Onkoloji xəstələrin kimya və şüa terapiyaları aldıqları dövrdə oruc tutmaları tövsiyə olunmur
On bir ayın Sultanı hesab edilən Ramazan ayı hər zaman xoş ab-havası ilə seçilir, öz dəyərləri ilə bəzi xəstəliklərdən əziyyət çəkənlər üçün mənəvi güc dövrü sayılır. İnanclıların mübarək ay qəbul etdikləri Ramazan ayı həm də meditasiya aparmaq üçün ideal dövrdür. Lakin onkoloji xəstəlikləri olanlar oruc tutmaqla bağlı məsələlərdə daha diqqətli olmalıdırlar.
www.NiNa.Az bildirir ki, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının həkimi, mamoloq-radioloq, Şüa diaqnostika və şüa terapiyası kafedrasının assistenti Günel Qəmbərova bununla bağlı bəzi məqamları açıqlayıb.
G.Qəmbərovanın sözlərinə görə, onkoloji xəstələrin müalicəsi və sağalmasında su və qida qəbulunun qaydaları böyük əhəmiyyət kəsb edir. Ona görə də belə xəstələr oruc tutmaq qərarı verməzdən öncə həkimlə məsləhətləşməlidirlər: "Xəstəliyin aktiv dövründə - kimya və şüa terapiyaları alan dövrdə xəstələr daha diqqətli olmalıdırlar. Həmin dövrdə onlara oruc tutmaq qətiyyən məsləhət deyil. Bu, hətta böyük riskdir. Çünki belə müalicə zamanı ürəkbulanma, qusma, halsızlıq, diarreya və qəbizlik ola bilər. Belə bir durumda oruc tutmaq onların immun sistemini tam çökdürə bilər. Çünki bu dövrdə iştaha azalacaq, su-duz mübadiləsi tam pozulacaq. Halbuki aktiv dövrdə olan onkoloji xəstələr su və kalori rasionuna tam ehtiyacı olan pasiyentlərdir. Nəzərə alsaq ki, xəstələrin qəbul etdikləri dərmanlar qaraciyər və böyrəkdən xaric olur, onda su və qida qəbulunun onlar üçün nə qədər vacib olduğunu anlamaq mümkündür".
Radioloq qeyd edir ki, sahur yeməyi üçün rejimə uyğun olmayan vaxtda yuxudan durmaq, yuxu balansı ilə yanaşı, qida balansını da pozmaq immun sisteminə mənfi təsir edir.
"Artıq müalicə almış, reaksiya dövründə olan xəstələr də oruc tutmaq istəsələr, əvvəlcə həkimlə məsləhətləşməlidirlər. "Daha yaxşıyam, sağalmışam" deyib özbaşına, həkim məsləhəti olmadan oruc tutmaq olmaz. Onlar unutmasınlar ki, orqanizmi yenidən yükləmək, ac saxlamaq olmaz. Bu qərarı verəndə xəstəliyin lokalizasiyası, hansı mərhələdə olması çox önəmlidir. Həmin incəlikləri isə xəstələr özləri yox, onların həkimləri daha dəqiq bilirlər", - deyə mütəxəssis bildirib.
G.Qəmbərova həkim məsləhətinə etinasız yanaşmamağı, əvvəlcə sağlamlığa diqqət yetirməyi tövsiyə edir. Çünki həkimlər dinindən, irqindən, inancından asılı olmadan xəstələrin hamısına sağlam qalmaq üçün məsləhət verirlər.
Kateqoriya: Sağlamlıq | Baxışlar: 648
Apr 29, 2020 4:51 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Onkoloji xestelerin kimya ve sua terapiyalari aldiqlari dovrde oruc tutmalari tovsiye olunmur On bir ayin Sultani hesab edilen Ramazan ayi her zaman xos ab havasi ile secilir oz deyerleri ile bezi xesteliklerden eziyyet cekenler ucun menevi guc dovru sayilir Inanclilarin mubarek ay qebul etdikleri Ramazan ayi hem de meditasiya aparmaq ucun ideal dovrdur Lakin onkoloji xestelikleri olanlar oruc tutmaqla bagli meselelerde daha diqqetli olmalidirlar b s b bildirir ki Azerbaycan Tibb Universitetinin Tedris Terapevtik Klinikasinin hekimi mamoloq radioloq Sua diaqnostika ve sua terapiyasi kafedrasinin assistenti Gunel Qemberova bununla bagli bezi meqamlari aciqlayib G Qemberovanin sozlerine gore onkoloji xestelerin mualicesi ve sagalmasinda su ve qida qebulunun qaydalari boyuk ehemiyyet kesb edir Ona gore de bele xesteler oruc tutmaq qerari vermezden once hekimle meslehetlesmelidirler Xesteliyin aktiv dovrunde kimya ve sua terapiyalari alan dovrde xesteler daha diqqetli olmalidirlar Hemin dovrde onlara oruc tutmaq qetiyyen meslehet deyil Bu hetta boyuk riskdir Cunki bele mualice zamani urekbulanma qusma halsizliq diarreya ve qebizlik ola biler Bele bir durumda oruc tutmaq onlarin immun sistemini tam cokdure biler Cunki bu dovrde istaha azalacaq su duz mubadilesi tam pozulacaq Halbuki aktiv dovrde olan onkoloji xesteler su ve kalori rasionuna tam ehtiyaci olan pasiyentlerdir Nezere alsaq ki xestelerin qebul etdikleri dermanlar qaraciyer ve boyrekden xaric olur onda su ve qida qebulunun onlar ucun ne qeder vacib oldugunu anlamaq mumkundur Radioloq qeyd edir ki sahur yemeyi ucun rejime uygun olmayan vaxtda yuxudan durmaq yuxu balansi ile yanasi qida balansini da pozmaq immun sistemine menfi tesir edir Artiq mualice almis reaksiya dovrunde olan xesteler de oruc tutmaq isteseler evvelce hekimle meslehetlesmelidirler Daha yaxsiyam sagalmisam deyib ozbasina hekim mesleheti olmadan oruc tutmaq olmaz Onlar unutmasinlar ki orqanizmi yeniden yuklemek ac saxlamaq olmaz Bu qerari verende xesteliyin lokalizasiyasi hansi merhelede olmasi cox onemlidir Hemin incelikleri ise xesteler ozleri yox onlarin hekimleri daha deqiq bilirler deye mutexessis bildirib G Qemberova hekim meslehetine etinasiz yanasmamagi evvelce saglamliga diqqet yetirmeyi tovsiye edir Cunki hekimler dininden irqinden inancindan asili olmadan xestelerin hamisina saglam qalmaq ucun meslehet verirler