Bronxial astmanın yaranmasında irsi amillərin rolu böyükdür
Bronxial astma tənəffüs yollarının xronik iltihabi xəstəliyidir. Dünyada geniş yayılan həmin xəstəlik Azərbaycanda da insanları narahat edən bronx-ağciyər patologiyalarındandır. Dünyada bronxial astma xəstələrinin sayı ümumi əhalinin 8-10 faizini təşkil edir. Bəzi ölkələrdə bu rəqəm, hətta 12-14 faizə bərabərdir. Aparılan araşdırmalara görə, ölkəmizdə 18 yaşdan yuxarı insanlar arasında bronxial astmadan əziyyət çəkənlərin sayı əhalinin 7 faizinə bərabərdir. Lakin həmin xəstəliyə uşaqlar arasında da tez-tez rast gəlinir.
www.NiNa.Az bildirir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov məlumat verib. Onun sözlərinə görə, bronxial astmanın əsas yaranma səbəbləri tam müəyyən olunmayıb. Bir sıra genetik faktorların, infeksion və ətraf mühit amillərinin təsiri nəticəsində bronxial astmanın yaranma ehtimalı arta bilər.
"Bronxial astmanın yaranmasında əsas risk amili irsi, yəni genetik meyllikdir. Bu, ətraf mühitdə olan və tənəffüs yollarını qıcıqlandıran və allergik reaksiya törədən hissəciklərə və maddələrə qarşı orqanizmin təhrif olunmuş reaksiyasına irsi meylliyin olmasıdır. Ailə üzvlərində allergik xəstəliklər, bronxial astma kimi patologiyalar olan şəxslərdə bronxial astmanın inkişafetmə riski yüksəkdir. Bundan əlavə, məişət və ətraf mühit allergenləri bronxial astmanın yaranmasının əsas səbəblərindəndir. Bunlara məişət tozu, həmçinin gənə, siçan ifrazatı, o cümlədən ev əşyalarında - xalça, yataq ləvazimatları, mebel və oyuncaqlarda olan tozlar, evin təmizlənməsi zamanı yaranan tozlar, heyvanların, xüsusilə it və pişik tükləri, həmçinin quş tükü, rütubətli yerlərdə olan göbələk sporları, qurd invaziyaları, bitki tozları, xüsusən də bitkilərin çiçəkləməsi dövründə, yəni aprel ayından sentyabra qədər havada bitki tozlarının konsentrasiyasının artması, tütün tüstüsü və s. aiddir.
Bununla yanaşı, əlverişsiz ətraf mühit amilləri - soyuq hava şəraiti və ya atmosfer təzyiqinin dəyişməsi, yağış və ya küləkli hava bronxial astmanın əlamətlərinin yaranmasına səbəb ola bilər. Qatı tüstü və sərt hissəciklər də daxil olmaqla havanın çirklənməsi xəstəliyin simptomlarının əmələ gəlməsinə təsir edir. Yuxarı tənəffüs yollarının infeksiyaları, əsəb, qorxu və digər emosional vəziyyətlər, bəzi dərman vasitələrinin istifadəsi zamanı da bronxial astma yarana bilər", - deyə kafedra müdiri diqqətə çatdırıb.
Mütəxəssis bronxial astmanın əsas əlamətləri haqqında məlumat verərək deyib: "Öskürək tez-tez, əziyyətli və daimi xarakterli olur və gecələr və fiziki işdən, soyuq havanın təsirindən sonra arta bilir. Digər əlamət boğulma tutmalarıdır. Bu zaman bəzən xəstələr döş qəfəsinin sanki "sıxılması"ndan şikayət edir və tənəffüs o qədər məhdudlaşır ki, bu, nəfəs ala bilməmək qorxusu yaradır. Həmçinin bəlğəmin xaric edilməsinin çətinləşməsi, tənəffüs zamanı quru xırıltıların eşidilməsi və s. bronxial astmanın əlamətləri sırasındadır".
R.Bayramov bildirib ki, bronxial astmanın əlamətlərindən şübhələndikdə həkim-pulmonoloqa müraciət etmək lazımdır. Diaqnozun qoyulmasında spirometriya, döş qəfəsi orqanlarının rentgenoqrafiyası, kompüter tomoqrafiya və s. müayinələrin əhəmiyyəti böyükdür. Əgər allergik simptomlar müşahidə olunursa, dəri-allergik testi və ya qanın müvafiq müayinələrinin aparılması tövsiyə edilə bilər. Bu müayinələr allergeni təyin etməyə və onun aradan qaldırılma zəruriliyini müəyyən etməyə imkan verə bilər. Məsələn, allergiya mənbəyini evdən uzaqlaşdırmaq, küçəyə çıxdıqda ağız və burunu örtən xüsusi maskadan istifadə etmək və s. Bronxial astmanın müalicəsi üçün simptomatik və əsas preparatlardan istifadə olunur. Simptomatik preparatlar tənəffüs yollarını genişləndirir, spazmı aradan götürür, əsas preparatlar isə bronxlardakı iltihabi prosesi azaldır və tutmaların profilaktikası üçün istifadə olunur.
Kateqoriya: Sağlamlıq | Baxışlar: 514
May 13, 2020 7:56 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Bronxial astmanin yaranmasinda irsi amillerin rolu boyukdur Bronxial astma teneffus yollarinin xronik iltihabi xesteliyidir Dunyada genis yayilan hemin xestelik Azerbaycanda da insanlari narahat eden bronx agciyer patologiyalarindandir Dunyada bronxial astma xestelerinin sayi umumi ehalinin 8 10 faizini teskil edir Bezi olkelerde bu reqem hetta 12 14 faize beraberdir Aparilan arasdirmalara gore olkemizde 18 yasdan yuxari insanlar arasinda bronxial astmadan eziyyet cekenlerin sayi ehalinin 7 faizine beraberdir Lakin hemin xesteliye usaqlar arasinda da tez tez rast gelinir b s b bildirir ki bu barede AZERTAC a Azerbaycan Tibb Universitetinin agciyer xestelikleri kafedrasinin mudiri dosent Rafiq Bayramov melumat verib Onun sozlerine gore bronxial astmanin esas yaranma sebebleri tam mueyyen olunmayib Bir sira genetik faktorlarin infeksion ve etraf muhit amillerinin tesiri neticesinde bronxial astmanin yaranma ehtimali arta biler Bronxial astmanin yaranmasinda esas risk amili irsi yeni genetik meyllikdir Bu etraf muhitde olan ve teneffus yollarini qiciqlandiran ve allergik reaksiya toreden hisseciklere ve maddelere qarsi orqanizmin tehrif olunmus reaksiyasina irsi meylliyin olmasidir Aile uzvlerinde allergik xestelikler bronxial astma kimi patologiyalar olan sexslerde bronxial astmanin inkisafetme riski yuksekdir Bundan elave meiset ve etraf muhit allergenleri bronxial astmanin yaranmasinin esas sebeblerindendir Bunlara meiset tozu hemcinin gene sican ifrazati o cumleden ev esyalarinda xalca yataq levazimatlari mebel ve oyuncaqlarda olan tozlar evin temizlenmesi zamani yaranan tozlar heyvanlarin xususile it ve pisik tukleri hemcinin qus tuku rutubetli yerlerde olan gobelek sporlari qurd invaziyalari bitki tozlari xususen de bitkilerin ciceklemesi dovrunde yeni aprel ayindan sentyabra qeder havada bitki tozlarinin konsentrasiyasinin artmasi tutun tustusu ve s aiddir Bununla yanasi elverissiz etraf muhit amilleri soyuq hava seraiti ve ya atmosfer tezyiqinin deyismesi yagis ve ya kulekli hava bronxial astmanin elametlerinin yaranmasina sebeb ola biler Qati tustu ve sert hissecikler de daxil olmaqla havanin cirklenmesi xesteliyin simptomlarinin emele gelmesine tesir edir Yuxari teneffus yollarinin infeksiyalari eseb qorxu ve diger emosional veziyyetler bezi derman vasitelerinin istifadesi zamani da bronxial astma yarana biler deye kafedra mudiri diqqete catdirib Mutexessis bronxial astmanin esas elametleri haqqinda melumat vererek deyib Oskurek tez tez eziyyetli ve daimi xarakterli olur ve geceler ve fiziki isden soyuq havanin tesirinden sonra arta bilir Diger elamet bogulma tutmalaridir Bu zaman bezen xesteler dos qefesinin sanki sixilmasi ndan sikayet edir ve teneffus o qeder mehdudlasir ki bu nefes ala bilmemek qorxusu yaradir Hemcinin belgemin xaric edilmesinin cetinlesmesi teneffus zamani quru xiriltilarin esidilmesi ve s bronxial astmanin elametleri sirasindadir R Bayramov bildirib ki bronxial astmanin elametlerinden subhelendikde hekim pulmonoloqa muraciet etmek lazimdir Diaqnozun qoyulmasinda spirometriya dos qefesi orqanlarinin rentgenoqrafiyasi komputer tomoqrafiya ve s muayinelerin ehemiyyeti boyukdur Eger allergik simptomlar musahide olunursa deri allergik testi ve ya qanin muvafiq muayinelerinin aparilmasi tovsiye edile biler Bu muayineler allergeni teyin etmeye ve onun aradan qaldirilma zeruriliyini mueyyen etmeye imkan vere biler Meselen allergiya menbeyini evden uzaqlasdirmaq kuceye cixdiqda agiz ve burunu orten xususi maskadan istifade etmek ve s Bronxial astmanin mualicesi ucun simptomatik ve esas preparatlardan istifade olunur Simptomatik preparatlar teneffus yollarini genislendirir spazmi aradan goturur esas preparatlar ise bronxlardaki iltihabi prosesi azaldir ve tutmalarin profilaktikasi ucun istifade olunur