#EVDƏQAL-arkən səhhətimizi necə qorumalıyıq? – MÜTƏXƏSSİS TÖVSİYƏSİ
Koronavirus pandemiyası bir çox ölkələri sərt karantin tədbirləri görməyə məcbur edir. İnsanlar hər vəchlə infeksiya təhlükəsindən müdafiə olunmağa çalışırlar. Bəs necə edək ki, virusdan düzgün şəkildə qorunaq? Evdə qalarkən səhhətimizdə problemin yaranmaması üçün hansı məqamlara diqqət etməliyik?
www.NiNa.Az ted-a istinadən həkim dermatoveneroloq Azər Mirzəyevin məsləhətlərini təqdim edir:
"Bütün dünyanı bürüyən koronavirus insanların birinci növbəli müzakirə mövzusuna çevrilib. Koronavirus hava-damcı yolu ilə yayılan infeksiya olduğuna görə ilk növbədə dəri və selikli qişalarla orqanizmə daxil olur. Buna görə, ilk növbədə dərimizin gigiyenik təmizliyinin qeydinə qalmalı və vaxtında qabaqlayıcı tədbirlər görməliyik. Təbiət dərinin normal fəaliyyət göstərməsi üçün onu möhkəm buynuz qata malik epidermis, piy vəziləri ilə təmin edib. Bunun nəticəsində dərinin üst hissəsində lipid qatı əmələ gəlir. Nəticədə, bu qat dəriyə su, mikrob, toksin, allergenlərin düşməsinin qarşısını alır".
A.Mirzəyevin sözlərinə görə, lipid qatda problem yarandıqda dərinin müdafiə funksiyasının pozulması baş verir. Nəticədə, dəridə quruluq, çatlar, iltihabi proseslər yaranır. Dəridə quruluq səbəbindən asılı olaraq ümumi və lokal ola bilər: "Bir çox xəstəliklərdə və avitaminozlarda çox vaxt bütün dəri səthində quruluq müşahidə edilir. Bəzi hallarda dəridə quruluğun əmələ gəlməsinin əsas səbəblərindən biri tez-tez su proseduralarından, kimyəvi, spirt tərkibli məhlullardan istifadə ola bilər. Bu zaman dərinin lipid qatı zədələnir, bərpa prosesi başa çatmamış dəri yenidən müxtəlif tərkibli məhlulların təsirinə məruz qalır".
"Bəs bu zaman nə etməliyik?" sualına mütəxəssisin cavabı belə olub: "İlk növbədə quruluğu törədən səbəbi aradan qaldırmaq, problem xəstəliklə əlaqəlidirsə, əsas xəstəliyi müalicə etmək, düzgün qidalanma, dəriyə düzgün qulluq etmək lazımdır. Belə ki, əgər gündəlik müəyyən vasitələrə əl vurmaq məcburiyyətindəyiksə, xüsusi əlcəklərdən istifadə etmək vacibdir. Eyni zamanda, quru dəriyə yumşaldıcı kremlər sürtmək, spirt və kimyəvi tərkibli dəri vasitələrindən həddindən artıq istifadə etməmək mütləqdir".
"İkinci problem izolyasiya ilə əlaqədar insanların evdə qalmağa məcbur olmasıdır. Bu da yetərincə günəş şüaları qəbul edə bilməmələrinə səbəb olur. Təbii ki, günəş şüaları insan orqanizminə müəyyən dozalarda lazımdır. Günəş şüalarının ultrabənövşəyi dalğalarının təsirindən orqanizmdə sümük sisteminin formalaşmasında mühüm əhəmiyyət kəsb edən D vitamini yaranır. İndiki durumda insanlar gün ərzində 2-3 dəfə evin eyvanına çıxıb 15-20 dəqiqə ərzində günəş vannası qəbul etməklə, tam da olmasa, müəyyən qədər bu defisiti bərpa edə bilərlər", - deyə o bildirib.
Həkim onu da qeyd edib ki, karantin dövründə qidalanma mühüm əhəmiyyət daşıyır: "Təbii, keyfiyyətli, balanslanmış qida tövsiyə edilir. Gün ərzində 4-5 dəfə az-az qidalanmaq, əsasən, meyvə-tərəvəz məhsullarına üstünlük vermək lazımdır. Qida rasionunda ət, quş əti, süd məhsulları, tərəvəz məhsulları, meyvələr daha çox olmalıdır. Hərəkət həyatdır, ancaq çox təəssüf ki, hazırda milyonlarla insan ev şəraitində qalmaq məcburiyyətindədir. Hərəkətsizlik orqanizmdə pataloji proseslərə səbəb olaraq bəzi xroniki xəstəliklərin kəskinləşməsinə gətirib çıxarda bilər. Bu kimi halların qarşısını almaq üçün ev şəraitində gündə 2-3 dəfə 15-20 dəqiqə yüngül idman hərəkətləri etməklə bu durğunluğu aradan qaldırmaq olar. Bu zaman yüngül qaçış, oturub-qalxma, ayaqların velosiped hərəkəti, qantel və ya evdə olan hansısa əşya ilə qolların idman hərəkətləri tövsiyə olunur.
Kateqoriya: Sağlamlıq | Baxışlar: 348
Apr 14, 2020 6:01 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . EVDEQAL arken sehhetimizi nece qorumaliyiq MUTEXESSIS TOVSIYESI Koronavirus pandemiyasi bir cox olkeleri sert karantin tedbirleri gormeye mecbur edir Insanlar her vechle infeksiya tehlukesinden mudafie olunmaga calisirlar Bes nece edek ki virusdan duzgun sekilde qorunaq Evde qalarken sehhetimizde problemin yaranmamasi ucun hansi meqamlara diqqet etmeliyik b s b ted a istinaden hekim dermatoveneroloq Azer Mirzeyevin meslehetlerini teqdim edir Butun dunyani buruyen koronavirus insanlarin birinci novbeli muzakire movzusuna cevrilib Koronavirus hava damci yolu ile yayilan infeksiya olduguna gore ilk novbede deri ve selikli qisalarla orqanizme daxil olur Buna gore ilk novbede derimizin gigiyenik temizliyinin qeydine qalmali ve vaxtinda qabaqlayici tedbirler gormeliyik Tebiet derinin normal fealiyyet gostermesi ucun onu mohkem buynuz qata malik epidermis piy vezileri ile temin edib Bunun neticesinde derinin ust hissesinde lipid qati emele gelir Neticede bu qat deriye su mikrob toksin allergenlerin dusmesinin qarsisini alir A Mirzeyevin sozlerine gore lipid qatda problem yarandiqda derinin mudafie funksiyasinin pozulmasi bas verir Neticede deride quruluq catlar iltihabi prosesler yaranir Deride quruluq sebebinden asili olaraq umumi ve lokal ola biler Bir cox xesteliklerde ve avitaminozlarda cox vaxt butun deri sethinde quruluq musahide edilir Bezi hallarda deride qurulugun emele gelmesinin esas sebeblerinden biri tez tez su proseduralarindan kimyevi spirt terkibli mehlullardan istifade ola biler Bu zaman derinin lipid qati zedelenir berpa prosesi basa catmamis deri yeniden muxtelif terkibli mehlullarin tesirine meruz qalir Bes bu zaman ne etmeliyik sualina mutexessisin cavabi bele olub Ilk novbede qurulugu toreden sebebi aradan qaldirmaq problem xestelikle elaqelidirse esas xesteliyi mualice etmek duzgun qidalanma deriye duzgun qulluq etmek lazimdir Bele ki eger gundelik mueyyen vasitelere el vurmaq mecburiyyetindeyikse xususi elceklerden istifade etmek vacibdir Eyni zamanda quru deriye yumsaldici kremler surtmek spirt ve kimyevi terkibli deri vasitelerinden heddinden artiq istifade etmemek mutleqdir Ikinci problem izolyasiya ile elaqedar insanlarin evde qalmaga mecbur olmasidir Bu da yeterince gunes sualari qebul ede bilmemelerine sebeb olur Tebii ki gunes sualari insan orqanizmine mueyyen dozalarda lazimdir Gunes sualarinin ultrabenovseyi dalgalarinin tesirinden orqanizmde sumuk sisteminin formalasmasinda muhum ehemiyyet kesb eden D vitamini yaranir Indiki durumda insanlar gun erzinde 2 3 defe evin eyvanina cixib 15 20 deqiqe erzinde gunes vannasi qebul etmekle tam da olmasa mueyyen qeder bu defisiti berpa ede bilerler deye o bildirib Hekim onu da qeyd edib ki karantin dovrunde qidalanma muhum ehemiyyet dasiyir Tebii keyfiyyetli balanslanmis qida tovsiye edilir Gun erzinde 4 5 defe az az qidalanmaq esasen meyve terevez mehsullarina ustunluk vermek lazimdir Qida rasionunda et qus eti sud mehsullari terevez mehsullari meyveler daha cox olmalidir Hereket heyatdir ancaq cox teessuf ki hazirda milyonlarla insan ev seraitinde qalmaq mecburiyyetindedir Hereketsizlik orqanizmde pataloji proseslere sebeb olaraq bezi xroniki xesteliklerin keskinlesmesine getirib cixarda biler Bu kimi hallarin qarsisini almaq ucun ev seraitinde gunde 2 3 defe 15 20 deqiqe yungul idman hereketleri etmekle bu durgunlugu aradan qaldirmaq olar Bu zaman yungul qacis oturub qalxma ayaqlarin velosiped hereketi qantel ve ya evde olan hansisa esya ile qollarin idman hereketleri tovsiye olunur