,5 milyard insanın hipertoniyadan əziyyət çəkdiyi bildirilir. Onların təxminən yarısının öz xəstəliyindən xəbərsiz olduqlarını nəzərə alaraq bu gün əhali xəstəliklə mübarizədə profilaktik tədbirlərə cəlb olunur, diaqnostika və müalicəyə dair məlumatlandırılır.
Yüksək təzyiq sistolik arterial təzyiqin 140-dan, diastolik arterial təzyiqin isə 90 millimetr civə sütunundan yuxarı qalxmasıdır. Adətən yüksək təzyiqin 95 faizi essensial hipertenziyanın, yəni hipertoniyanın payına düşür, qalan 5 faizi isə simptomatik hipertenziya təşkil edir. Hipertoniya ən çox rast gəlinən, bir çox fəsadlara səbəb olan xroniki xəstəlikdir, dünyada ölümlərin və əlilliklərin əsas səbəblərindən hesab olunur.
Məlumatlara görə, dünyada hər on nəfərdən 3-də yüksək təzyiq var. Onların yalnız yarısının bundan xəbəri olur, olanlar isə çox zaman buna qarşı tədbir görmür, davamlı müalicələr almırlar. Yüksək təzyiq uzun zaman heç bir əlamət vermədən ürək, qan-damar sistemi, beyin, böyrəklər kimi həyati əhəmiyyətli orqanlarda fəsadlar yarada bilir. Ona görə də onu çox zaman "səssiz düşmən" adlandırırlar.
Amma hipertoniyanın əsas əlamətləri halsızlıq, yorğunluq, baş ağrısı, başgicəllənmə, burun qanaması, görmədə pozğunluq, nəfəs almada çətinlik, yerimədə, pilləkən qalxmada çətinlik, tez-tez sidiyə getmə-əsasən də gecələr bu halın baş verməsi, ayaqlarda şişkinlik və s. sayılır.
Yüksək təzyiqi olanların daim həkim nəzarətində olmaları, təyin olunan dərmanları vaxtlı-vaxtında qəbul etmələri, sağlam qidalanmaları, artıq çəkidən qorunmaları, duz qəbulunu azaltmaları, fiziki aktivliyi artırmaları, təzyiqlərini daim nəzarətdə saxlamaları tövsiyə olunur.
Təzyiqi olmayanlar isə ən azı ildə bir dəfə təzyiqlərini ölçməlidirlər.
Kateqoriya: Sağlamlıq | Baxışlar: 232
May 30, 2020 7:25 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . On neferden 3 de bu xestelik var Insanlarin coxu tehlukeden xebersizdir Dunyada 1 5 milyard insanin hipertoniyadan eziyyet cekdiyi bildirilir Onlarin texminen yarisinin oz xesteliyinden xebersiz olduqlarini nezere alaraq bu gun ehali xestelikle mubarizede profilaktik tedbirlere celb olunur diaqnostika ve mualiceye dair melumatlandirilir Yuksek tezyiq sistolik arterial tezyiqin 140 dan diastolik arterial tezyiqin ise 90 millimetr cive sutunundan yuxari qalxmasidir Adeten yuksek tezyiqin 95 faizi essensial hipertenziyanin yeni hipertoniyanin payina dusur qalan 5 faizi ise simptomatik hipertenziya teskil edir Hipertoniya en cox rast gelinen bir cox fesadlara sebeb olan xroniki xestelikdir dunyada olumlerin ve elilliklerin esas sebeblerinden hesab olunur Melumatlara gore dunyada her on neferden 3 de yuksek tezyiq var Onlarin yalniz yarisinin bundan xeberi olur olanlar ise cox zaman buna qarsi tedbir gormur davamli mualiceler almirlar Yuksek tezyiq uzun zaman hec bir elamet vermeden urek qan damar sistemi beyin boyrekler kimi heyati ehemiyyetli orqanlarda fesadlar yarada bilir Ona gore de onu cox zaman sessiz dusmen adlandirirlar Amma hipertoniyanin esas elametleri halsizliq yorgunluq bas agrisi basgicellenme burun qanamasi gormede pozgunluq nefes almada cetinlik yerimede pilleken qalxmada cetinlik tez tez sidiye getme esasen de geceler bu halin bas vermesi ayaqlarda siskinlik ve s sayilir Yuksek tezyiqi olanlarin daim hekim nezaretinde olmalari teyin olunan dermanlari vaxtli vaxtinda qebul etmeleri saglam qidalanmalari artiq cekiden qorunmalari duz qebulunu azaltmalari fiziki aktivliyi artirmalari tezyiqlerini daim nezaretde saxlamalari tovsiye olunur Tezyiqi olmayanlar ise en azi ilde bir defe tezyiqlerini olcmelidirler