Yeni araşdırma: koronavirus dörd metr radiusda yayıla bilər
ABŞ-ın xəstəliklərə nəzarət və profilaktika mərkəzlərinin məlumatlarına görə, koronavirus xəstələri olan xəstəxanalardakı hava nümunələri üzərində aparılan yeni araşdırmalardan virusun 4 metrə qədər hərəkət edə bilməsi bəlli olub.
www.NiNa.Az AZƏRTAC-a istinadən bildirir ki, araşdırmanın nəticələri Amerika agentliyi tərəfindən nəşr olunan "Yeni yoluxucu xəstəliklər" jurnalında çap edilib. Pekindəki Hərbi Tibb Akademiyasının tədqiqatçıları fevralın 19-dan martın 2-dək olan dövr ərzində Uxan şəhərində yerləşən xəstəxanadakı intensiv terapiya şöbələrində və koronavirus xəstələrinin yerləşdiyi şöbələrdə hava səthini və havanın nümunələrini sınaqdan keçiriblər.
Araşdırmanın nəticələrinə əsasən, virusun ən yüksək konsentrasiyaları döşəmələrdə, qapı tutacaqlarında, çarpayı məhəccərlərində, zibil qablarında və xəstələrin daha çox təmas etdiyi digər əşyalarda aşkarlanıb. "Bundan əlavə, intensiv terapiya şöbəsindəki tibb işçilərinin ayaqqabılarının altıdan götürülmüş nümunələrin yarısı müsbət nəticə göstərib. Beləliklə, tibb işçilərinin ayaqqabılarının alt hissəsi də virusun daşıyıcısı ola bilər", - deyə hesabatda qeyd olunub.
Tədqiqatçılar, həmçinin virus daşıyan aerozolların kiçik konsentrasiyalarının yoluxmuş şəxsin ətrafında 4 metrlik radiusda havada qaldığını müəyyən ediblər. Bu, tövsiyə olunan 2 metrlik distansiyanı iki dəfədən çox üstələyir. Hər halda, virusun aerozol vasitəsilə nə dərəcədə yoluxucu olması hələ məlum deyil. Amma bu baxımdan hava-damcı infeksiyası riskinin mövcudluğu ABŞ-ın xəstəliklərə nəzarət və profilaktika mərkəzlərində rəhbər tutulan yeni prinsiplərə, ictimai yerlərdə ağız və burnun örtülməsinə gətirib çıxarıb.
Hesabatda tədqiqatın müəllifləri onu da bildiriblər ki, qeyd olunan müddət ərzində xəstəxana işçilərinin heç birində yoluxma halı baş verməyib.
Kateqoriya: Sağlamlıq | Baxışlar: 339
Apr 15, 2020 3:36 AM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Yeni arasdirma koronavirus dord metr radiusda yayila biler ABS in xesteliklere nezaret ve profilaktika merkezlerinin melumatlarina gore koronavirus xesteleri olan xestexanalardaki hava numuneleri uzerinde aparilan yeni arasdirmalardan virusun 4 metre qeder hereket ede bilmesi belli olub b s b AZERTAC a istinaden bildirir ki arasdirmanin neticeleri Amerika agentliyi terefinden nesr olunan Yeni yoluxucu xestelikler jurnalinda cap edilib Pekindeki Herbi Tibb Akademiyasinin tedqiqatcilari fevralin 19 dan martin 2 dek olan dovr erzinde Uxan seherinde yerlesen xestexanadaki intensiv terapiya sobelerinde ve koronavirus xestelerinin yerlesdiyi sobelerde hava sethini ve havanin numunelerini sinaqdan keciribler Arasdirmanin neticelerine esasen virusun en yuksek konsentrasiyalari dosemelerde qapi tutacaqlarinda carpayi meheccerlerinde zibil qablarinda ve xestelerin daha cox temas etdiyi diger esyalarda askarlanib Bundan elave intensiv terapiya sobesindeki tibb iscilerinin ayaqqabilarinin altidan goturulmus numunelerin yarisi musbet netice gosterib Belelikle tibb iscilerinin ayaqqabilarinin alt hissesi de virusun dasiyicisi ola biler deye hesabatda qeyd olunub Tedqiqatcilar hemcinin virus dasiyan aerozollarin kicik konsentrasiyalarinin yoluxmus sexsin etrafinda 4 metrlik radiusda havada qaldigini mueyyen edibler Bu tovsiye olunan 2 metrlik distansiyani iki defeden cox usteleyir Her halda virusun aerozol vasitesile ne derecede yoluxucu olmasi hele melum deyil Amma bu baximdan hava damci infeksiyasi riskinin movcudlugu ABS in xesteliklere nezaret ve profilaktika merkezlerinde rehber tutulan yeni prinsiplere ictimai yerlerde agiz ve burnun ortulmesine getirib cixarib Hesabatda tedqiqatin muellifleri onu da bildiribler ki qeyd olunan muddet erzinde xestexana iscilerinin hec birinde yoluxma hali bas vermeyib