Qısa müddətdə birdən çox peyvənd tapılacaq və müxtəlif zamanlarda... - Tanınmış professor açıqladı
"COVID-19-la bağlı qısa müddətdə birdən çox peyvənd tapılacaq və xəstəliyin müxtəlif mərhələlərində, müxtəlif dozalarda birdən çox peyvənd istifadə ediləcək".
www.NiNa.Az xəbər verir ki, bunu ABŞ Milli Elmlər Akademiyasının ilk türk professoru İvet Bahar deyib.
Eyni zamanda Pitsburq Universiteti Tibb Fakültəsinin Kompüter Dəstəkli Sistem Biologiyası Şöbəsinin qurucu rəhbəri olan professor bildirib ki, koronavirusa qarşı peyvəndin tərkibində qanı sulandıran dərmanlar da olacaq.
"Dünyadakı bütün elm adamları bilgiləri, hesabatları paylaşır. Qısa müddət ərzində bir deyil, birdən çox peyvənd/dərman tapılmasını gözləyirəm. Qısa müddət deyəndə 1-2 ili nəzərdə tuturam. Normal şərtlərdə ən az 10 il tələb edən proses indi bir neçə ilə endirilib.
İlk işimiz rəqəmsal sistem farmakologiyası adlanan sahədədir. Ən təkmil kompüter texnologiyası ilə tanınan dərman bilgi banklarını incələyirik. Mövcud dərmanlardan hansı COVID-19-a qarşı istifadə edilə bilər deyə araşdırırıq. Məsələn, "Remdesivir" Ebolaya qarşı hazırlanan, amma kifayət qədər yaxşı nəticə vermədiyi üçün kənara qoyulmuş preparatdır. İndi SARS-CoV-2 virusunun çoxalmasını təmin edən bir proteinə (RNT-dependent, RNT polimeraza) bağlanıb onun işini əngəlləyə bilir. ABŞ Qida və Dərman Dairəsi koronavirusun müalicəsində istifadə olunması üçün icazə verib", - professor bildirib.
O qeyd edib ki, ikinci qrup çalışma molekulyar səviyyədədir: "Virusun spayk proteininin insan hüceyrəsinə yapışa bilməsi üçün mutasiyaya uğraması lazımdır. Mutasiyaya uğraması üçünsə insan hüceyrəsinin səthindəki proteaz (proteinlərin parçalanmasından məsul enzim) kimyəvi bağı qoparır. Proteazın olmadığı şəraitdə infeksiya səviyyəsi əhəmiyyətli miqdarda azalır. Biz həmin proteazın iş mexanizmini anlayıb onu əngəlləmək üçün dərman hazırlayırıq". (publika)
Kateqoriya: Sağlamlıq | Baxışlar: 294
May 4, 2020 7:37 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Qisa muddetde birden cox peyvend tapilacaq ve muxtelif zamanlarda Taninmis professor aciqladi COVID 19 la bagli qisa muddetde birden cox peyvend tapilacaq ve xesteliyin muxtelif merhelelerinde muxtelif dozalarda birden cox peyvend istifade edilecek b s b xeber verir ki bunu ABS Milli Elmler Akademiyasinin ilk turk professoru Ivet Bahar deyib Eyni zamanda Pitsburq Universiteti Tibb Fakultesinin Komputer Destekli Sistem Biologiyasi Sobesinin qurucu rehberi olan professor bildirib ki koronavirusa qarsi peyvendin terkibinde qani sulandiran dermanlar da olacaq Dunyadaki butun elm adamlari bilgileri hesabatlari paylasir Qisa muddet erzinde bir deyil birden cox peyvend derman tapilmasini gozleyirem Qisa muddet deyende 1 2 ili nezerde tuturam Normal sertlerde en az 10 il teleb eden proses indi bir nece ile endirilib Ilk isimiz reqemsal sistem farmakologiyasi adlanan sahededir En tekmil komputer texnologiyasi ile taninan derman bilgi banklarini inceleyirik Movcud dermanlardan hansi COVID 19 a qarsi istifade edile biler deye arasdiririq Meselen Remdesivir Ebolaya qarsi hazirlanan amma kifayet qeder yaxsi netice vermediyi ucun kenara qoyulmus preparatdir Indi SARS CoV 2 virusunun coxalmasini temin eden bir proteine RNT dependent RNT polimeraza baglanib onun isini engelleye bilir ABS Qida ve Derman Dairesi koronavirusun mualicesinde istifade olunmasi ucun icaze verib professor bildirib O qeyd edib ki ikinci qrup calisma molekulyar seviyyededir Virusun spayk proteininin insan huceyresine yapisa bilmesi ucun mutasiyaya ugramasi lazimdir Mutasiyaya ugramasi ucunse insan huceyresinin sethindeki proteaz proteinlerin parcalanmasindan mesul enzim kimyevi bagi qoparir Proteazin olmadigi seraitde infeksiya seviyyesi ehemiyyetli miqdarda azalir Biz hemin proteazin is mexanizmini anlayib onu engellemek ucun derman hazirlayiriq publika