Kembric Universitetinin azərbaycanlı professoru koronavirusla bağlı vacib faktları açdı: "Əlavə fəlakətlərə gətirib çıxara bilər"
Böyük Britaniyanın ən nüfuzlu ali məktəblərindən hesab olunan Kembric Universitetinin Molekulyar Biologiya Laboratoriyasında tədqiqat qrupunun rəhbəri, həmyerlimiz, professor Qərib Mürşüdov koronavirus pandemiyası ilə bağlı aparılan tədqiqatlar və yaşadığı ölkədə bu virus ilə mübarizə tədbirlərindən danışıb.
www.NiNa.Az bildirir ki, görkəmli professor publika-a müsahibəsində molekulyar biologiya elminin vəzifələrindən və qarşısında duran çətinliklərdən də söz açıb. O, bildirib ki, molekulyar və struktur biologiya sahəsində əldə edilən nəticələr sayəsində HİV kimi xəstəliklərin müalicəsi mümkündür.
Qeyd edək ki, Böyük Britaniya Kral Statistika Cəmiyyətinin üzvü olan Qərib Mürşüdovun əsas elmi nailiyyətləri müasir statistika üsullarının struktur biologiya eksperimentlərinin analizi və modelləşdirilməsinə tətbiqi, molekulyar saflaşdırma üçün ən geniş yayılmış proqram təminatlarının hazırlanması, struktur biologiyası cəmiyyətinin istifadəsi üçün bir sıra proqram təminatlarının, alqoritmlərin qurulması kimi istiqamətləri əhatə edir.
- Molekulyar biologiyanın tədqiqat sahələri çox geniş olsa da, qlobal problemlərdən biri koronavirus pandemiyasıdır. Odur ki, çalışdığınız Kembric Universitetinin Molekulyar Biologiya Laboratoriyasında sözügedən virusun araşdırılmasını necə qiymətləndirmək olar?
- Elm hələ tam mükəmməl deyil və təbiətdə baş verən hadisələrin tam başa düşülməsinə çox vaxt lazımdır. Viruslar və epidemiyalar belə problemlərdən biridir. Hazırda dünya elminin, tibbinin və mühəndisliyin demək olar ki, bütün qüvvələri bu virusla mübarizəyə yönəldilib. O cümlədən bizim institutun da bir qüvvəsi məlum virusun öyrənilməsi üzərində çalışır. Mövcud olan müasir üsullar COVID-19-un molekulyar səviyyədə öyrənilməsinə tətbiq olunur. Əgər virusun molekulyar quruluşu öyrənilərsə, ona qarşı mübarizə aparmaq üçün dərmanlar hazırlanması prosesini sürətləndirmək olar. Əsas istiqamətlər: 1) Tez cavab verən testlərin hazırlanması; 2) Test edərək insanların virusa yoluxub sağalmasını bilmək; 3) Virusdan müalicə üçün dərmanların hazırlanması; 4) Virusun yayılmasının qarşısını almaq üçün vaksinlərin hazırlanması.
Bu yaxınlarda birinci və ikinci problemin həllini gözləmək olar. Üçüncü və dördüncü problemin həlli isə uzun vaxt tələb edir. Əsas problemlərdən biri dərmanların digər effektlərinin olub-olmamasını yoxlamaqdır. Hazırda dünyada beşdən çox vaksinin insanlar üzərində yoxlanılmasına başlanıb. Onlardan biri Böyük Britaniyada həyata keçirilir.
- Professor, sizcə niyə olduqca nəhəng ixtiralara imza atan dünya alimləri koronavirus qarşısında müəyyən mənada desək, aciz qalıb. Ümumiyyətlə dünya əhalisini karantin rejimində saxlamaqla evdə qalmağa məcbur etmək elmin təbiət sirləri qarşısında acizliyini bildirir?
- Bu problemlərin başa düşülməsi və həlli elmi üsulların genişlənməsini, elmə mövcud olandan dəfələrlə çox vəsaitlərin ayrılmasını tələb edir.
a) Təbiətdə olan bütün prosesləri biz hələ tam başa düşmürük. Belə proseslərə iqlimin dəyişməsinin insanlara təsiri daxildir və bu problemə çox ciddi yanaşmaq lazımdır; b) Zəlzələlər və vulkanlar; c) Xəstəliklərin səbəbləri və təsiri; d) Viruslar və onların insanı yoluxdurmasına başlanma prosesi.
Bundan əlavə daha çox fundamental və praktiki problemlər var ki, elmin hazırkı inkişafı onları tam başa düşməyə, qarşısının tamamilə alınmasına imkan vermir. Çox problemlər var, amma bu o demək deyil ki, onlar həll olunmayıb. Məhz elm, təbabət və texnologiya inkişafının birbaşa nəticəsidir ki, 19-cu əsrin əvvəlində dünyada orta yaş müddəti 40 idisə, indi 72-dən yuxarıdır. Bu misalı həmişə texnologiyaya qarşı çıxan adamlara cavab kimi istifadə etmək olar.
Digər tərəfdən gəlin 1918-ci ildə yayılan İspan qripi və COVID-19-a qarşı mübarizə tədbirlərini müqayisə edək. İspan qripinə 500 milyon insan yoluxub, ondan ölənlərin sayı isə 50 milyona yaxın olub. Qrip yayılan dövrdə viruslar haqqında biliklər cüzi idi. Yeri gəlmişkən, virusların öyrənilməsi 19-cu əsrin sonlarına təsadüf edir, 1920-ci illərdə ancaq bir neçə virusun mövcudluğu məlum idi. Riyazi epidemiologiya, riyazi modellər, təbiət, qavranış psixologiyası, tibbi cihazlar və s. mövcud deyildi, yoluxmanı azaltmaq üçün dövlətlərin effektiv strateji planları yox idi. Birinci riyazi model 1927-ci ildə qurulub, bu modelin əsasında İspan qripinin öyrənilməsi dayanır.
Gəlin indi bir az viruslar haqda danışaq. Bu, necə problemdir və həqiqətənmi təbii, qeyri-təbii yarana bilər? Bir neçə il əvvəl nəşr olunmuş virusologiya dərsliyində deyildiyi kimi virusların ümumi sayı kainatda olan ulduzların sayından dəfələrlə çoxdur - hardasa 1024. Əlbəttə bunlar qiymətləndirilmədir, dəqiq sayını heç kim bilmir. İndiyə qədər məlum olan hər bir orqanizmə uyğun viruslar məlumdur, bakteriyalardan başlayaraq, bitkilərə və insanlara qədər. Bir orqanizmi yoluxduran virus sürətlə bölünərək həmin orqanizmin məxsus olduğu bütün orqanizmlərin sayı qədər ola bilər. Məsələn, bir insanda bölünən bir növ virusun sayı 7 milyarddan çox ola bilər. Gəlin bu fikri davam etdirək: yüksək orqanizmlər çoxalanda onların genləri orqanizm daxilində ciddi yoxlanılır və əgər hər hansı yeni gen əvvəlkindən fərqlidirsə onda bu geni məhv etmə mexanizmi başlayır. Viruslarda bu mexanizm zəifdir, bundan əlavə RNT-dən asılı olan müəyyən viruslarda bu yoxlama mexanizmi yoxdur. Buna mutasiya mexanizmi deyilir. Və bunun nəticəsində viruslarda dəyişiklik çox sürətlə gedir. Bundan əlavə, bir növə məxsus olan viruslar genlərini bir-biri ilə dəyişə bilirlər. Buna rekombinasiya mexanizmi deyilir. Bu özü çox maraqlı sahədir. Beləliklə, iki virus genlərini dəyişərək və mutasiya edərək əvvəl yoluxmadığı orqanizmləri yoluxdura bilir. Bizə məlum olan qrip virusu məhz bu mexanizmə görə quşdan, dəvədən və ya yarasadan/panqolindən insana keçə bilir. Əslində epidemiyaların baş verməsi qeyri-adi hadisə deyil, onların az olması daha çox təəccüb doğurur.
21-ci əsrdə bildiyimiz yeni epidemiyaların sayı 6-dır. 20-ci əsrdə belə epidemiyaların sayı 15-dən çox olub. Bu epidemiyaların qarşısını o halda almaq olar ki, bütün dünya alimləri, həkimləri, mühəndisləri, siyasətçiləri öz gücünü bu işin öyrənilməsinə və problem meydana çıxan kimi dərhal həllinə sərf etsinlər, bu yolda birgə işləsinlər. Təəssüflər olsun ki, hazırda dünyanı parçalayan millətçi qüvvələr daha güclüdür və belə birləşməni bu yaxınlarda gözləmək olmaz. Digər tərəfdən dünyanın müxtəlif hissələri bir-birilə əlaqəlidir, təyyarələr və maşınlar səyahətlərə imkan verir. Bu da o deməkdir ki, əvvəl lokal olan epidemiyaların dünyəvi xarakter almasına təəccüblənmək lazım deyil.
Əslində əksər virusologiya və epidemiologiya dərsliklərində pandemiyanın demək olar ki, zəruriliyi haqda danışılır və belə hadisələrə hazır olmağa çağırılır. Adətən gözlənilən epidemiya kimi yeni qrip epidemiyası misal göstərilir.
- Qərib bəy, 21-ci əsrdə dünyada molekulyar biologiya elminin qarşısında hansı çətinliklər və vəzifələr dayanır?
- Problemlərin sayı çoxdur, onları sadalamaq qeyri-mümkündür. Ancaq bir neçəsini qeyd edə bilərəm: a) Xəstəliklərə qarşı mübarizə, onların qarşısının alınması və müalicə üsulları. Bura neyro, xərçəng xəstəlikləri, genetik xəstəliklər daxildir.
b) Beynin öyrənilməsi. Sonuncu, indiyə qədər bəşəriyyət tərəfindən cəhd edilən ən çətin problemdir. Bir insanın beynindəki neyronların sayı 100 milyarddan çoxdur və orta hesabla neyronlar arasında əlaqələrin sayı 10 mindən artıqdır. Bu neyronların və əlaqələrin öyrənilməsi çox mürəkkəb problemdir. Hətta biz bu problemi həll etsək də, yenə beyində gedən prosesləri tam başa düşməyəcəyik. Neyronların öyrənilməsi bizə proseslərin bir məqamda şəklini verir. Proses isə dinamikdir. Bütün neyronların bir-biri ilə əlaqəsi, orqanizmin ayrı hüceyrələrinin bu proseslərə təsiri, ətraf mühitin təsiri və sair. Bu problem şəbəkə dinamikası deyilən riyaziyyatın bir hissəsinə daxildir. Problem həddən artıq böyükdür. Bütün dünyada olan kompüterlərdən istifadə etsək də, bütün insanlar bir problemlə məşğul olsa da, bunu tam həll etmək qeyri-mümkündür.
c) qida problemi. Bu haqda geniş danışmaq olar.
d) bakteriyalar və onların xəstəliklərdə, ayrı proseslərdə rolu. Bakteriya növlərinin sayı digər orqanizm növlərinin sayından dəfələrlə çoxdur. Hərdən belə fikir irəli sürülür ki, Yer kürəsi bakteriyalara məxsusdur. Onlar çox müxtəlif şəraitdə yaşaya bilirlər və s. Bu problemlerin hər biri ilə böyük tədqiqat institutları məşğuldur.
- Son illərdə hansı xəstəliklərin molekulyar səviyyədə araşdırılması onların müalicəsinə dair ümidlər vəd edir?
- Məhz molekulyar və struktur biologiyada əldə olunan nəticələr sayəsində HİV kimi xəstəlikləri müalicə edə bilirik. Ümumiyyətlə hər hansı problemi həll etmək üçün onun başa düşülməsi çox vacibdir. Əgər biz problemi başa düşürüksə, onda həm onun qarşısını almaq, həm də müalicəsi üçün üsullar fikirləşə bilərik. Məsələn, Parkinson, Altsheymer xəstəliklərinin molekulyar səviyyədə tam başa düşülməsi gələcəkdə həm onların qarşısını almaq, həm də müalicəsinə dair imkanl
Kateqoriya: Sağlamlıq | Baxışlar: 631
Apr 27, 2020 6:05 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv azeri aze azerbaycanli azərbaycanlı azərbaycan azəri azərilərin azerilerin azerbaycanlilarin azərbaycanlıların azeride azəridə. Kembric Universitetinin azerbaycanli professoru koronavirusla bagli vacib faktlari acdi Elave felaketlere getirib cixara biler Boyuk Britaniyanin en nufuzlu ali mekteblerinden hesab olunan Kembric Universitetinin Molekulyar Biologiya Laboratoriyasinda tedqiqat qrupunun rehberi hemyerlimiz professor Qerib Mursudov koronavirus pandemiyasi ile bagli aparilan tedqiqatlar ve yasadigi olkede bu virus ile mubarize tedbirlerinden danisib b s b bildirir ki gorkemli professor publika a musahibesinde molekulyar biologiya elminin vezifelerinden ve qarsisinda duran cetinliklerden de soz acib O bildirib ki molekulyar ve struktur biologiya sahesinde elde edilen neticeler sayesinde HIV kimi xesteliklerin mualicesi mumkundur Qeyd edek ki Boyuk Britaniya Kral Statistika Cemiyyetinin uzvu olan Qerib Mursudovun esas elmi nailiyyetleri muasir statistika usullarinin struktur biologiya eksperimentlerinin analizi ve modellesdirilmesine tetbiqi molekulyar saflasdirma ucun en genis yayilmis proqram teminatlarinin hazirlanmasi struktur biologiyasi cemiyyetinin istifadesi ucun bir sira proqram teminatlarinin alqoritmlerin qurulmasi kimi istiqametleri ehate edir b Molekulyar biologiyanin tedqiqat saheleri cox genis olsa da qlobal problemlerden biri koronavirus pandemiyasidir Odur ki calisdiginiz Kembric Universitetinin Molekulyar Biologiya Laboratoriyasinda sozugeden virusun arasdirilmasini nece qiymetlendirmek olar b Elm hele tam mukemmel deyil ve tebietde bas veren hadiselerin tam basa dusulmesine cox vaxt lazimdir Viruslar ve epidemiyalar bele problemlerden biridir Hazirda dunya elminin tibbinin ve muhendisliyin demek olar ki butun quvveleri bu virusla mubarizeye yoneldilib O cumleden bizim institutun da bir quvvesi melum virusun oyrenilmesi uzerinde calisir Movcud olan muasir usullar COVID 19 un molekulyar seviyyede oyrenilmesine tetbiq olunur Eger virusun molekulyar qurulusu oyrenilerse ona qarsi mubarize aparmaq ucun dermanlar hazirlanmasi prosesini suretlendirmek olar Esas istiqametler 1 Tez cavab veren testlerin hazirlanmasi 2 Test ederek insanlarin virusa yoluxub sagalmasini bilmek 3 Virusdan mualice ucun dermanlarin hazirlanmasi 4 Virusun yayilmasinin qarsisini almaq ucun vaksinlerin hazirlanmasi Bu yaxinlarda birinci ve ikinci problemin hellini gozlemek olar Ucuncu ve dorduncu problemin helli ise uzun vaxt teleb edir Esas problemlerden biri dermanlarin diger effektlerinin olub olmamasini yoxlamaqdir Hazirda dunyada besden cox vaksinin insanlar uzerinde yoxlanilmasina baslanib Onlardan biri Boyuk Britaniyada heyata kecirilir b Professor sizce niye olduqca neheng ixtiralara imza atan dunya alimleri koronavirus qarsisinda mueyyen menada desek aciz qalib Umumiyyetle dunya ehalisini karantin rejiminde saxlamaqla evde qalmaga mecbur etmek elmin tebiet sirleri qarsisinda acizliyini bildirir b Bu problemlerin basa dusulmesi ve helli elmi usullarin genislenmesini elme movcud olandan defelerle cox vesaitlerin ayrilmasini teleb edir a Tebietde olan butun prosesleri biz hele tam basa dusmuruk Bele proseslere iqlimin deyismesinin insanlara tesiri daxildir ve bu probleme cox ciddi yanasmaq lazimdir b Zelzeleler ve vulkanlar c Xesteliklerin sebebleri ve tesiri d Viruslar ve onlarin insani yoluxdurmasina baslanma prosesi Bundan elave daha cox fundamental ve praktiki problemler var ki elmin hazirki inkisafi onlari tam basa dusmeye qarsisinin tamamile alinmasina imkan vermir Cox problemler var amma bu o demek deyil ki onlar hell olunmayib Mehz elm tebabet ve texnologiya inkisafinin birbasa neticesidir ki 19 cu esrin evvelinde dunyada orta yas muddeti 40 idise indi 72 den yuxaridir Bu misali hemise texnologiyaya qarsi cixan adamlara cavab kimi istifade etmek olar Diger terefden gelin 1918 ci ilde yayilan Ispan qripi ve COVID 19 a qarsi mubarize tedbirlerini muqayise edek Ispan qripine 500 milyon insan yoluxub ondan olenlerin sayi ise 50 milyona yaxin olub Qrip yayilan dovrde viruslar haqqinda bilikler cuzi idi Yeri gelmisken viruslarin oyrenilmesi 19 cu esrin sonlarina tesaduf edir 1920 ci illerde ancaq bir nece virusun movcudlugu melum idi Riyazi epidemiologiya riyazi modeller tebiet qavranis psixologiyasi tibbi cihazlar ve s movcud deyildi yoluxmani azaltmaq ucun dovletlerin effektiv strateji planlari yox idi Birinci riyazi model 1927 ci ilde qurulub bu modelin esasinda Ispan qripinin oyrenilmesi dayanir Gelin indi bir az viruslar haqda danisaq Bu nece problemdir ve heqiqetenmi tebii qeyri tebii yarana biler Bir nece il evvel nesr olunmus virusologiya dersliyinde deyildiyi kimi viruslarin umumi sayi kainatda olan ulduzlarin sayindan defelerle coxdur hardasa 1024 Elbette bunlar qiymetlendirilmedir deqiq sayini hec kim bilmir Indiye qeder melum olan her bir orqanizme uygun viruslar melumdur bakteriyalardan baslayaraq bitkilere ve insanlara qeder Bir orqanizmi yoluxduran virus suretle bolunerek hemin orqanizmin mexsus oldugu butun orqanizmlerin sayi qeder ola biler Meselen bir insanda bolunen bir nov virusun sayi 7 milyarddan cox ola biler Gelin bu fikri davam etdirek yuksek orqanizmler coxalanda onlarin genleri orqanizm daxilinde ciddi yoxlanilir ve eger her hansi yeni gen evvelkinden ferqlidirse onda bu geni mehv etme mexanizmi baslayir Viruslarda bu mexanizm zeifdir bundan elave RNT den asili olan mueyyen viruslarda bu yoxlama mexanizmi yoxdur Buna mutasiya mexanizmi deyilir Ve bunun neticesinde viruslarda deyisiklik cox suretle gedir Bundan elave bir nove mexsus olan viruslar genlerini bir biri ile deyise bilirler Buna rekombinasiya mexanizmi deyilir Bu ozu cox maraqli sahedir Belelikle iki virus genlerini deyiserek ve mutasiya ederek evvel yoluxmadigi orqanizmleri yoluxdura bilir Bize melum olan qrip virusu mehz bu mexanizme gore qusdan deveden ve ya yarasadan panqolinden insana kece bilir Eslinde epidemiyalarin bas vermesi qeyri adi hadise deyil onlarin az olmasi daha cox teeccub dogurur 21 ci esrde bildiyimiz yeni epidemiyalarin sayi 6 dir 20 ci esrde bele epidemiyalarin sayi 15 den cox olub Bu epidemiyalarin qarsisini o halda almaq olar ki butun dunya alimleri hekimleri muhendisleri siyasetcileri oz gucunu bu isin oyrenilmesine ve problem meydana cixan kimi derhal helline serf etsinler bu yolda birge islesinler Teessufler olsun ki hazirda dunyani parcalayan milletci quvveler daha gucludur ve bele birlesmeni bu yaxinlarda gozlemek olmaz Diger terefden dunyanin muxtelif hisseleri bir birile elaqelidir teyyareler ve masinlar seyahetlere imkan verir Bu da o demekdir ki evvel lokal olan epidemiyalarin dunyevi xarakter almasina teeccublenmek lazim deyil Eslinde ekser virusologiya ve epidemiologiya dersliklerinde pandemiyanin demek olar ki zeruriliyi haqda danisilir ve bele hadiselere hazir olmaga cagirilir Adeten gozlenilen epidemiya kimi yeni qrip epidemiyasi misal gosterilir b Qerib bey 21 ci esrde dunyada molekulyar biologiya elminin qarsisinda hansi cetinlikler ve vezifeler dayanir b Problemlerin sayi coxdur onlari sadalamaq qeyri mumkundur Ancaq bir necesini qeyd ede bilerem a Xesteliklere qarsi mubarize onlarin qarsisinin alinmasi ve mualice usullari Bura neyro xerceng xestelikleri genetik xestelikler daxildir b Beynin oyrenilmesi Sonuncu indiye qeder beseriyyet terefinden cehd edilen en cetin problemdir Bir insanin beynindeki neyronlarin sayi 100 milyarddan coxdur ve orta hesabla neyronlar arasinda elaqelerin sayi 10 minden artiqdir Bu neyronlarin ve elaqelerin oyrenilmesi cox murekkeb problemdir Hetta biz bu problemi hell etsek de yene beyinde geden prosesleri tam basa dusmeyeceyik Neyronlarin oyrenilmesi bize proseslerin bir meqamda seklini verir Proses ise dinamikdir Butun neyronlarin bir biri ile elaqesi orqanizmin ayri huceyrelerinin bu proseslere tesiri etraf muhitin tesiri ve sair Bu problem sebeke dinamikasi deyilen riyaziyyatin bir hissesine daxildir Problem hedden artiq boyukdur Butun dunyada olan komputerlerden istifade etsek de butun insanlar bir problemle mesgul olsa da bunu tam hell etmek qeyri mumkundur c qida problemi Bu haqda genis danismaq olar d bakteriyalar ve onlarin xesteliklerde ayri proseslerde rolu Bakteriya novlerinin sayi diger orqanizm novlerinin sayindan defelerle coxdur Herden bele fikir ireli surulur ki Yer kuresi bakteriyalara mexsusdur Onlar cox muxtelif seraitde yasaya bilirler ve s Bu problemlerin her biri ile boyuk tedqiqat institutlari mesguldur Son illerde hansi xesteliklerin molekulyar seviyyede arasdirilmasi onlarin mualicesine dair umidler ved edir Mehz molekulyar ve struktur biologiyada elde olunan neticeler sayesinde HIV kimi xestelikleri mualice ede bilirik Umumiyyetle her hansi problemi hell etmek ucun onun basa dusulmesi cox vacibdir Eger biz problemi basa dusurukse onda hem onun qarsisini almaq hem de mualicesi ucun usullar fikirlese bilerik Meselen Parkinson Altsheymer xesteliklerinin molekulyar seviyyede tam basa dusulmesi gelecekde hem onlarin qarsisini almaq hem de mualicesine dair imkanl