Hazırda ultrasəs müayinəsi tibbdə aparılan əsas müayinə üsullarından biridir. Bəzən pasiyentlər USM adı eşidəndə düşünürlər, bu müayinə onların daxili orqanlarını şüalandırır, ona görə də zərər verə bilər. Amma belə deyil. Bu müayinə metodu orqanizmə zərər vurmadan daxili orqanlar və boşluqlar haqqında dəqiq məlumat vermək imkanına malikdir.
www.NiNa.Az e-tibb.az-a istinadən bildirir ki, bunu həkim-sonoloq, Mərkəzi Gömrük Hospitalının həkimi Günay Əhmədova deyib.
Həkim bildirib ki, USM aparatı orqana yönəldilmiş ultrasəs dalğalarının əks olunma tezliyini qeydə almaqla orqanın ölçüsü, forması, exogenliyi və s. barədə informasiyanı monitorda göstərir: "Yaxşı həkim-sonoloqun hər hansı xəstənin bu və ya digər orqanının vəziyyəti haqqında verdiyi nəticə çox vaxt onun diaqnozunun qoyulmasında həlledici olur. Bəzən erkən onkoloji şişləri məhz ÜSM zamanı görüb vaxtında müalicəyə yönəltməklə xəstənin həyatını xilas etmək mümkün olur. USM-in nəticələrinə müvafiq olaraq xəstəyə qoyulan düzgün diaqnoz onun düzgün müalicə edilməsinə müsbət təsir göstərir. Ultrasəs müayinəsinin xəstələrin sağlamlığına təsirinə gəldikdə, bu, bütün xəstələri düşündürən sualdır. Amma mən tam məsuliyyəti ilə deyə bilərəm ki, USM-in insan orqanizminə heç bir mənfi təsiri, fəsadı yoxdur. Bütün dünyada geniş tətbiq olunan bu müayinələrin tam zərərsiz olduğu təsdiqlənib. Ultrasəs aparatının iş prinsipi ultrasəs dalğalarına əsaslanır və bu səs dalğaları orqanlarda fərqli şəkildə görüntülər əks etdirir və biz o görüntülər əsasında diaqnozu qoyuruq. Bu səs dalğaları insan qulağının eşidə bilməyəcəyi dalğalardır. Tibbin bütün sahələrində US müayinəsi, US görüntülənməsi geniş istifadə olunan müayinələr metodudur, zərərsizdir. Təbii ki, bu müayinə zərərli olsaydı, hamilələrdən tutmuş yeni doğulmuş körpələrə və hər yaşda olan insan qrupuna tətbiq olunmazdı. Məsələn, hamilə qadınlar hər gün və ya iki gündən bir USM-dən, dopplerdən keçməzdilər. Biz onları ginekoloqlarla bərabər təqibdə saxlayırıq. Qaldı ki, hansı fasilələrlə USM-dən keçmək məsələsi, mən demək istəyirəm ki, təqibli xəstələrdə müayinələr arasında ən qısa interval 6 ay olmalıdır".
Mütəxəssis vurğulayıb ki, hər bir vətəndaş heç olmasa ildə 1 dəfə profilaktik müayinə olunmalıdır: "Yaxşı olardı ki, hər bir kəs, sağlamlığı ilə bağlı heç bir şikayəti olmasa da, 6 ayda bir dəfə profilaktik olaraq müayinədən keçsin. Məsləhət görərdim ki, qadınlar 37 yaşdan sonra ildə 1 dəfə süd vəzisinin müayinəsindən keçsinlər. USM bir profilaktik müayinə kimi çox əvəzsiz metoddur. Hamının mütəmadi olaraq USM müayinəsindən keçməsini məsləhət görürəm. Bu, xəstəlikləri erkən dövrdə aşkar etmək üçün ən yaxşı vasitədir".
Kateqoriya: Sağlamlıq | Baxışlar: 830
May 30, 2020 7:07 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Ultrases muayinesinin hansi ziyani var Hazirda ultrases muayinesi tibbde aparilan esas muayine usullarindan biridir Bezen pasiyentler USM adi esidende dusunurler bu muayine onlarin daxili orqanlarini sualandirir ona gore de zerer vere biler Amma bele deyil Bu muayine metodu orqanizme zerer vurmadan daxili orqanlar ve bosluqlar haqqinda deqiq melumat vermek imkanina malikdir b s b e tibb az a istinaden bildirir ki bunu hekim sonoloq Merkezi Gomruk Hospitalinin hekimi Gunay Ehmedova deyib Hekim bildirib ki USM aparati orqana yoneldilmis ultrases dalgalarinin eks olunma tezliyini qeyde almaqla orqanin olcusu formasi exogenliyi ve s barede informasiyani monitorda gosterir Yaxsi hekim sonoloqun her hansi xestenin bu ve ya diger orqaninin veziyyeti haqqinda verdiyi netice cox vaxt onun diaqnozunun qoyulmasinda helledici olur Bezen erken onkoloji sisleri mehz USM zamani gorub vaxtinda mualiceye yoneltmekle xestenin heyatini xilas etmek mumkun olur USM in neticelerine muvafiq olaraq xesteye qoyulan duzgun diaqnoz onun duzgun mualice edilmesine musbet tesir gosterir Ultrases muayinesinin xestelerin saglamligina tesirine geldikde bu butun xesteleri dusunduren sualdir Amma men tam mesuliyyeti ile deye bilerem ki USM in insan orqanizmine hec bir menfi tesiri fesadi yoxdur Butun dunyada genis tetbiq olunan bu muayinelerin tam zerersiz oldugu tesdiqlenib Ultrases aparatinin is prinsipi ultrases dalgalarina esaslanir ve bu ses dalgalari orqanlarda ferqli sekilde goruntuler eks etdirir ve biz o goruntuler esasinda diaqnozu qoyuruq Bu ses dalgalari insan qulaginin eside bilmeyeceyi dalgalardir Tibbin butun sahelerinde US muayinesi US goruntulenmesi genis istifade olunan muayineler metodudur zerersizdir Tebii ki bu muayine zererli olsaydi hamilelerden tutmus yeni dogulmus korpelere ve her yasda olan insan qrupuna tetbiq olunmazdi Meselen hamile qadinlar her gun ve ya iki gunden bir USM den dopplerden kecmezdiler Biz onlari ginekoloqlarla beraber teqibde saxlayiriq Qaldi ki hansi fasilelerle USM den kecmek meselesi men demek isteyirem ki teqibli xestelerde muayineler arasinda en qisa interval 6 ay olmalidir Mutexessis vurgulayib ki her bir vetendas hec olmasa ilde 1 defe profilaktik muayine olunmalidir Yaxsi olardi ki her bir kes saglamligi ile bagli hec bir sikayeti olmasa da 6 ayda bir defe profilaktik olaraq muayineden kecsin Meslehet gorerdim ki qadinlar 37 yasdan sonra ilde 1 defe sud vezisinin muayinesinden kecsinler USM bir profilaktik muayine kimi cox evezsiz metoddur Haminin mutemadi olaraq USM muayinesinden kecmesini meslehet gorurem Bu xestelikleri erken dovrde askar etmek ucun en yaxsi vasitedir