"Milli Hematologiya və Transfuziologiya Mərkəzində (Talassemiya Mərkəzi) qan təchizatı və təminatı ilə bağlı heç bir problem yoxdur".
Bu barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib. Məlumata əsasən, qan təminatı ötən aylarda olduğu kimi aparılır: "Pandemiya dövründə qan vermək təhlükəsizdir. Bununla bağlı TƏBİB tərəfindən mütəmadi paylaşımlar, eləcə də çağırışlar da ediləcək. Başa düşməliyik ki, donorluq daimi ehtiyac, təcili və təxirə salınmaz məqamdır. Buna görə də vətəndaşlara müraciət edirik ki, karantin rejiminin qaydalarını pozmamaq şərti ilə Mərkəzi Qan Bankına gələrək donorluq etməyə davam etsinlər. Qan Bankları 24 saat açıqdır, sterilliyi və təhlükəsizliyi təmin etmək üçün xüsusi tədbirlər görülür".
Məlumatda qeyd olunub ki, qan bağışlamaq təhlükəsiz bir prosesdir, insanlar donor olmaqdan çəkinməməlidir: "Donorlarımızın və tibb işçilərimizin təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər həyata keçiririk. Qan çatışmazlığı həyatları qandan asılı olan hemotoloji xəstələrin, təcili əməliyyata ehtiyacı olan şəxslərin, avtomobil qəzaları və digər fövqəladə halların qurbanlarının həyatda qalmalarına mənfi təsir göstərə bilər.
Məhdudiyyət yalnız vacib olmayan səyahət, restoran, klub və və teatr kimi yerləri əhatə edir. Qanvermə isə zəruridir. Donor olmağınıza ehtiyacımız var".
Kateqoriya: Sağlamlıq | Baxışlar: 194
Apr 18, 2020 3:32 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Pandemiya dovrunde nece qan vermek olar Milli Hematologiya ve Transfuziologiya Merkezinde Talassemiya Merkezi qan techizati ve teminati ile bagli hec bir problem yoxdur Bu barede Tibbi Erazi Bolmelerinin Idareetme Birliyinden TEBIB bildirilib Melumata esasen qan teminati oten aylarda oldugu kimi aparilir Pandemiya dovrunde qan vermek tehlukesizdir Bununla bagli TEBIB terefinden mutemadi paylasimlar elece de cagirislar da edilecek Basa dusmeliyik ki donorluq daimi ehtiyac tecili ve texire salinmaz meqamdir Buna gore de vetendaslara muraciet edirik ki karantin rejiminin qaydalarini pozmamaq serti ile Merkezi Qan Bankina gelerek donorluq etmeye davam etsinler Qan Banklari 24 saat aciqdir sterilliyi ve tehlukesizliyi temin etmek ucun xususi tedbirler gorulur Melumatda qeyd olunub ki qan bagislamaq tehlukesiz bir prosesdir insanlar donor olmaqdan cekinmemelidir Donorlarimizin ve tibb iscilerimizin tehlukesizliyini temin etmek ucun elave tedbirler heyata keciririk Qan catismazligi heyatlari qandan asili olan hemotoloji xestelerin tecili emeliyyata ehtiyaci olan sexslerin avtomobil qezalari ve diger fovqelade hallarin qurbanlarinin heyatda qalmalarina menfi tesir gostere biler Mehdudiyyet yalniz vacib olmayan seyahet restoran klub ve ve teatr kimi yerleri ehate edir Qanverme ise zeruridir Donor olmaginiza ehtiyacimiz var