Ürək xəstəliyi olanların nəzərinə - Tanınmış həkimin TÖVSİYƏLƏRİ
Dünyada hər il təqribən 17.5 milyon insan ürək xəstəlikləri səbəbilə həyatını itirir. Yaşadığımız bütün duyğular birbaşa olaraq ürəyə təsir edir. Ürək xəstəliklərinin qarşısınının alınmasında düzgün qidalanma, aktiv həyat tərzi və siqaretdən imtina önəmlidir.
www.NiNa.Az türkiyəli kardioloq Yelda Tayyarecinin ürək xəstəliklərinin qarşısının alınması istiqamətində tövsiyələrini təqdim edir.
Fiziki cəhətdən aktiv olun.
Daimi fiziki fəaliyyət xroniki ürək xəstələrində qan dövranını yaxşılaşdırır, xəstəliklə əlaqəli simptomları azaldır. Hər gün yarım saatlıq gəzinti insanın özünü rahat hiss etməsinə və depressiyanın azalmasına səbəb olur.
Diqqət yetirilməlidir ki, ediləcək məşq ağır və yorucu olmasın. Ağır səy tələb edən məşqlər çox soyuq havalarda edilməməlidir. Üzmək üçün isə çox soyuq və ya çox isti suya üstünlük verilməməlidir.
Həkiminiz tərəfindən təyin olunan dərmanları mütəmadi olaraq istifadə edin.
Xroniki ürək xəstəliyində keyfiyyətli və uzun ömür sürməyin ən vacib amillərindən biri dərmanları vaxtında və davamlı qəbul etməkdir.
Yüksək və qalın yastıqlara üstünlük verin.
Yüksək və qalın yastıq xroniki ürək çatışmazlığı olan xəstələrdə artıq mayenin ağciyərlərdən aşağı bölgələrə axmasına imkan verir, gecə boyu rahat yatmağa kömək edir.
Hər gün çəkinin.
Gündəlik çəkinmək çəki artımının qarşısını alır. Gündə 2 kiloqramdan çox kökəlmək bədəndə artıq mayenin yığılmasını göstərir, bu vəziyyətdə həkimə müraciət etmək lazımdır. Arıqlamaq da xəstəliklə bağlı şikayətləri azaldır, çünki ürəyə yükü azaldır.
İstirahət edin.
Yorğun bədən yorğun ürək deməkdir. Gün ərzində istirahət etmək üçün vaxt ayırın. Mümkünsə gün ərzində ən azı 1 saat yatın.
Daha az və tez-tez yeyin.
Mədənin həddən artıq doldurulması həm həzm sisteminə, həm də ürəyə mənfi təsir göstərir. Yeməkləri bölmək və az-az istehlak etmək vacibdir. Lif və suyun istehlakı bağırsaq hərəkətlərini artırır, qəbizliyin qarşısını alır.
Duzlu yeməklərdən çəkinin.
Xüsusilə xroniki ürək çatışmazlığı olan xəstələrdə bədənin maye balansını qorumaq vacibdir. Həddindən artıq duzlu yemək xüsusilə də ağciyərlərdə və ayaqlarda artıq mayenin yığılmasına səbəb olur.
Tərkibində çox duz olan qidalar:
Kolbasa, ketçup, mayonez və hazır salatlar, hazır şorba, ədviyyat qarışıqları, pitsa, hamburger, hazır makaron, duzlu fıstıq və s.
Yemək bişirərkən az miqdarda duz əlavə olunmalıdır.
Siqareti tərgidin.
Siqaret qanda oksigenin miqdarını azaldır, damarların daxili səthini pozur, onların sərtliyinə və tıxanmasına səbəb olur. Siqareti tərk etmək ürək xəstəliyi ilə əlaqəli ağırlaşmaları azaldır.
Kofein və spirtli içkilərə diqqət edin.
Xroniki alkoqol qəbulu ürək əzələlərinin zəifləməsinə səbəb olur. Buna görə də ürək xəstələrində spirtli içkinin məhdudlaşdırılması vacibdir. Kofeinin həddindən artıq istehlakı ürək ritmi problemlərinə və yüksək təzyiqə səbəb ola biləcəyindən gündə 2 stəkandan çox çay, qəhvə və ya kola içmək olmaz.
Qrip və pnevmoniyaya qarşı tədbirlər alın, peyvənd etdirin.
Xroniki ürək xəstələri üçün mövcud qaydalarda qrip və pnevmoniyaya qarşı peyvənd tövsiyə olunur. (publika)
Kateqoriya: Sağlamlıq | Baxışlar: 862
May 10, 2020 5:43 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Urek xesteliyi olanlarin nezerine Taninmis hekimin TOVSIYELERI Dunyada her il teqriben 17 5 milyon insan urek xestelikleri sebebile heyatini itirir Yasadigimiz butun duygular birbasa olaraq ureye tesir edir Urek xesteliklerinin qarsisininin alinmasinda duzgun qidalanma aktiv heyat terzi ve siqaretden imtina onemlidir b s b turkiyeli kardioloq Yelda Tayyarecinin urek xesteliklerinin qarsisinin alinmasi istiqametinde tovsiyelerini teqdim edir Fiziki cehetden aktiv olun Daimi fiziki fealiyyet xroniki urek xestelerinde qan dovranini yaxsilasdirir xestelikle elaqeli simptomlari azaldir Her gun yarim saatliq gezinti insanin ozunu rahat hiss etmesine ve depressiyanin azalmasina sebeb olur Diqqet yetirilmelidir ki edilecek mesq agir ve yorucu olmasin Agir sey teleb eden mesqler cox soyuq havalarda edilmemelidir Uzmek ucun ise cox soyuq ve ya cox isti suya ustunluk verilmemelidir Hekiminiz terefinden teyin olunan dermanlari mutemadi olaraq istifade edin Xroniki urek xesteliyinde keyfiyyetli ve uzun omur surmeyin en vacib amillerinden biri dermanlari vaxtinda ve davamli qebul etmekdir Yuksek ve qalin yastiqlara ustunluk verin Yuksek ve qalin yastiq xroniki urek catismazligi olan xestelerde artiq mayenin agciyerlerden asagi bolgelere axmasina imkan verir gece boyu rahat yatmaga komek edir Her gun cekinin Gundelik cekinmek ceki artiminin qarsisini alir Gunde 2 kiloqramdan cox kokelmek bedende artiq mayenin yigilmasini gosterir bu veziyyetde hekime muraciet etmek lazimdir Ariqlamaq da xestelikle bagli sikayetleri azaldir cunki ureye yuku azaldir Istirahet edin Yorgun beden yorgun urek demekdir Gun erzinde istirahet etmek ucun vaxt ayirin Mumkunse gun erzinde en azi 1 saat yatin Daha az ve tez tez yeyin Medenin hedden artiq doldurulmasi hem hezm sistemine hem de ureye menfi tesir gosterir Yemekleri bolmek ve az az istehlak etmek vacibdir Lif ve suyun istehlaki bagirsaq hereketlerini artirir qebizliyin qarsisini alir Duzlu yemeklerden cekinin Xususile xroniki urek catismazligi olan xestelerde bedenin maye balansini qorumaq vacibdir Heddinden artiq duzlu yemek xususile de agciyerlerde ve ayaqlarda artiq mayenin yigilmasina sebeb olur Terkibinde cox duz olan qidalar Kolbasa ketcup mayonez ve hazir salatlar hazir sorba edviyyat qarisiqlari pitsa hamburger hazir makaron duzlu fistiq ve s Yemek bisirerken az miqdarda duz elave olunmalidir Siqareti tergidin Siqaret qanda oksigenin miqdarini azaldir damarlarin daxili sethini pozur onlarin sertliyine ve tixanmasina sebeb olur Siqareti terk etmek urek xesteliyi ile elaqeli agirlasmalari azaldir Kofein ve spirtli ickilere diqqet edin Xroniki alkoqol qebulu urek ezelelerinin zeiflemesine sebeb olur Buna gore de urek xestelerinde spirtli ickinin mehdudlasdirilmasi vacibdir Kofeinin heddinden artiq istehlaki urek ritmi problemlerine ve yuksek tezyiqe sebeb ola bileceyinden gunde 2 stekandan cox cay qehve ve ya kola icmek olmaz Qrip ve pnevmoniyaya qarsi tedbirler alin peyvend etdirin Xroniki urek xesteleri ucun movcud qaydalarda qrip ve pnevmoniyaya qarsi peyvend tovsiye olunur publika