Alimlər koronavirus barədə sensasion nəticəyə gəliblər
İspaniyada alimlər koronavirusun ölkəyə daxil olması barədə tədqiqat apararaq sensasion nəticəyə gəliblər.
www.NiNa.Az AZƏRTAC-a istinadən bildirir ki, alımlər COVID-19 xəstəliyinə tutulan şəxslərin bioloji materialını tədqiq ediblər. Məlum olub ki, infeksiya ölkəyə 15 müxtəlif yolla - digər avropalılar və çinlilərlə təmas nəticəsində daxil ola bilərdi.
"Tədqiqatın ilkin nəticələri göstərir ki, yeni koronavirus artıq fevralın ortalarından başlayaraq ölkədə sirkulyasiya edir və sıfırıncı pasientin varlığı istisna olunur", - deyə tədqiqatın müəllifləri bildirir.
III Karlos adına Madrid Sağlamlıq İnstitutunun alimləri ölkənin müxtəlif regionlarında yaşayan pasientlərdən test nümunələri götürüblər. Aydın olub ki, yoluxan ispanların əksəriyyəti yanvarın sonlarında Şanxayda qeydə alınan G və S ailəsindən olan SARS-Cov-2 virusunun daşıyıcısıdır.
Mütəxəssislərin fikrincə, koronavirusun Şanxay tipi İspaniyaya Çindən daxil olmayıb. Xəstəlik öncə futbol azarkeşlərinin və oyunçuların özlərinin gətirdiyi Valensiyadan başlayıb.
Bir qədər öncə, Berqamo şəhərinin meri Corcio Qori fevralın 19-da Milan şəhərində "Atalanta" və "Valensiya" klubları arasında keçirilən futbol oyununun 40 min azarkeşin yoluxması ilə nəticələndiyi barədə bəyanat vermişdi. Lombardiya əyalətinin administrativ mərkəzində keçirilən oyuna tamaşa etmək üçün İspaniyadan 2,5 minə yaxın azarkeş gəlmişdi.
Alimlərin fikrincə, koronavirus üzərində qələbə qazanmaq üçün nəinki keçmişi analiz etmək, həm də infeksiyanın sonrakı davranışını da proqnozlaşdırmaq lazımdır.
Qeyd edək ki, mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan "Worldometers" saytının Bakı vaxtı ilə bu gün saat 21:00-a olan məlumatına əsasən, dünyada 2 milyon 787 mindən çox yoluxma və 194 min 534 ölüm faktı qeydə alınıb, 771 min 74 nəfər isə COVID-19 xəstəliyindən sağalıb.
Kateqoriya: Sağlamlıq | Baxışlar: 336
Apr 26, 2020 3:33 AM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Alimler koronavirus barede sensasion neticeye gelibler Ispaniyada alimler koronavirusun olkeye daxil olmasi barede tedqiqat apararaq sensasion neticeye gelibler b s b AZERTAC a istinaden bildirir ki alimler COVID 19 xesteliyine tutulan sexslerin bioloji materialini tedqiq edibler Melum olub ki infeksiya olkeye 15 muxtelif yolla diger avropalilar ve cinlilerle temas neticesinde daxil ola bilerdi Tedqiqatin ilkin neticeleri gosterir ki yeni koronavirus artiq fevralin ortalarindan baslayaraq olkede sirkulyasiya edir ve sifirinci pasientin varligi istisna olunur deye tedqiqatin muellifleri bildirir III Karlos adina Madrid Saglamliq Institutunun alimleri olkenin muxtelif regionlarinda yasayan pasientlerden test numuneleri goturubler Aydin olub ki yoluxan ispanlarin ekseriyyeti yanvarin sonlarinda Sanxayda qeyde alinan G ve S ailesinden olan SARS Cov 2 virusunun dasiyicisidir Mutexessislerin fikrince koronavirusun Sanxay tipi Ispaniyaya Cinden daxil olmayib Xestelik once futbol azarkeslerinin ve oyuncularin ozlerinin getirdiyi Valensiyadan baslayib Bir qeder once Berqamo seherinin meri Corcio Qori fevralin 19 da Milan seherinde Atalanta ve Valensiya klublari arasinda kecirilen futbol oyununun 40 min azarkesin yoluxmasi ile neticelendiyi barede beyanat vermisdi Lombardiya eyaletinin administrativ merkezinde kecirilen oyuna tamasa etmek ucun Ispaniyadan 2 5 mine yaxin azarkes gelmisdi Alimlerin fikrince koronavirus uzerinde qelebe qazanmaq ucun neinki kecmisi analiz etmek hem de infeksiyanin sonraki davranisini da proqnozlasdirmaq lazimdir Qeyd edek ki mart ayinin 11 de Dunya Sehiyye Teskilati COVID 19 xesteliyine sebeb olan yeni koronavirusun yayilmasini pandemiya elan edib Pandemiyanin statistikasini aparan Worldometers saytinin Baki vaxti ile bu gun saat 21 00 a olan melumatina esasen dunyada 2 milyon 787 minden cox yoluxma ve 194 min 534 olum fakti qeyde alinib 771 min 74 nefer ise COVID 19 xesteliyinden sagalib