Həkim-psixoterapevt: Koronavirusdan qorxmaqda deyil, məsuliyyətli olmaqda böyük fayda var
Koronavirusun yoluxma imkanları güclü olduğundan o, çox sürətlə yayılır. Maraqlı cəhəti odur ki, virus 28 günədək yoluxuculuq qabiliyyətini saxlayır. Yəni bu müddət ərzində xəstəlik əlamətləri üzə çıxmaya bilər. Əksər insanlarda da xəstəlik heç bir əlamət olmadan keçir. Ona görə də həmin müddət ərzində bir insan digərlərini yoluxdura bilir. Elə bu səbəbdən birdən-birə çox sayda insanın yoluxma faktına rast gəlinir. Digər tərəfdən yoluxma faktlarının artımı aparılan testlərin çoxluğu ilə əlaqəlidir. Belə ki, ilkin dövrdə infeksiya faktları müəyyən olunanda Azərbaycan yalnız Ümumdünya Səhiyyə Təşkilatından məhdud şəkildə testlər alırdı və həmin dövrdə mövcud imkanlar çərçivəsində müayinələr aparılırdı. Sonrakı dövrdə ölkəmiz artıq özü kifayət qədər testlər almağa başladı. Əgər ilkin vaxtlar ölkədə gündə cəmi 200-300 test keçirilirdisə, indi müayinələrin sayı mindən çoxdur. İmkanların genişlənməsi yoluxma hallarını müəyyənləşdirmək üçün imkanları artırıb. Daha çox test aparıldıqca, daha çox xəstə aşkarlanır. Bu, vacib məqamdır.
www.NiNa.Az bildirir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində tanınmış həkim-psixoterapevt Əli Nağıyev deyib.
"Ölənlərin sayına baxanda görərik ki, indiyədək 7 nəfər dünyasını dəyişib. Hər bir ölüm faciədir, lakin yoluxanlarla ölənlərin nisbəti 1 faiz civarındadır. Dünyada isə ortalama faiz 5 faizə yaxındır. Belə baxanda biz səhiyyə sistemimizin xəstəliklə mübarizəsi, dövlətimizin gördüyü tədbirlərlə qürur duya bilərik. Ölkəmizdə vaxtında və çevik işlər görülüb. Həmçinin virusla mübarizədə yaxından iştirak edən həkimlərə minnətdarlıq düşür. Çünki burada iki komponent vəziyyəti nəzarətdə saxlamaqda öz rolunu oynayır: dövlətin vaxtında gördüyü tədbirlər və həkimlərin fədakarlığı. Xəstəliyi yüngül keçirənlərin sayı çoxdur. Bu, vaxtında görülən tədbirlərin nəticəsidir. Buna görə də böyük təşvişə düşməyi, sosial şəbəkələrdə insanların psixologiyasına mənfi təsir edin fikirlər yaymağı düzgün hesab etmirəm. Düşünürəm ki, qorxmaq, təşviş, panika ağılı əldən alır. Qorxmaqda yox, məsuliyyətli olmaqda böyük fayda var.
Koronavirus Avropanın bir çox ölkəsində tüğyan edir. Avropa ilə müqayisədə, ABŞ-da yayılma və ölüm halları gec başladı, indi isə bu ölkə az qala koronavirus pandemiyasının əsarəti altındadır. Regionun və dünyanın təcrübəsi göstərir ki, infeksiyanın sürətlə yayılması və pik həddə doğru hərəkət etməsi bir çox obyektiv və subyektiv amillərlə bağlıdır. Hər bir ölkə və region üçün bu hal spesifikdir. Mənfur qonşularımızda olan vəziyyətə baxsaq, görərik ki, Ermənistanda koronavirusa yoluxanların sayı Azərbaycandakından çoxdur. Həmçinin orada ölkəmizdəki qədər çox test aparıla bilmir. Əgər gündə 1000 test keçirə bilsələr, yoluxanların sayında ciddi artım qeydə alınar. Odur ki, dövlətimiz, səhiyyə sistemimiz tədbirlər gördüyü halda məsuliyyətimizi itirməyək, onlara dəstək olaq. Evdə daha çox qalmağa çalışaq, lazımsız yerə küçəyə çıxmayaq, sağlamlığımızın keşiyində duran dövlət strukturlarının işinə mane olmayaq. Ən vacib məqamlardan biri odur ki, obyektiv yanaşma qorxuları aradan qaldırar. Xəstəliklə bağlı rəsmi mənbələrdən obyektiv məlumat almaq psixoterapiya effekti verir. İnsan özünü qorumaq yollarını dərk etsə, qorxusu yox, ağıllı tədbirlər görmək bacarığı təzahür edər.
Bir daha demək istəyirəm ki, qorxmaq əvəzinə məsuliyyətli olmağa üstünlük verilməlidir. Qorxu elə bir hissdir ki, bizim bütün əqli, düşüncə potensialımızı əlimizdən alır. Bununla yanaşı, qorxmamaq da məsuliyyətsizliyə, başqalarını düşünməməyə, eqoizmə aparıb çıxarmamalıdır. Kimsə qorxmasa da yaxınlarını, ailə üzvlərini, ətrafdakıları düşünsün. Odur ki, hər kəsi tətbiq olunan karantin rejiminə, qaydalara əməl etməyə səsləyirəm", - deyə Ə.Nağıyev bildirib.
Kateqoriya: Sağlamlıq | Baxışlar: 510
Apr 6, 2020 7:45 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Hekim psixoterapevt Koronavirusdan qorxmaqda deyil mesuliyyetli olmaqda boyuk fayda var Koronavirusun yoluxma imkanlari guclu oldugundan o cox suretle yayilir Maraqli ceheti odur ki virus 28 gunedek yoluxuculuq qabiliyyetini saxlayir Yeni bu muddet erzinde xestelik elametleri uze cixmaya biler Ekser insanlarda da xestelik hec bir elamet olmadan kecir Ona gore de hemin muddet erzinde bir insan digerlerini yoluxdura bilir Ele bu sebebden birden bire cox sayda insanin yoluxma faktina rast gelinir Diger terefden yoluxma faktlarinin artimi aparilan testlerin coxlugu ile elaqelidir Bele ki ilkin dovrde infeksiya faktlari mueyyen olunanda Azerbaycan yalniz Umumdunya Sehiyye Teskilatindan mehdud sekilde testler alirdi ve hemin dovrde movcud imkanlar cercivesinde muayineler aparilirdi Sonraki dovrde olkemiz artiq ozu kifayet qeder testler almaga basladi Eger ilkin vaxtlar olkede gunde cemi 200 300 test kecirilirdise indi muayinelerin sayi minden coxdur Imkanlarin genislenmesi yoluxma hallarini mueyyenlesdirmek ucun imkanlari artirib Daha cox test aparildiqca daha cox xeste askarlanir Bu vacib meqamdir b s b bildirir ki bu sozleri AZERTAC a musahibesinde taninmis hekim psixoterapevt Eli Nagiyev deyib Olenlerin sayina baxanda gorerik ki indiyedek 7 nefer dunyasini deyisib Her bir olum faciedir lakin yoluxanlarla olenlerin nisbeti 1 faiz civarindadir Dunyada ise ortalama faiz 5 faize yaxindir Bele baxanda biz sehiyye sistemimizin xestelikle mubarizesi dovletimizin gorduyu tedbirlerle qurur duya bilerik Olkemizde vaxtinda ve cevik isler gorulub Hemcinin virusla mubarizede yaxindan istirak eden hekimlere minnetdarliq dusur Cunki burada iki komponent veziyyeti nezaretde saxlamaqda oz rolunu oynayir dovletin vaxtinda gorduyu tedbirler ve hekimlerin fedakarligi Xesteliyi yungul kecirenlerin sayi coxdur Bu vaxtinda gorulen tedbirlerin neticesidir Buna gore de boyuk tesvise dusmeyi sosial sebekelerde insanlarin psixologiyasina menfi tesir edin fikirler yaymagi duzgun hesab etmirem Dusunurem ki qorxmaq tesvis panika agili elden alir Qorxmaqda yox mesuliyyetli olmaqda boyuk fayda var Koronavirus Avropanin bir cox olkesinde tugyan edir Avropa ile muqayisede ABS da yayilma ve olum hallari gec basladi indi ise bu olke az qala koronavirus pandemiyasinin esareti altindadir Regionun ve dunyanin tecrubesi gosterir ki infeksiyanin suretle yayilmasi ve pik hedde dogru hereket etmesi bir cox obyektiv ve subyektiv amillerle baglidir Her bir olke ve region ucun bu hal spesifikdir Menfur qonsularimizda olan veziyyete baxsaq gorerik ki Ermenistanda koronavirusa yoluxanlarin sayi Azerbaycandakindan coxdur Hemcinin orada olkemizdeki qeder cox test aparila bilmir Eger gunde 1000 test kecire bilseler yoluxanlarin sayinda ciddi artim qeyde alinar Odur ki dovletimiz sehiyye sistemimiz tedbirler gorduyu halda mesuliyyetimizi itirmeyek onlara destek olaq Evde daha cox qalmaga calisaq lazimsiz yere kuceye cixmayaq saglamligimizin kesiyinde duran dovlet strukturlarinin isine mane olmayaq En vacib meqamlardan biri odur ki obyektiv yanasma qorxulari aradan qaldirar Xestelikle bagli resmi menbelerden obyektiv melumat almaq psixoterapiya effekti verir Insan ozunu qorumaq yollarini derk etse qorxusu yox agilli tedbirler gormek bacarigi tezahur eder Bir daha demek isteyirem ki qorxmaq evezine mesuliyyetli olmaga ustunluk verilmelidir Qorxu ele bir hissdir ki bizim butun eqli dusunce potensialimizi elimizden alir Bununla yanasi qorxmamaq da mesuliyyetsizliye basqalarini dusunmemeye eqoizme aparib cixarmamalidir Kimse qorxmasa da yaxinlarini aile uzvlerini etrafdakilari dusunsun Odur ki her kesi tetbiq olunan karantin rejimine qaydalara emel etmeye sesleyirem deye E Nagiyev bildirib