Muğam Mərkəzində Rasim Abdullayevin yaradıcılığına həsr olunmuş konsert keçirilib
Beynəlxalq Muğam Mərkəzində "Azərbaycanda violonçel məktəbinin görkəmli nümayəndələri" adlı konsert proqramı çərçivəsində violonçel məktəbinin görkəmli nümayəndəsi, Xalq artisti, professor Rasim Abdullayevin yaradıcılıq gecəsi keçirilib.
Konsert Xalq artisti Rasim Abdullayev, sənətkarın qızı Ülviyyə Abdullayeva nəvəsi Anastasiya Mişulanın eləcə də ifaçılar Aliksey Miltıx, Səidə Tağızadə, Eyyub Əliyev, Əli Xəlilov, Orxan Hüseynov və Erol Rzayev rəngarəng maraqlı ifaları ilə yadda qaldı. Rasim Abdullayevin tələbələri və gənc ifaçıların təqdimatında A.Piazzola, N.Paqanini, Q.Qarayev, İ.Albeniz, Y.Haydn əsərlərinə özünəməxsus yanaşma tamaşaçılar tərəindən alqışlarla qarşılanıb. Hər bir nömrə forma və janr baxımından dinləyicilərə bir növ kiçik töhfələr bəxş etmiş olurdu.
XX əsrin ən dahi violonçele ifaçılarından biri sayılan həmyerlimiz Mstislav Rostropoviç və Rasim Abdullayevin yaradıcılıq əlaqələri Azərbaycan violonçel məktəbində məxsusi yer tutur. Ömrünü violonçeldə ifa sənətinə həsr etmiş Rasim Abdullayev musiqi ifaçılığı sahəsində yüksək ifa ustalığına nail olmuş və əvəzsiz sənətkar kimi ad qazanmışdır. Onun violonçeldə həm solo, həm də orkestrlə müşayiət olunan ifaları musiqisevərlərin xatirələrində dərin izlər qoyaraq və hər konsertdən sonra həm geniş tamaşaçı auditoriyasında, həm də artıq bir çox mükəmməl ifalarla tanış olan dinləyicilərdə ifaçının mənalı ifa tərzi, geniş texniki imkanları həmişə böyük təəssürat yaratmağa nail olub. Xalq artistinin yarsdıcılığına həsr olunan bu proqram da növbəti belə bir unudulmaz musiqi hadisəsinə çevrilə bildi.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi musiqinin təbliği baxımından bir çox layihələr həyata keçirir. Bu layihələr sırasında bir neçə janrlara həsr olunmuş muğam, aşıq sənəti, etnik, caz ilə bərabər "Klassik musiqi axşamları" , klassik sənətimizin görkəmli nümayəndələrinin yubiley və yaradıcılıqlarına həsr olunmuş layihələri misal çəkmək olar. Klasssik musiqi layihələri çərçivəsində bəstəkarlıq və klassik ifaçılıq məktəbimizin tarixi səhifələri vərəqlənərək gələcək nəslə təbliğ edilir.
Kateqoriya: Mədəniyyət | Baxışlar: 492
Nov 18, 2019 1:31 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Mugam Merkezinde Rasim Abdullayevin yaradiciligina hesr olunmus konsert kecirilib Beynelxalq Mugam Merkezinde Azerbaycanda violoncel mektebinin gorkemli numayendeleri adli konsert proqrami cercivesinde violoncel mektebinin gorkemli numayendesi Xalq artisti professor Rasim Abdullayevin yaradiciliq gecesi kecirilib Konsert Xalq artisti Rasim Abdullayev senetkarin qizi Ulviyye Abdullayeva nevesi Anastasiya Misulanin elece de ifacilar Aliksey Miltix Seide Tagizade Eyyub Eliyev Eli Xelilov Orxan Huseynov ve Erol Rzayev rengareng maraqli ifalari ile yadda qaldi Rasim Abdullayevin telebeleri ve genc ifacilarin teqdimatinda A Piazzola N Paqanini Q Qarayev I Albeniz Y Haydn eserlerine ozunemexsus yanasma tamasacilar tereinden alqislarla qarsilanib Her bir nomre forma ve janr baximindan dinleyicilere bir nov kicik tohfeler bexs etmis olurdu XX esrin en dahi violoncele ifacilarindan biri sayilan hemyerlimiz Mstislav Rostropovic ve Rasim Abdullayevin yaradiciliq elaqeleri Azerbaycan violoncel mektebinde mexsusi yer tutur Omrunu violoncelde ifa senetine hesr etmis Rasim Abdullayev musiqi ifaciligi sahesinde yuksek ifa ustaligina nail olmus ve evezsiz senetkar kimi ad qazanmisdir Onun violoncelde hem solo hem de orkestrle musayiet olunan ifalari musiqiseverlerin xatirelerinde derin izler qoyaraq ve her konsertden sonra hem genis tamasaci auditoriyasinda hem de artiq bir cox mukemmel ifalarla tanis olan dinleyicilerde ifacinin menali ifa terzi genis texniki imkanlari hemise boyuk teessurat yaratmaga nail olub Xalq artistinin yarsdiciligina hesr olunan bu proqram da novbeti bele bir unudulmaz musiqi hadisesine cevrile bildi Qeyd edek ki Beynelxalq Mugam Merkezi musiqinin tebligi baximindan bir cox layiheler heyata kecirir Bu layiheler sirasinda bir nece janrlara hesr olunmus mugam asiq seneti etnik caz ile beraber Klassik musiqi axsamlari klassik senetimizin gorkemli numayendelerinin yubiley ve yaradiciliqlarina hesr olunmus layiheleri misal cekmek olar Klasssik musiqi layiheleri cercivesinde bestekarliq ve klassik ifaciliq mektebimizin tarixi sehifeleri vereqlenerek gelecek nesle teblig edilir