AQTA maarifləndirir: Qarayara xəstəliyi ilə mübarizədə profilaktik tədbirlər
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, ölkədə qida təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri məlumatlar oxucuların diqqətinə çatdırılır.
Agentlikdən www.NiNa.Az-a verilən məlumata görə, budəfəki maarifləndirici mövzu isə "Qarayara xəstəliyi ilə mübarizədə profilaktik tədbirlər" haqqındadır.
Qarayara kəskin zoonoz xəstəliklərdəndir. Tibdə daha çox "Sibir xorası" adı ilə tanınır. Qarayara bütün növ kənd təsərrüfatı və vəhşi heyvanların, həmçinin insanların xüsusi təhlükəli xəstəliyidir. Əksər hallarda ölümlə nəticələnir.
Xəstəlik heyvanın ağız, burun və anus dəliyindən qanlı köpük axması, qanının laxtalanmaması, qısa müddətdə ölməsi, cəsədinin şişməsi şəklində özünü büruzə verir. Heyvanlarda xəstəliyə xas simptomlar aşkar edildikdə dərhal onu təcrid edib, baytar mütəxəssisə məlumat verilməlidir. Qarayaraya şübhəli heyvan leşi uyğun şəkildə basdırılmalıdır və cəsədin yarılması yolverilməzdir.
Mal-qaranı qarayaradan qorumaq üçün təsərrüfatda baytarlıq-sanitariya qaydalarına ciddi riayət olunmalıdır. Yeni heyvan aldıqda karantində saxlanmalıdır. Qarayara xəstəliyinin yayılmasının qarşısının alınması, profilaktikası məqsədilə peyvəndləmə aparılması şərtdir. Qarayara xəstəliyinə tutulmuş heyvanın əti və südü bu infeksiyanı rahatlıqla daşıyır. Bazarlarda, küçələrdə açıq satılan, heç bir nəzarət olmadan, evlərdə kustar üsulla hazırlanmış, kəndlərdən birbaşa satışa çıxarılan süd və süd məhsulları, ət süfrəmizə təəssüf ki, yol tapa bilir. Sağlamlığımızı qorumaq üçün bu məsələlərə həssas yanaşmalıyıq və heyvanları peyvəndlənmədən yayındırmamalıyıq. Xatırladaq ki, qarayaraya qarşı peyvəndləmə dövlət tərəfindən pulsuz olaraq aparılır.
İnsanlar qarayaraya təkcə xəstə heyvanın ət və südündən, eləcə də südündən emal olunmuş məhsullardan istifadə etməklə, xəstə mal-qara və ya onun məhsulu (yun) ilə təmasda olmaqla deyil, həm də qansoran həşəratların dişləməsi ilə də yoluxa bilərlər. Qarayara sporları ilə çirklənmiş torpaqla təmas da təhlükəlidir.
İnsanlarda xəstəliyin əsas əlamətləri əllərdə və bədənin digər nahiyələrində nekrozlu sahələrin (karbunkullar) əmələ gəlməsi, hərarətin yüksəlməsi, ağız boşluğunun selikli qişasının xorası və s. ilə müşahidə olunur. Xəstəliyin qarşısını vaxtında almaq gərəkdir. Qarayaraya yoluxma şübhəniz yarandıqda dərhal həkimə müraciət edilməlidir. Yaraya toxunmamaq lazımdır, müdaxilə infeksiyanın yayılmasına səbəb ola bilər.
Bu təhlükəli infeksiyadan qorunmaq üçün heyvanlara qulluq etdikdə gigiyena qaydalarına mütləq əməl olunmalıdır. Ət və süd məhsulları çiy, yarıbişmiş şəkildə istifadə edilməməlidir. Xəstəlikdən qorunmağın ən yaxşı yolu xəstə heyvanların ətinə toxunmamaq, baytar nəzarəti olmayan yerlərdən ət almamaqdır. Heyvan kəsimi baytar mütəxəssisin nəzarəti ilə həyata keçirilməlidir. Eyni zamanda, çarpaz çirklənmənin qarşısını almaq üçün heyvanların kəsildiyi yerlərin meyvə-tərəvəzlərlə təması olmamalıdır. Qeyd edək ki, heyvanların peyvəndlənməsindən sonra gözləmə müddətinə əməl olunması vacibdir.
Kateqoriya: Sağlamlıq | Baxışlar: 303
May 7, 2020 3:58 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv azeri aze azerbaycanli azərbaycanlı azərbaycan azəri azərilərin azerilerin azerbaycanlilarin azərbaycanlıların azeride azəridə. AQTA maariflendirir Qarayara xesteliyi ile mubarizede profilaktik tedbirler b Azerbaycan Respublikasinin Qida Tehlukesizliyi Agentliyinin AQTA AQTA maariflendirir rubrikasi davam edir Rubrika cercivesinde AQTA ve Qida Tehlukesizliyi Institutunun mutexessisleri terefinden hazirlanan maariflendirici materiallar saglam qidalanma ile bagli tovsiyeler olkede qida tehlukesizliyinin temin olunmasi ile bagli zeruri melumatlar oxucularin diqqetine catdirilir b Agentlikden b s b a verilen melumata gore budefeki maariflendirici movzu ise Qarayara xesteliyi ile mubarizede profilaktik tedbirler haqqindadir Qarayara keskin zoonoz xesteliklerdendir Tibde daha cox Sibir xorasi adi ile taninir Qarayara butun nov kend teserrufati ve vehsi heyvanlarin hemcinin insanlarin xususi tehlukeli xesteliyidir Ekser hallarda olumle neticelenir Xestelik heyvanin agiz burun ve anus deliyinden qanli kopuk axmasi qaninin laxtalanmamasi qisa muddetde olmesi cesedinin sismesi seklinde ozunu buruze verir Heyvanlarda xesteliye xas simptomlar askar edildikde derhal onu tecrid edib baytar mutexessise melumat verilmelidir Qarayaraya subheli heyvan lesi uygun sekilde basdirilmalidir ve cesedin yarilmasi yolverilmezdir Mal qarani qarayaradan qorumaq ucun teserrufatda baytarliq sanitariya qaydalarina ciddi riayet olunmalidir Yeni heyvan aldiqda karantinde saxlanmalidir Qarayara xesteliyinin yayilmasinin qarsisinin alinmasi profilaktikasi meqsedile peyvendleme aparilmasi sertdir Qarayara xesteliyine tutulmus heyvanin eti ve sudu bu infeksiyani rahatliqla dasiyir Bazarlarda kucelerde aciq satilan hec bir nezaret olmadan evlerde kustar usulla hazirlanmis kendlerden birbasa satisa cixarilan sud ve sud mehsullari et sufremize teessuf ki yol tapa bilir Saglamligimizi qorumaq ucun bu meselelere hessas yanasmaliyiq ve heyvanlari peyvendlenmeden yayindirmamaliyiq Xatirladaq ki qarayaraya qarsi peyvendleme dovlet terefinden pulsuz olaraq aparilir Insanlar qarayaraya tekce xeste heyvanin et ve sudunden elece de sudunden emal olunmus mehsullardan istifade etmekle xeste mal qara ve ya onun mehsulu yun ile temasda olmaqla deyil hem de qansoran heseratlarin dislemesi ile de yoluxa bilerler Qarayara sporlari ile cirklenmis torpaqla temas da tehlukelidir Insanlarda xesteliyin esas elametleri ellerde ve bedenin diger nahiyelerinde nekrozlu sahelerin karbunkullar emele gelmesi heraretin yukselmesi agiz boslugunun selikli qisasinin xorasi ve s ile musahide olunur Xesteliyin qarsisini vaxtinda almaq gerekdir Qarayaraya yoluxma subheniz yarandiqda derhal hekime muraciet edilmelidir Yaraya toxunmamaq lazimdir mudaxile infeksiyanin yayilmasina sebeb ola biler Bu tehlukeli infeksiyadan qorunmaq ucun heyvanlara qulluq etdikde gigiyena qaydalarina mutleq emel olunmalidir Et ve sud mehsullari ciy yaribismis sekilde istifade edilmemelidir Xestelikden qorunmagin en yaxsi yolu xeste heyvanlarin etine toxunmamaq baytar nezareti olmayan yerlerden et almamaqdir Heyvan kesimi baytar mutexessisin nezareti ile heyata kecirilmelidir Eyni zamanda carpaz cirklenmenin qarsisini almaq ucun heyvanlarin kesildiyi yerlerin meyve terevezlerle temasi olmamalidir Qeyd edek ki heyvanlarin peyvendlenmesinden sonra gozleme muddetine emel olunmasi vacibdir