“...Qırmızı koftalı, yaşıl tumanlı...” - Xan Şuşinski bayrağımızı gizli musiqi ilə vəsf etmişdi - MARAQLI
9 noyabr Dövlət Bayrağı günüdür. Məşhur "Şuşanın dağları" mahnısının da üçrəngli bayraqla bağlılığı var.
www.NiNa.Az Modern.az-a istinadən mahnının yaranması və onun yazılma tarixini sizlərə təqdim edir.
Xalq mahnısı kimi tanınan, indiyədək bir çox sənətkarlar tərəfindən ifa edilən, Şuşanın gözəllikləri əks olunan bu mahnının ilk ifaçısı Xan Şuşinski olub. Xan Şuşinski səsinin qanadlarında təkcə dünyanı dolaşmırdı. O, eyni zamanda, Azərbaycan xalqının zəngin musiqi mədəniyyətini bütün dünyaya tanıdırdı. Buna görə də böyük nüfuz və hörmət-izzət sahibi olub. Mürəkkəb muğamların mahir bilicisi və ifaçısı olan Xan Şuşinski Azərbaycan milli musiqisinin təbliği yolunda böyük nailiyyətlərə imza atıb. Səsinin ahəngi zəngulələrə böyük imkanlar açıb. O, muğamların ruhuna uyğun qəzəllər seçməkdə də mahir olub.
Əsl adı İsfəndiyar Aslan oğlu Cavanşirov olan Xan Şuşinski Şuşada, musiqi və muğam beşiyinin bünövrəsini qoymuş məşhur Cavanşirlər sülaləsinin nəsil daşıyıcılarından idi.
Xan Şuşinski təkcə muğam ustası olmayıb, o, eyni zamanda, həm şeir yazır, həm də mahnı bəstələyirmiş. Lakin uzun müddət onun bəstələri xalq mahnısı kimi təqdim edilib. Bir çox hallarda xalq mahnısı kimi təqdim edilən "Şuşanın dağları" mahnısının sözləri də Xan əminindir. Deyilənlərə görə, o zaman mahnının sözlərinə "siyasi don" geyindirənlər tapılıb və bəstəkar-xanəndəni çək-çevirə də salıblar. Şuşanın dağlarının başının niyə dumanlı olması, bununla onun nə demək istəməsi barədə sorğu-sual, az qala, istintaq səviyyəsinədək yüksəlibmiş. Bundan yaxa qurtarmaq üçün hətta Xan Şuşinski mahnının sözlərini bilərəkdən dəyişib, "Şuşanın dağları deyil dumanlı" şəklində də ifa edibmiş.
Şuşanın dağları başı dumanlı,
Qırmızı koftalı yaşıl tumanlı.
Bu mahnıya görə uzun müddət təqiblərə məruz qalan Xan Şuşinski Sovetlərin "milli mənəviyyatı məhvetmə" siyasəti zamanı Azərbaycanın dövlət rəmzini musiqi ilə vəsf etdi: mavi səması dumanlı, qırmızı koftaya bürünən ətəyi yaşıl Azərbaycan. Bu ideoloji mübarizənin bu gün də dinlənilən, unudulmayan nümunəsidir.
Göy qırmızı və yaşıl rənglər ilk müstəqil Azərbaycan dövlətinin rəmzində əks olunur. Hələ 1918-ci ildə qəbul edilən üçrəngli bayraq ölkəmizin türkçülüyünü, müasirliyini və İslam dininə mənsub olduğunu göstərir. Bayraqda təsvir olunan aypara və ulduza gəldikdə isə bu barədə çoxlu fərziyyələr var.
Aypara ilk dəfə Bizans imperiyasında yaranan qədim türk rəmzidir. Konstontinopolun fəthindən başlayaraq türklər uzun müddət işğal etdikləri ərazilərdə öz simvolu kimi ayparadan istifadə edirdilər. Sonradan bu simvol İslamın rəmzi kimi də istifadə olunmağa başladı. Çünki, türklər müsəlman dünyasında ən böyük imperiyanın yaradıcıları idi. Nəticə odur ki, bayraqdakı aypara bir türk dövlətindən xəbər verir.
Səkkizguşəli ulduz isə əski Azərbaycan əlifbasında Azərbaycan sözündəki hərflərin sayıdır. Tarixi mənbələrin əksəriyyəti səkkizgüşəli ulduza bu cür açıqlama versə də, bəzən bu simvolun 8 sərkərdə ilə bağlı olduğunu da deyirlər. Amma mübahisəli variant tək bu deyil.
Bir sözlə tarix bizdən çox şeyi gizlədir. Əsas odur ki, biz tariximizi bilək və gizlətməyək. Azərbaycanın qədim tarixi var və bu özünü dövlət rəmzlərində, onların etimalogiyasında açıq-aydın göstərir.
Sənət o zaman sevilir ki, sənətkarda xarakter bütöv olsun. Kamil sənətkar eyni zamanda həm də şəxsiyyət kimi formalaşmış insan deməkdir. Xan Şuşinskidə bu fəlsəfi anlamlar bitkin və bütöv olduğundan, o, sözün əsl mənasında, ustad və şəxsiyyət kimi tanınıb. O, bütün muğamları məharətlə ifa edirdi. Ritmik muğamları isə qeyri-adi bir ustalıqla oxuyar, dinləyicidə böyük ruh yüksəkliyi yaradardı. Azərbaycan musiqi tarixinin əvəzsiz korifeyi sayılan Xan Şuşinskinin səsinin yadigarı kimi onun 40 saatlıq lent yazısı qalıb.
Şuşanın dağlarının başı dumanlı olsa da, o yerlərə qayıtmağa hələ çoxdu gümanlı...
Kateqoriya: Mədəniyyət | Baxışlar: 1023
Nov 10, 2019 7:37 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Qirmizi koftali yasil tumanli Xan Susinski bayragimizi gizli musiqi ile vesf etmisdi MARAQLI b 9 noyabr Dovlet Bayragi gunudur Meshur Susanin daglari mahnisinin da ucrengli bayraqla bagliligi var b b s b Modern az a istinaden mahninin yaranmasi ve onun yazilma tarixini sizlere teqdim edir Xalq mahnisi kimi taninan indiyedek bir cox senetkarlar terefinden ifa edilen Susanin gozellikleri eks olunan bu mahninin ilk ifacisi Xan Susinski olub Xan Susinski sesinin qanadlarinda tekce dunyani dolasmirdi O eyni zamanda Azerbaycan xalqinin zengin musiqi medeniyyetini butun dunyaya tanidirdi Buna gore de boyuk nufuz ve hormet izzet sahibi olub Murekkeb mugamlarin mahir bilicisi ve ifacisi olan Xan Susinski Azerbaycan milli musiqisinin tebligi yolunda boyuk nailiyyetlere imza atib Sesinin ahengi zengulelere boyuk imkanlar acib O mugamlarin ruhuna uygun qezeller secmekde de mahir olub Esl adi Isfendiyar Aslan oglu Cavansirov olan Xan Susinski Susada musiqi ve mugam besiyinin bunovresini qoymus meshur Cavansirler sulalesinin nesil dasiyicilarindan idi Xan Susinski tekce mugam ustasi olmayib o eyni zamanda hem seir yazir hem de mahni besteleyirmis Lakin uzun muddet onun besteleri xalq mahnisi kimi teqdim edilib Bir cox hallarda xalq mahnisi kimi teqdim edilen Susanin daglari mahnisinin sozleri de Xan eminindir Deyilenlere gore o zaman mahninin sozlerine siyasi don geyindirenler tapilib ve bestekar xanendeni cek cevire de saliblar Susanin daglarinin basinin niye dumanli olmasi bununla onun ne demek istemesi barede sorgu sual az qala istintaq seviyyesinedek yukselibmis Bundan yaxa qurtarmaq ucun hetta Xan Susinski mahninin sozlerini bilerekden deyisib Susanin daglari deyil dumanli seklinde de ifa edibmis Susanin daglari basi dumanli Qirmizi koftali yasil tumanli Bu mahniya gore uzun muddet teqiblere meruz qalan Xan Susinski Sovetlerin milli meneviyyati mehvetme siyaseti zamani Azerbaycanin dovlet remzini musiqi ile vesf etdi mavi semasi dumanli qirmizi koftaya burunen eteyi yasil Azerbaycan Bu ideoloji mubarizenin bu gun de dinlenilen unudulmayan numunesidir Goy qirmizi ve yasil rengler ilk musteqil Azerbaycan dovletinin remzinde eks olunur Hele 1918 ci ilde qebul edilen ucrengli bayraq olkemizin turkculuyunu muasirliyini ve Islam dinine mensub oldugunu gosterir Bayraqda tesvir olunan aypara ve ulduza geldikde ise bu barede coxlu ferziyyeler var Aypara ilk defe Bizans imperiyasinda yaranan qedim turk remzidir Konstontinopolun fethinden baslayaraq turkler uzun muddet isgal etdikleri erazilerde oz simvolu kimi ayparadan istifade edirdiler Sonradan bu simvol Islamin remzi kimi de istifade olunmaga basladi Cunki turkler muselman dunyasinda en boyuk imperiyanin yaradicilari idi Netice odur ki bayraqdaki aypara bir turk dovletinden xeber verir Sekkizguseli ulduz ise eski Azerbaycan elifbasinda Azerbaycan sozundeki herflerin sayidir Tarixi menbelerin ekseriyyeti sekkizguseli ulduza bu cur aciqlama verse de bezen bu simvolun 8 serkerde ile bagli oldugunu da deyirler Amma mubahiseli variant tek bu deyil Bir sozle tarix bizden cox seyi gizledir Esas odur ki biz tariximizi bilek ve gizletmeyek Azerbaycanin qedim tarixi var ve bu ozunu dovlet remzlerinde onlarin etimalogiyasinda aciq aydin gosterir Senet o zaman sevilir ki senetkarda xarakter butov olsun Kamil senetkar eyni zamanda hem de sexsiyyet kimi formalasmis insan demekdir Xan Susinskide bu felsefi anlamlar bitkin ve butov oldugundan o sozun esl menasinda ustad ve sexsiyyet kimi taninib O butun mugamlari meharetle ifa edirdi Ritmik mugamlari ise qeyri adi bir ustaliqla oxuyar dinleyicide boyuk ruh yuksekliyi yaradardi Azerbaycan musiqi tarixinin evezsiz korifeyi sayilan Xan Susinskinin sesinin yadigari kimi onun 40 saatliq lent yazisi qalib Susanin daglarinin basi dumanli olsa da o yerlere qayitmaga hele coxdu gumanli