COVID-19 xəstəliyinə qarşı hazırda 155 dərman preparatı və 79 peyvənd üzərində tədqiqat aparılır
Hazırda dünyanın müxtəlif ölkələrində COVID-19 xəstəliyinə qarşı 155 dərman preparatı və 79 peyvənd üzərində tədqiqat aparılır.
www.NiNa.Az AZƏRTAC-a istinadən bildirir ki, bu məlumatı Sağlamlıq Texnologiyalarının Qiymətləndirilməsi üzrə Avstriya İnstitutu (AIHTA) yayıb. İnstitutun əməkdaşları bütün dünya üzrə aparılan tədqiqat proseslərini qiymətləndirərək, dərman preparatları və peyvəndlər barədə maraqlı məlumatlar əldə ediblər.
İnstitutdan bildirilir ki, dərman preparatlarının əksəriyyəti hazırda digər infeksiyalara qarşı tətbiq olunurlar və onların COVID-19 xəstəliyinə qarşı da effektli olacağı yoxlanılır. Lakin peyvəndlərdən hələ heç biri sınaq mərhələsini keçə bilməyib.
Dərman preparatlarının hamısı bir və ya bir neçə antiviral təsir maddələrinə əsaslanır. Bunların içərisində Remdesivir, Lopinavir və Ritonavir (ticari adı: Kaletra), Favipirvir (Avigan), Darunavir (Prezista) və digər təsir maddələrindən geniş istifadə edilir.
Araşdırma zamanı peyvənd sınaqlarında daha çox zəiflədilmiş virus stamları (virus zülallarını daşıyan "ölü peyvəndlər") və xüsusi DNT və ya mRNA-ya malik gen əsaslı peyvənd maddələrinə üstünlük verildiyi müəyyən edilib. Eyni zamanda müəyyən edilib ki, on bir dərman preparatı və səkkiz peyvənd nümunələri kliniki tədqiqat və sınaqlarda təkmil mərhələyə çatıblar və elmi ədəbiyyatlarda onların uğur qazanacağı vəd olunur.
Qeyd edilməlidir ki, Avstriya Federal Səhiyyə Nazirliyinin sifarişi ilə hazırlanan araşdırmada əsas məqsəd hazırda dünyada COVID-19 xəstəliyinə qarşı hansı dərman və peyvəndlər üzərində tədqiqat aparıldığını öyrənmək və müvafiq zaman yetişdikdə yerli səhiyyə sistemi üçün bir neçə dərman və ya peyvənd arasından ən uyğun olanının seçimini təmin etməkdir.
Kateqoriya: Sağlamlıq | Baxışlar: 325
Apr 22, 2020 12:38 AM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . COVID 19 xesteliyine qarsi hazirda 155 derman preparati ve 79 peyvend uzerinde tedqiqat aparilir Hazirda dunyanin muxtelif olkelerinde COVID 19 xesteliyine qarsi 155 derman preparati ve 79 peyvend uzerinde tedqiqat aparilir b s b AZERTAC a istinaden bildirir ki bu melumati Saglamliq Texnologiyalarinin Qiymetlendirilmesi uzre Avstriya Institutu AIHTA yayib Institutun emekdaslari butun dunya uzre aparilan tedqiqat proseslerini qiymetlendirerek derman preparatlari ve peyvendler barede maraqli melumatlar elde edibler Institutdan bildirilir ki derman preparatlarinin ekseriyyeti hazirda diger infeksiyalara qarsi tetbiq olunurlar ve onlarin COVID 19 xesteliyine qarsi da effektli olacagi yoxlanilir Lakin peyvendlerden hele hec biri sinaq merhelesini kece bilmeyib Derman preparatlarinin hamisi bir ve ya bir nece antiviral tesir maddelerine esaslanir Bunlarin icerisinde Remdesivir Lopinavir ve Ritonavir ticari adi Kaletra Favipirvir Avigan Darunavir Prezista ve diger tesir maddelerinden genis istifade edilir Arasdirma zamani peyvend sinaqlarinda daha cox zeifledilmis virus stamlari virus zulallarini dasiyan olu peyvendler ve xususi DNT ve ya mRNA ya malik gen esasli peyvend maddelerine ustunluk verildiyi mueyyen edilib Eyni zamanda mueyyen edilib ki on bir derman preparati ve sekkiz peyvend numuneleri kliniki tedqiqat ve sinaqlarda tekmil merheleye catiblar ve elmi edebiyyatlarda onlarin ugur qazanacagi ved olunur Qeyd edilmelidir ki Avstriya Federal Sehiyye Nazirliyinin sifarisi ile hazirlanan arasdirmada esas meqsed hazirda dunyada COVID 19 xesteliyine qarsi hansi derman ve peyvendler uzerinde tedqiqat aparildigini oyrenmek ve muvafiq zaman yetisdikde yerli sehiyye sistemi ucun bir nece derman ve ya peyvend arasindan en uygun olaninin secimini temin etmekdir