"Uşaqlar da yoluxur, klinikamızda 6 yaşlı uşaq koronavirusdan müalicə olunur"- Baş həkimdən AÇIQLAMA
"Uşaqların koronavirusa yoluxmadığını demək düzgün deyil. Uşaqlar da bu virusa yoluxur. Ümumiyyətlə, uşaqlar, gənc nəsil bu infeksiyanı adətən yüngül, çox zaman da simptomsuz keçirirlər".
www.NiNa.Az e-tibb.az-a istinadən bildirir ki, bunu tanınmış uşaq cərrahı, Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq cərrahiyyəsi kafedrasının müdiri, hazırda koronaviruslu xəstələrin müalicə olunduğu Tədris Cərrahiyyə Klinkasının baş həkimi Ramiz Poluxov deyib: "TƏBİB-in açıqladığı məlumatda da bildirilir ki, Azərbaycanda yoluxanlar arasında 2 yaşlı uşaq da var. Bizim klinikada da 6 yaşlı uşaq müalicə olunur. Ona görə də uşaqlar koronavirusa yoluxmur demək doğru deyil. Yaşlı insanlar, digər əhalimiz kimi uşaqları da qorumaq lazımdır".
Uşaq cərrahı, əhaliyə müraciət edərək pandemiya dövründə planlı əməliyyatların təxirə salındığını vurğulayıb: "Təcili olmayan, planlı əməliyyatlara görə tələsmək olmaz. İnşallah, koronavirus infeksiyasına qalib gələndən sonra o işlər də görüləcək".
R. Poluxov deyib ki, bu gün başqa ölkələrlə müqayisədə Azərbaycanda virusun az yayılması, sevindirici haldır: "Bu da dövlət rəhbərliyinin vaxtında atdığı addımların nəticəsidir".
Baş həkim, Tədris Cərrahiyyə Klinikasında müalicə olunanların arasında ciddi ağır xəsə olmadığını, əksəriyyətinin vəziyyətinin stabil olduğunu deyib: "Koronavirus gözə görünməyən düşmən, bəşəriyyətin düşmənidir. Covid-19 yeni bir infeksiyadır. Hələ tam öyrənilməyib. Bədənə düşəndə özünü necə apardığı tam məlum deyil. Bu, bədənin ümumi vəziyyətindən, yanaşı xəstəliklərdən asılıdır. Ona görə də hər hansı simptom olan kimi həkimə müraciət etmək lazımdır".
Həkim, virusdan qorunmaq üçün tibbi maska, əlcək taxmağı, sosial məsafə saxlamağı, əlləri tez-tez yumağı, lazım olmadıqda evdən çıxmamağı tövsiyə edib.
Kateqoriya: Sağlamlıq | Baxışlar: 349
Apr 18, 2020 7:44 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Usaqlar da yoluxur klinikamizda 6 yasli usaq koronavirusdan mualice olunur Bas hekimden ACIQLAMA Usaqlarin koronavirusa yoluxmadigini demek duzgun deyil Usaqlar da bu virusa yoluxur Umumiyyetle usaqlar genc nesil bu infeksiyani adeten yungul cox zaman da simptomsuz kecirirler b s b e tibb az a istinaden bildirir ki bunu taninmis usaq cerrahi Azerbaycan Tibb Universitetinin ATU Usaq cerrahiyyesi kafedrasinin mudiri hazirda koronaviruslu xestelerin mualice olundugu Tedris Cerrahiyye Klinkasinin bas hekimi Ramiz Poluxov deyib TEBIB in aciqladigi melumatda da bildirilir ki Azerbaycanda yoluxanlar arasinda 2 yasli usaq da var Bizim klinikada da 6 yasli usaq mualice olunur Ona gore de usaqlar koronavirusa yoluxmur demek dogru deyil Yasli insanlar diger ehalimiz kimi usaqlari da qorumaq lazimdir Usaq cerrahi ehaliye muraciet ederek pandemiya dovrunde planli emeliyyatlarin texire salindigini vurgulayib Tecili olmayan planli emeliyyatlara gore telesmek olmaz Insallah koronavirus infeksiyasina qalib gelenden sonra o isler de gorulecek R Poluxov deyib ki bu gun basqa olkelerle muqayisede Azerbaycanda virusun az yayilmasi sevindirici haldir Bu da dovlet rehberliyinin vaxtinda atdigi addimlarin neticesidir Bas hekim Tedris Cerrahiyye Klinikasinda mualice olunanlarin arasinda ciddi agir xese olmadigini ekseriyyetinin veziyyetinin stabil oldugunu deyib Koronavirus goze gorunmeyen dusmen beseriyyetin dusmenidir Covid 19 yeni bir infeksiyadir Hele tam oyrenilmeyib Bedene dusende ozunu nece apardigi tam melum deyil Bu bedenin umumi veziyyetinden yanasi xesteliklerden asilidir Ona gore de her hansi simptom olan kimi hekime muraciet etmek lazimdir Hekim virusdan qorunmaq ucun tibbi maska elcek taxmagi sosial mesafe saxlamagi elleri tez tez yumagi lazim olmadiqda evden cixmamagi tovsiye edib