Havanın dəyişkənliyi insanlara fərqli təsir göstərir və bundan hər üç nəfərdən biri şikayət edir. İnsan hər zaman təbiətlə həmahəng olur: yağan yağış, axan çaylar, çıxan günəş onun əhvalına və fiziki durumuna təsirsiz ötüşmür. Lakin bununla birlikdə təbiət hadisələrinə daha həssas olan insanlar var.
Həkim-terapevti Solmaz Musayeva deyir ki, havanın dəyişməsi insan orqanizminə bilavasitə təsir göstərən xarici mühit amillərindəndir: "Həmin təsir nəticəsində sinir sistemində və bununla əlaqədar olaraq mərkəzi və vegetativ sinir, eyni zamanda, immun sisteminin qoşulması orqanizmdə bir sıra dəyişikliklərin yaranması ilə nəticələnir. Xroniki və hipertoniya xəstəliyi olanlar daha çox meteohəssas olur".
Meteohəssaslıq əsasən özünü bir neçə saat davam edən baş ağrıları, pis əhval-ruhiyyə, tez yorulma və zəiflik əlamətləri ilə göstərir. Bütün bunlara isə güclü külək, qar, yağış, maqnit qasırğası və günəşdə olan partlayışlar səbəb ola bilər. Meteoroloji dəyişikliklərə dözümlü olmaq və həssaslığı azaltmaq da mümkündür.
Həkim-terapevt onu da deyir ki, iqlim dəyişikliyinə həssas olanlar xarici mühit amillərinə qarşı orqanizmin müqavimətini artırmağa çalışmalıdırlar: "Təmiz havada çox olmaq, günəş şüarları, xüsusilə ultrabənövşəyi şüalar qəbul etmək, yay aylarında dəniz çimərliklərində olmaq, normal əmək və istirahət rejiminin saxlanılması, zəngin vitaminli qidaların qəbulu xarici mühit amillərinə qarşı müqaviməti artırır və həssaslığı azaldır".
Bundan başqa mütəmadi olaraq normal yuxu təbiətin şıltaqlığı ilə mübarizədə kömək edə bilər. Nanə, lavanda, evkalipt, qızılgülün efir yağlarından vanna qəbulu isə əhval-ruhiyyəni və immuniteti yüksəldir, sinir sisteminin sakitləşməsinə və emosiyaların nəzarətdə saxlanılmasına kömək edir.
Kateqoriya: Sağlamlıq | Baxışlar: 229
May 2, 2020 6:10 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Deyisken hava kimlere pis tesir edir Havanin deyiskenliyi insanlara ferqli tesir gosterir ve bundan her uc neferden biri sikayet edir Insan her zaman tebietle hemaheng olur yagan yagis axan caylar cixan gunes onun ehvalina ve fiziki durumuna tesirsiz otusmur Lakin bununla birlikde tebiet hadiselerine daha hessas olan insanlar var Hekim terapevti Solmaz Musayeva deyir ki havanin deyismesi insan orqanizmine bilavasite tesir gosteren xarici muhit amillerindendir Hemin tesir neticesinde sinir sisteminde ve bununla elaqedar olaraq merkezi ve vegetativ sinir eyni zamanda immun sisteminin qosulmasi orqanizmde bir sira deyisikliklerin yaranmasi ile neticelenir Xroniki ve hipertoniya xesteliyi olanlar daha cox meteohessas olur Meteohessasliq esasen ozunu bir nece saat davam eden bas agrilari pis ehval ruhiyye tez yorulma ve zeiflik elametleri ile gosterir Butun bunlara ise guclu kulek qar yagis maqnit qasirgasi ve gunesde olan partlayislar sebeb ola biler Meteoroloji deyisikliklere dozumlu olmaq ve hessasligi azaltmaq da mumkundur Hekim terapevt onu da deyir ki iqlim deyisikliyine hessas olanlar xarici muhit amillerine qarsi orqanizmin muqavimetini artirmaga calismalidirlar Temiz havada cox olmaq gunes suarlari xususile ultrabenovseyi sualar qebul etmek yay aylarinda deniz cimerliklerinde olmaq normal emek ve istirahet rejiminin saxlanilmasi zengin vitaminli qidalarin qebulu xarici muhit amillerine qarsi muqavimeti artirir ve hessasligi azaldir Bundan basqa mutemadi olaraq normal yuxu tebietin siltaqligi ile mubarizede komek ede biler Nane lavanda evkalipt qizilgulun efir yaglarindan vanna qebulu ise ehval ruhiyyeni ve immuniteti yukseldir sinir sisteminin sakitlesmesine ve emosiyalarin nezaretde saxlanilmasina komek edir