Qoruyucu vasitələrdən təkrar istifadə etmək düzgün deyil
Zəmanəmizin bəlasına çevrilən koronavirus (COVID-19) infeksiyasından güclü immunitet və gigiyenik qaydalara düzgün əməl etməklə qorunmaq mümkündür. Virusla mübarizədə istifadə olunan maska və əlcəklər ən vacib qoruyucu vasitələrdən biridir. Lakin onların qoruyucu gücü fərqli olduğundan seçim edərkən yanılmamaq lazımdır.
www.NiNa.Az AZƏRTAC-a istinadən bildirir ki, pediatr-infeksionist Aytən Ziyadova deyib: "Qoruyucu vasitələr, xüsusən maskalar bir neçə cür olur. N95 maskalarından əsasən cərrahlar, virusoloq, epidemioloq və infeksionistlər istifadə edirlər. Həmin maskalar üzə daha kip oturur və ətrafdan havanın daxil olmasına imkan vermir. Əhalinin isə sadə maskalardan istifadə etməsi məsləhətdir. İnfeksiya əsasən gözün selikli qişası, ağız və burun, eləcə də zədələnmiş bədən nahiyələrindən yayılır. Dəridə zədə olduqda əlcəklərdən istifadə etmək zəruridir".
Pediatr-infeksionistin dediyinə görə, viruslar maska və əlcəklərdə toplandığı üçün onların təkrar istifadə edilməsi tövsiyə olunmur. Bəzən sterilizasiya ediləndən sonra maskalar qurudub təkrar istifadə olunsa da, mütəxəssislər bunu düzgün saymırlar. Əlcəklərin də təkrar istifadəsi yolverilməzdir. Onları soyunarkən arxaya, yəni tərs üzünə çevirərək çıxarmaq və atmaq lazımdır.
Mütəxəssislər bildirirlər ki, tibbi maskaların istifadə müddəti 2-3 saatdır. Daha uzun müddət eyni maskadan istifadə etmək tənəffüs sistemində problem yarada bilər. Təmiz havada isə maskadan istifadə etmək məsləhət görülmür.
Kateqoriya: Sağlamlıq | Baxışlar: 372
Apr 20, 2020 3:48 AM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Qoruyucu vasitelerden tekrar istifade etmek duzgun deyil Zemanemizin belasina cevrilen koronavirus COVID 19 infeksiyasindan guclu immunitet ve gigiyenik qaydalara duzgun emel etmekle qorunmaq mumkundur Virusla mubarizede istifade olunan maska ve elcekler en vacib qoruyucu vasitelerden biridir Lakin onlarin qoruyucu gucu ferqli oldugundan secim ederken yanilmamaq lazimdir b s b AZERTAC a istinaden bildirir ki pediatr infeksionist Ayten Ziyadova deyib Qoruyucu vasiteler xususen maskalar bir nece cur olur N95 maskalarindan esasen cerrahlar virusoloq epidemioloq ve infeksionistler istifade edirler Hemin maskalar uze daha kip oturur ve etrafdan havanin daxil olmasina imkan vermir Ehalinin ise sade maskalardan istifade etmesi meslehetdir Infeksiya esasen gozun selikli qisasi agiz ve burun elece de zedelenmis beden nahiyelerinden yayilir Deride zede olduqda elceklerden istifade etmek zeruridir Pediatr infeksionistin dediyine gore viruslar maska ve elceklerde toplandigi ucun onlarin tekrar istifade edilmesi tovsiye olunmur Bezen sterilizasiya edilenden sonra maskalar qurudub tekrar istifade olunsa da mutexessisler bunu duzgun saymirlar Elceklerin de tekrar istifadesi yolverilmezdir Onlari soyunarken arxaya yeni ters uzune cevirerek cixarmaq ve atmaq lazimdir Mutexessisler bildirirler ki tibbi maskalarin istifade muddeti 2 3 saatdir Daha uzun muddet eyni maskadan istifade etmek teneffus sisteminde problem yarada biler Temiz havada ise maskadan istifade etmek meslehet gorulmur